Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə17/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   13   14   15   16   17   18   19   20   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Direktorlar şurası


Prezident


Yüksək pillədə olan rəhbərlik (vitse prezident, maliyyə meneceri və.s )


Baş menecer


Şöbələr üzrə menecerlər


Supervayzerlər


Qonaqlarla birbaşa əlaqəsi olan işçilər
Şəkil 2.3 Beynəlxalq şəbəkə sisteminə daxil olan hotellərdə tabeçilik qaydası

Hotel biznesində, yüksək səviyyəli təşkilat strukturuna ehtiyac var. Hoteldə, şöbələrin işini tənzimləmək üçün icraçı komitə yaradılır ki, onun tərkibini əsas şöbələrin menecerləri təşkil edir.


Komitə əsasən hotelin nömrə fondunun dolumu, restoranlara gələn qonaqların sayı, illik və gələcək gəlirlərin proqnozlaşdırılması ilə məşğul olur. Hotelin idarə olunmasının vahid modeli yoxdur. Lakin hotelin fəaliyyəti, qonaqların tələbatını ödəməlidir. Müasir şəraitdə, idarəçilik sistemi, rəqabətə davamlı olması üçün, sadə və çevik fəaliyyət göstərməlidir. Bunun üçün,

  • İdarəçilik iyerarxiyası (pilləsi) çox olmamalıdır.

  • Şöbələr peşəkar kadrlarla təmin olunmalıdır.

  • Qonağa istiqamətlənmiş və onun tələbatına uyğun işi təşkil və xidmətləri təklif etmək lazımdır.



b)Təşkilat strukturunun növləri
Müasir hotel menecmentinə idarəçiliyin təşkilat strukturunun, quruluş üsulundan asılı olaraq beş əsas klassik növü məlumdur. Bunlar xətti, funksional, xətti-funksional, divizon və matrisa təşkilatı strukturundan ibarətdir.
İdarəçiliyin xətti strukturu (İXS)
Hotelin əsas fəaliyyəti və vəzifəsi ilə əlaqədar məşğul olan menecerlər, xətti menecerlər adlanır.
Öz quruluşuna görə bu struktur sadədir və idarəetmə obyekti olan personala və biznes prosesə, müəyyən sahəyə rəhbərlik edən xətti menecer birbaşa təsir göstərir. Hotel sahəsi deyəndə nömrə fondu, restoran, konqres-mərkəzi, təsərrüfat şöbəsi və.s nəzərdə tutulur.
İdarəçiliyin xətti strukturunda vahid rəhbərlik prinsipi həyata keçirilir. Şöbənin daxilində bütün işçilər, xətti menecerə tabedir. Yuxarı səviyyədə duran rəhbərlik, birbaşa şöbə müdirini ötərək, işçilərə sərəncam verməməlidir.
Bu idarəçilik sistemi tapşırıqların icrasına nəzarət edir. Xətti menecer öz şöbəsində işin nəticəsinə görə şəxsi məsuliyyət daşıyır və şöbəsinə aid bütün məsələlərin həlli üçün, peşəkar və səriştəli olmalıdır. İdarəçiliyin xətti strukturu şəkil 2.4 göstərilib.


Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin