Şəkil 2.7 Baş menecerin fəaliyyətinə təsir edən əsas amillər
Hotellər, müxtəlif xidmət növləri təqdim edən, kompleks bir sistemdir. Öz fəaliyyətini, səmərəli həyata keçirmək üçün baş menecer əsas tələbləri və qarşılıqlı münasibətlərə aid məsələlərin həllini gözəl bilməlidir. Ən başlıcası baş menecer, qarşıya qoyulan məsələlərin həlli və qərarların qəbulu üçün ünsiyyət sistemini qurmalıdır.
Baş menecer bir sıra mühüm şəxsi keyfiyyətlərə malik olmalıdır.
Liderlik qabilyətinə malik olmaq
Kiçik məsələlərə diqqətlə yanaşmaq
Hər bir işi sona çatdırmağı bacarmaq
İnsanlarla ünsiyyət yaratmağı bacarmaq
Səbrli və təmkinli olmaq
Səlahiyyətlərini bir başqasına səmərəli vermək.
Təsadüfi deyil ki, keçirilən sorğulara görə baş menecerin işgüzar və məsuliyyətli olması ön planda göstərilir.
İri hotellərdə baş menecer öz fəaliyyətində, əsas şöbələrin də daxil olduğu, idarə heyətinə arxalanır. Baş menecer, idarə heyəti ilə birlikdə hotelin işini proqnoz və planlaşdırır, büdcəni hesablayır, məxaric və məsrəfləri müəyyən edir. Məhz baş menecer, maliyyə planını təsdiq etmək üçün idarə heyətinə təqdim edir və onun yerinə yetirilməsinə məsuldur. İdarə heyəti adətən həftədə bir dəfə toplanır və hotelin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
İdarə heyəti hotel fəaliyyətinə aid əsasən aşağıdakı mühüm və zəruri məsələləri müzakirə edirlər.
Qonaqların hoteldən məmnun olmalıdır.
Personalın öz işindən zövq almalıdır.
Göstərilən xidmətin keyfiyyətini kompleks təşkil etməlidir.
Hotelin nömrə fondunun dolumunu proqnozlaşdırmalıdır
Marketinq və satışı planlaşdırmalıdır.
Personalı peşəkar işçi kimi hazırlamalıdır.
Məsrəflərin əsas maddələrini müəyyənləşdirməlidir.
Hotelin yenidən qurulması məsələlərini həll etmə
Sahibkarla münasibət qurmalıdır.
Enerjiyə qənaət etməlidir.
Tullantıları emalı işini təşkill etməlidir.
Fəaliyyətin rentabelliyini təmin etməlidir.
Bəzən baş menecerlər, idarə heyətinin qərarları ilə tam, bəziləri isə az razılaşırlar.
Bu baş menecerin hansı lider tipinə və menecmentin hansı üslubunu seçməsindən asılıdır. Lakin idarə heyətinin hansı qərar qəbul etməsindən asılı olmayaraq, son qərarı baş menecer verir və buna görə məsuliyyət daşıyır.
Avropa və Amerika hotellərində baş menecer vəzifəsinə layiq görülən hər hansı bir peşəkar, hotel şöbələrinin işini bilməlidir.
XXI əsrin menecerləri, dünyada baş verən bir çox amillərdən asılı olan şəraitdə fəaliyyət göstərirlər. Buna görə gələcək menecerlər, yüksək mənsəbə (karyera) çatmaq üçün zəruri səriştə və bacarıqlara yiyələnməlidirlər.
Dostları ilə paylaş: |