Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Xətti və funksional strukrularda olan çatışmamazlıqları, xətti-funksional struktur aradan qaldıra bilər



Yüklə 445,59 Kb.
səhifə20/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   16   17   18   19   20   21   22   23   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Xətti və funksional strukrularda olan çatışmamazlıqları, xətti-funksional struktur aradan qaldıra bilər.


İdarəçiliyin xətti funksional strukturu
İdarəçiliyin bu strukturu xətti və funksional strukturların kombinasiyası və eyni zamanda inkişafıdır. Bu strukturun məqsədi və əsas vəzifəsi, xətti və funksional strukturların üstün cəhətlərini istifadə etməkdir.
Bu idarəçilik strukturunda xətti menecer, müəyyən kollektivə rəhbərliyi üzərinə götürür və tam məsuliyyət daşıyır. Xətti menecerin şöbəsində funksional bölmələr yaranır və bu bölmələrin menecerləri xətti menecerin birbaşa məsləhətçisi rolunda iştirak edirlər. Məsələn qida və içki şöbəsi üzrə xətti menecerin, mətbəx personalı olan bölməni (aşpaz, qənnad, mətbəx üzrə digər işçilər) restoran xidməti göstərən personal (ofisiant, barmen, metrdotel və.s ) nömrə fondu üzrə menecerin (inzibatçı, kassir, konsyerj, bronlaşdırma üzrə işçi və.s) bu tip bölmələri ola bilər.
İdarəetmənin xətti-funksional strukturunda xətti menecer, ümumi idarəçiliyi öz şöbəsi daxilində funksiyalara bölür. Şöbə meneceri funksionl menecerlərə xətti struktur üzrə təsir göstərir, funksional menecerlər öz növbəsində görülən işlərə yardım edir. Xətti strukturda olduğu kimi, xətti-funksional strukturda, şöbə daxilində idarəçilik funksiyaları bölüşdürülür və işin nəticələrinə menecer tam məsuliyyət daşıyır.
Xətti funksional struktura və ya onun ayrı-ayrı elementlərinə orta və iri hotellərin idarəçiliyində rast gəlmək olar. Xətti-funksional strukturun da üstün və çatışmayan cəhətləri var. Xətti-funksional strukturun üstün cəhətləri aşağıdakılardır.

  1. Personalın ixtisaslaşması ilə əlaqədar planları yerinə yetirmək üçün hazırlıq aparmaqdır.

  2. Problemlərin müfəssəl həllindən xətti menecerin azad olunmasıdır.

  3. Ekspert və məşvərətçiləri cəlb etmək imkanı vardır.

Xətti-funksional strukturun çatışmayan cəhəti, müxtəlif istehsal şöbələri arasında qarşılıqlı əlaqə və fəaliyyətin olmamasında özünü göstərə bilər. Həmçinin, dəqiq məsuliyyət yoxdur, çünki hazırlanan qərarların həyata keçirilməsində iştirak etmir və həddən artıq mərkəzləşdirilmiş tendensiyada özünü göstərir.



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin