Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Baş menecerin qısa müddətli fəaliyyətinə qoyulan tələblər aşağıdakılardır



Yüklə 445,59 Kb.
səhifə23/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   19   20   21   22   23   24   25   26   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Baş menecerin qısa müddətli fəaliyyətinə qoyulan tələblər aşağıdakılardır.

  • Qonaqlara keyfiyyətli xidmət göstərmək.

  • Gündəlik məxaric və mədaxilə nəzarət, gəlirə diqqət yetirmək və digər cari məsələləri həll etmək.

Bunun üüçün əməkdaşlarla sıx əlaqə və ünsiyyət yaradılmalıdır. Eyni zamanda öz işindən məmnun olan personal, şöbələr arasında qarşılıqlı münasibətlər qurmalı, ümumi struktura uyğun fəaliyyət göstərməlidir. Baş menecer, personalın işdən getməsinin səbəblərini araşdırmalı və digər hotellərin bu işçiləri cəlb etməsinin qarşısını almaq üçün müxtəlif proqramlar işləyib hazırlamalıdır. Hotelin fəaliyyətində personalın rolu düzgün qiymətləndirilməlidir.


Hoteldə, müsbət iş atmosferi yaradılmalı və işçilərin vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq bir birinə qarşılıqlı hörməti olmalıdır.




Baş menecerə orta müddətli fəaliyyətinə qoyulan tələblər aşağıdakılardır

  • Personalın hazırlığı və inkişaf səviyyəsini artırmaq

  • Hotelin idarə olunmasının təkmilləşdirmək üçün plan və proqramlar işləyib hazırlamaq.

  • Təşkilat strukturunu hazırlamaq və təkmilləşdirmək

Bütün bunları yerinə yetirmək üçün yerli ictimai qurumlarla, yuxarı təşkilatlarla ünsiyyət yaratmaq və tabeçilikdə olanlarla qarşılıqlı münasibət qurmaq lazımdır. Baş menecer, hotelin əsas funksiyası olan nömrələrin, qida və içki satışı ilə və eyni zamanda, satış meneceri funksiyası ilə də məşğul olur.


Baş menecer, fəaliyyət göstərdiyi ölkədə, xalqın adət-ənənələrini, hoteldə yaşayan qonaqların xüsusiyyətlərini və çalışan personalın xarakterini bilməlidir. Hotelin baş menecerin, uzun müddətli fəaliyyətinə aşağıdakı tələblər qoyulur.

  • Hotelin strateji planına uyğun kapitalı səmərəli istifadə etmək

  • Təşkilatın sabitliynii təmin etmək

  • Yuxarı təşkilat və sahibkarla, biznes dairələri və ictimai təşkilatlarla sıx təmasda olmaq.

Baş menecer, şirkət və ya sahibkarla yerli qurum, təşkilat və.s arasında körpü rolunu oynayır.


Beləliklə, baş menecer ayrı-ayrı müddət kəsiyində üç müxtəlif funksiya yerinə yetirir. Lakin bu funksiyaları bir birindən ayrılıqda yerinə yetirmək vacib deyil. Baş menecer, iki və ya üç funksiyanı eyni zamanda yerinə yetirə bilər. Çünki bir çox idarəçilik fəaliyyəti, bütün funksiyalar üçün ümumidir.
Baş menecer, qısa müddətli işləri görərkən, uzun müddətli fəaliyyət üçün zəmin yaradır. Məsələn, qonaqların nömrəyə yerləşdirilməsi necə aparılır? Bunu monitorinq edən baş menecer, ön büronun hazırlıq səviyyəsini yoxlayır və uzun müddətli planlaşdırmanı nəzərdə tutur.
Beləliklə müxtəlif kəsik müddətində baş menecerə qoyulan bütün əsas tələbləri və hotel personalı ilə qarşılıqlı münasibəti vahid sistem kimi təqdim etmək olar.



Müddət

İşə aid tələbin əsas məqamları

Münasibətlərin əsas məsələləri

Qısa müddətli

Gündəlik göstərilən xidmətin keyfiyyətinə və gəlirə, məxaric və mədaxilə diqqət göstərmək.

Tabeçilikdə olanlarla sıx ünsiyyət və qarşılıqlı fəaliyyəti yaratmaq və genişlədirmək.

Orta müddətli

Strateji fəaliyyətə uyğun, təşkilatın strukturunu təkmilləşdirmək, əməkdaşları hazırlamaq və inkişaf etdirmək.

Rəhbər işçilər və sahibkarlarla ünsiyyət yaratmaq. Daxili ünsiyyəti genişləndirmək.

Uzun müddətli




Baş ofis ilə və sahibkarla sıx ünsiyyəti gücləndirmək sabitliyi təmin etmək üçün daxili ünsiyyəti genişləndirmək.











Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin