Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə90/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   86   87   88   89   90   91   92   93   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

b)Mini hotellərin tipləri
Mini hotellər müxtəlif tip, həcm və üslublara malikdir.
Bu tip mehmanxanalar müştərilərin arzu, tələbat və təklifləri əsasında meydana gəlir. Mini hotel tiplərindən biri B & B (yataq və səhər yeməyi) hotelidir. B&B tipli hotellər,adətən şəhərin mərkəzində, nəqliyyat qovşaqlarına (metro,dəmiryol və avtobus vağzalları,gəmi limanı və s.) yaxın yerlərdə inşa olunması və fəaliyyəti məqsədə uyğundur.Bundan başqa ticarət mərkəzlərinə, mədəni-əyləncəli və idman tədbirlərinin keçirildiyi yerlərə yaxınlığı B & B hotellərinin nüfuzuna və nömrələrin qiymətinə öz təsirini göstərir.Müştəri üçün hotelin yerləşdiyi ərazi mühümdür.Lifti və nömrələrindən ətraf mühitə gözəl mənzərəsi olan, bu tip hotellərə tələbat daha yüksəkdir.
Xarici turistlər bu tip hoteldə göstərilən əlavə xidmətlərin keyfiyyətinə daha çox diqqət verirlər. B & B hotelini adətən ailə biznesi idarə edir. Personalın xarici dil, xüsusən ingilis dili bilməsi vacibdir. B & B hotelləri rəqabətə davamlı olması üçün, müxtəlif marketinq üsullarından istifadə etməli, eksklyuziv formalar tapmalıdırlar. İlk növbədə bu tip hotellərin müştərilərini müəyyən etmək lazımdır. Potensial müştərilərin kimliyi, statusu və ödəniş qabiliyyəti aydınlaşdırılmalıdır. B & B hotelləri turizm şirkətləri ilə sıx əlaqədə işləməlidir. Qonaqlara fasiləsiz göstərilən yüksək səviyyəli xidmət, onlarda bu hotelə qarşı əminlik və arxayınçılıq yaradır. Bu hoteldə qiymət siyasəti düzgün aparılmalı və mövsümün ortasında qimətlərdə dəyişiklik edilməməlidir. Bu qonaqlar və turizm şirkətlərində çaşqınlıq və hotelə inamsızlıq yarada bilər.Bu tip hotellər kənd turizmin inkişafında mühüm rol oynaya bilər.
Mini hotellərin bir tipi butik –hoteldir Butik- hotel, kiçik nömrə fonduna malik, interyeri fərdi dizayn üslubunda olan mehmanxanadır. Butik-hotel ilk növbədə dizayna və xidmət səviyyəsinə görə seçilən eksklyuziv mehmanxanadır.Bu tip hotellər xüsusi layihə əsasında inşa olunur və ya seçilir. Əsas fərqləndirici cəhəti qeyri-standart, gözəl və nadir dizayna malik olmalıdır. Butik-hotelin əsas məqsədi odur ki, qonağ hoteldə özünü rahat, komfort hiss etsin. Butik-hotelin şəbəkə sisteminə daxil olan hotellərdən fərqi,dediyimiz kimi qeyri- adiliyidir. Şəbəkə sisteminə daxil olan hotellər eyni tipli və standartlara malikdir və bu da bir sıra müştərilərdə yorğunluğ və darıxdırıcı hisslər yaradır. Müştərilər hər zaman yenilik, qeyri- adilik axtarır və buna görə butik-hotellər, onları cəlb edir.Butik-hotelin əsas müştəriləri çox nüfuzlu və imkanlı qonaqlardır. Butik-hotel özü bir sənət əsəridir. Məsələn, məşhur fransız memarı Jan Nuvel Lüsern şəhərində nadir butik-hotel yaratmışdır. Yeddi mərtəbəli “THE HOTEL”estetik tərtibatı sevən və kino həvəskarları üçün nəzərdə tutulmuşdur. Hotelin 25 nömrəsi məşhur kino filmlərin epizodları ilə tərtib olunub. Bu hoteldə bir birinə bənzər otaq yoxdur.Hotelin özü və nömrə fondu ən yeni avadanlıq və ləvazimatlarla təchiz olunub.Butik-hoteldə müştərilərin təhlükəsizlik məsələsinə yanaşma digər hotellərdən fərqlidir. Qonağın nəinki təhlükəsizliyi, həmçinin şəxsi həyatının məxfiliyi qorunur. Bu tip hotellərin müştəriləri dövlət və ictimai xadimlər, məşhur artistlər, şou- biznes nümayəndələri və çox nüfuzlu şəxslər olur. Ümidvarıq ki, bu hotel tipi Azərbaycanda da inkişaf edəcək.
c) Dizayn – hotellər
Dünyada turizm sektoru sürətlə inkişaf edir və təbii ki, müasir səyahətçilərin tələbatıı da artır. Artıq bu gün beş ulduz hotelə məxsus xarakteristika, üslub və rahatlıq turist üçün cansıxıcı olub. Dəbdəbəli, bəzəkli interyeri, bahalı mebeli, ləziz yeməkləri ilə məşhur olan hotellərlə kimi isə təəccübləndirmək qeyri – mümkündür. Təklif və tələbata uyğun, yeni turizm növləri ilə yanaşı, yeni hotel tipləri meydana çıxır. Məsələn, kənd turizmi yarandığı kimi, turistləriin kənd şəraitində yaşaması üçün, yeni hotel tipləri yaranır. Turistlər standartlardan uzaq, qeyri – adilik tələb edir və buna ehtiyac duyulur. Belə bir şəraitdə hotel biznesi öz inkişafında müəyyən mərhələləri keçərək, müxtəlif turist qruplarının tələbatını ödəyir, hotel tipləri yaradır. Bu tiplərdən biri, estetik zövqlə tərtib olunmuş dizayn hotellərdir. Dizayn hotellər artıq incəsənət obyektinə çevrilir. Hal – hazırda yeni inşa olunan hotellər memar və dizaynerin birgə yaradıcılıq məhsuludur. Dizayn üslubu ilə tikilən, hər bir hoteldə, hollun, dəhlizin, liftin və otağın estetik tərtibatı yüksək səviyyədə nəzərə alınır. Zövqlə inşa olunan hoteldə, içıqlandırma, rəng, mebel, bəzək işləri harmoniya təşkil edir. Bu tip hotellər, öz orijinal üslubu və qeyri – adi memarlığına görə səyahətçiləri cəlb edir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin