Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə5/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   2   3   4   5   6   7   8   9   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Balans üsulu, hotelin sərəncamında olan ehtiyat vəsaitlərinin (əmək, avadanlıq, maddi və maliyyə ehtiyatları) qarşılıqlı əlaqəsinə əsaslanır. Bu üsul balansın sistemli tərtibatı (əmək, maddi, dəyərləndirmək) ilə yerinə yetirilir.

  • Normativ üsul, norma və normativlər əsasında plan taqşırıqlarının hesablanmasını nəzərdə tutur. Norma – bir xidmət vahidinə (iş, məhsul), hər nəyinsə minimal zəruri məsrəfidir (material, iş vaxtı, enerji ehtiyatları). Normativ planlaşdırma üsulu, balans üsuluna, münasibətdə müstəqil və ya yardımçı rolunu oynayır.

  • Planlaşdırmanın hesablama - analitik üsulu, normativ baza olmayanda bu üsul istifadə olunur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, mehmanxananın göstəricilərinin təhlili əsasında, planlaşdırma həyata keçirilir.

    Hotelin idarə olunmasında, iki tip planlaşdırma böyük rol oynayır. Qısa müddətli və ya taktiki və uzunmüddətli və ya strateji planlaşdırma.
    Qısa müddətli (taktiki) planlar bir il müddətinə tərtib olunur. Uzunmüddətli (strateji) planlar beş və ya daha uzun müddətə tərtib olunur. Bu planlar hotelin siyasət və strategiyasını göstərməklə, onun əsas məqsədlərini qarşıya qoyur.

    1. Taktiki planlaşdırma

    Bir il müddətinə tərtib olunan taktiki plan, strateji planla uyğunlaşdırılır. Taktiki plan mehmanxananın təşkilatı strukturunda aşağı pillədə duran menecer və əməkdaşlara aiddir. Taktiki plan mərhələlər üzrə yerinə yetirilir. Taktiki planlaşdırmanın əsas məqsədi, nailiyyətlər qazanmaq üçün, əməkdaşları səfərbər etməkdir.
    Planlaşdırmanın təşkili 7 mərhələni əhatə edir.

    1. Vəzifə və məqsədlərin qoyuluşu. Bu planlaşdırmanın ilk mərhələsidir. Bu hotel fəaliyyətinin gözlənilən nəticələrinə aiddir. Məqsədlər perspektiv, vəzifələr konkret olmalıdır.

    2. Marketinq mühitinin qiymətləndirilməsi və təhlili mərhələsinə, hotelin fəaliyyətinə təsir göstərə bilən, siyasi, iqtisadi, sosial və digər amillər daxildir.


    3. Yüklə 445,59 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   102




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin