Fəsil 8. Hotel Standartları Hotel fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və bu xidmətlərdən istifadə edən istehlakçıların hüququnu qorumaq üçün hotel standartları mövcuddur.
Hotel xidmətlərinin standartları, Azərbaycan Respublikasında dövlət standartları sisteminin bir hissəsidir.
Beynəlxalq və milli təcrübədə standart anlayışı, razılıq əsasında işlənib hazırlanmış, mötəbər təşkilat tərəfindən təsdiq olunmuş, istfadə edilməsi üçün məcburi olan standartlaşma üzrə normativ sənəddir.
Hotel standartları mövzusunu tam aydınlaşdırmaq üçün , hotel biznesində standartların müəyyənləşdirməliyik.
Hoteldə standart üsullarının tətbiqi və zəruri olması əsas məqsəd sayılır. Standart (ingilis dilində -nümunə deməkdir) – etalon, model olmaq etibarı ilə digər analoji (eyni ) müəssisələr ilə müqayisədə əsas, nümunə kimi qəbul olunur. Eyni zamanda standart, hotellərə aid olan, prinsip, tələb və qaydaları əks etdirən normativ – texniki sənəddir. Bu sənəddə məhsulun keyfiyyətinə qoyulan ümumi tələblər əks olunub.
Standart, elmin, texnikanın və praktik təcrübənin nəticələrinə əsaslanmalıdır. Standartlarda, istehlakçının hüquqlarının təminatı, keyfiyyətli xidmət, münasib qiymət, təhlükəsizlik və komfortla təmin olunması öz əksini tapmalıdır.
Standartlaşma obyekt və sahə kimi məfhumlarla əlaqəlidir.
Sandatlaşma obyekti – xidmət və xidmətin göstərilməsi üçün işlənib hazırlanmış qayda, tələb, parametr və xaraktersitikalardan ibarətdir.
Hotel müəssisəsi standartlaşma sahəsidir.
Standartlaşmanın obyekti, hoteldə qonağa göstərilən konkret xidmətdir. Məsələn, qonağın qəbulu, qeydiyyatı və nömrəyə yerləşdirilməsi, nömrələrin yığışdırılıb, təmizlənməsi, qonaqlara göstərilən yemək və içki xidməti standartlaşmanın obyektidir.
Müasir hotel biznesində yüksək səviyyəli xidmət və keyfiyyətli məhsul, rəqabət şəraitində əsas meyar sayılır.
Hotel biznesi əsas 3 fəaliyyət növündən ibarətdir. Bunlar,yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, mətbəxdə hazırlanmış məhsul və müxtəlif əlavə xidmətlərin göstərilməsindən ibarətdir.
Hotel müəssisəsi üçün vacib şərtlərdən biri,məhsulun və xidmətin keyfiyyətini saxlamaq üçün işlənib hazırlanmış sistemdir. Bu sistem texniki və funksional, keyfiyyət standartlarına bölünür.
Hotel müəssisəsində texniki standartlara, hotelin memarlıq və dizayn layihəsi daxildir. Ümumi layihəyə müəyyən tələblər, o cümlədən, mühəndis infrastrukturu və hotelə bitişən əraziyə qoyulan tələblər aid edilir.
Müştəri hotelin göstərdiyi xidmət və məhsuldan istifadə etdiyi zaman, texniki keyfiyyət standartları ilə təmasda olur və onda təəsürat yaradır. Müştəri bu zaman, mehmanxana nömrələrində, biznes mərkəzində texnikadan, trenajor zalında avadanlıqlardan, konfrans zalda masa və stullardan istifadə edən zaman texniki keyfiyyət standartları ilə tanış olur.