Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Proqnoz - idarəetmə prosesinin başlıca istiqamətlərindən biri olduğu



Yüklə 445,59 Kb.
səhifə2/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   2   3   4   5   6   7   8   9   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Proqnoz - idarəetmə prosesinin başlıca istiqamətlərindən biri olduğu üçün onun mümkün olduğu qədər dəqiq tərtib olunması daha məqsədəuyğundur: Proqnozda qeydə alınan istənilən nöqsan ardıcıl olaraq, çoxsaylı xətaların meydana gəlməsi ilə nəticələnə bilər. Məsələn, "Hyatt Hotels"in prezidenti tərəfindən həyata keçirilən proqnozlaşdırma sözügedən şirkətin şöbə menecerinin təqdim etdiyi proqnozdan əhəmiyyətli dərəcədə fərqlənir. Şirkətin prezidentinin istənilən proqnoza təsir edə biləcək iqtisadi, siyasi, sosial, mədəni, texnoloji və maliyyə xarakterli komponentləri qiymətləndirmək bacarığına sahib olması zəruridir. Məsələn, "Hyatt" Azərbaycanın Gəncə, Şəki, Qusar və digər şəhərlərində hotellər istifadəyə verməlidirmi? "Hyatt"ın bu bazarlarda fəaliyyətə başlamaq istəyi sözügedən bazarın müəyyən hissəsində mövcud olan iqtisadi və digər amillər ilə birlikdə nəzərə alınmalıdır.
Hotelin təklif etdiyi məhsulların və xidmətlərin əksəriyyəti digər sahələrdə təklif olunan məhsul və xidmətlərdən gələcək istifadə üçün saxlanıla bilməməsi ilə fərqlənir. Hazırlanmış yeməyə və ya hotel nömrəsinə tələbat yoxdursa, onların müəssisəyə gəlir qazandırması mümkünsüzdür. “Qonaqpərvərliyin idarə olunması” kitabının müəllifi C. Uoker bu xüsusiyyəti aşağıdakı nümunədə izah edir. Məsələn, hoteldə 100 nömrə var, daha dəqiq desək, satışa çıxarılan nömrələrin sayı 100-ə çatır. Lakin dünən faktiki olaraq 80 nömrə satılmışdır. Bəs yerdə qalan 20 nömrənin sonrakı taleyi necə olacaq? Bu halda unutmamaq lazımdır ki, həmin nömrələrin satışından əldə olunacaq gəlir həmişəlik olaraq itirilmişdir.
Hotelin rəhbərliyi, hotelin nömrə fondunun doluluq səviyyəsinə dair bir həftə və ya iki həftə sonraya proqnoz verir. Müxtəlif şöbələr və xidmətlər bu proqnoza əsaslanaraq, icra olunacaq işlərin həcmini müəyyən edir və ona müvafiq olaraq, öz resurslarını bölüşdürürlər. Hotellər gözlənilən ticarət dövriyyəsinin proqnozunu verirlər.
a) Satışın proqnozlaşdırılması üsulları
Təyin olunmuş vaxt ərzində, müəyyən istehlakçılara hansı həcmdə xidmət təqdim olunur, bu satışın proqnozunun göstəricisidir. Satışın proqnozlaşdırılması nəticəsində müəssisənin müəyyən zaman kəsiyində müəyyən istehlakçı qrupunun iştirakı ilə həyata keçirməyə çalışdığı turizm xidmətlərinin həcmini müəyyən etmək mümkündür.
Satışa dair proqnozların işlənib hazırlanması mərhələləri:
1. Turist axınının bölüşdürülməsində tendensiyaların, sahə üzrə proqnozun öyrənilməsi.
2. Satışların (yuxarı satış həddi) potensial həcminin qiymətləndirilməsi.
3. Seqmentlər, satış kanalları və məhsullar üzrə real satış səviyyəsinin müəyyən edilməsi. Satışların səviyyəsinə 2 amil təsir göstərir:
- ətraf mühitin gözlənilən vəziyyəti (əhalinin gəlir səviyyəsi, inflyasiyanın səviyyəsi);
- müəssisənin fəaliyyəti.
Satış proqnozu maliyyə (təqvim) ili üçün tərtib edilir. Satış proqnozunun bu növü maliyyə resurslarına olan tələbatın planlaşdırılmasında, habelə müəssisənin xərclər smetalarının tərtibində istifadə olunur.
Turizmdə təqvim ili 3 dövrü əhatə edir: yüksək mövsüm; aşağı mövsüm; mövsümlərarası. Hər bir dövrün davametmə müddəti məhsul növləri və satış kanalları üzrə satışların həcmi göstərilməklə, turizm məhsuluna olan mövsümi tələbatlara əsaslanır.
Proqnozun tərtib edilməsi üçün ilk növbədə bazarın təhlilinə diqqət yetirmək lazımdır. Bu prosesin icrası zamanı məlumat mənbələrinin dəqiq və düzgün şəkildə seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Satış proqnozunun işlənib hazırlanması prosesində diqqətə alınacaq nüanslar (çalarlar)aşağıdakılardır: kompleks yanaşma, bir neçə proqnozlaşdırma üsulundan eyni anda istifadə olunması və əldə olunan nəticələrin müqayisəsi.
Proqnozların tərtibinin nisbətən geniş yayılmış üsulları isə aşağıdakı ardıcıllıqda qeyd olunmuşdur:
- Şirkətin müxtəlif xidmətləri və şöbələri üzrə rəhbərlər qrupuna istiqamətlənmiş sorğu. Sözügedən rəhbərlərə bazarın təhlilinə dair əvvəlcədən müvafiq məlumat təqdim olunmalıdır.
- Əvvəlki (ötən ilki) dövriyyənin əsasında proqnozlaşdırma. Bu halda ötən il ərzində həyata keçirilən satışlar barədə məlumatlar gələcəkdə satışa dair proqnoz vermək istiqamətində mənbə rolunu oynayır.
- Yekun istifadənin təhlili. Bu zaman proqnoz müəssisənin əsas müştərilərinin sifarişlərinin nəzərdə tutulan həcminə əsaslanır.
- Malların çeşidinin təhlili. Bu zaman məmulatların ayrı-ayrı növləri üzrə satış proqnozları bir araya gətirilir və onlar şirkətin planlaşdırılmış dövriyyəsini əmələ gətirirlər.
- Yeni mallar/xidmətlər üçün sınaq marketinqi. Bu metod dəqiq proqnozun tərtib edilməsinə imkan verir.
Ümumilikdə satışın proqnozlaşdırılması marketinq büdcəsinin işlənib hazırlanmasını, marketinq resurslarının bölüşdürülməsini, seqmentlər üzrə satışın müvəffəqiyyət dərəcəsinin təhlilini, xarici mühitdə müşahidə olunan dəyişiklikləri, ö cümlədən rəqabət mühitini izləməyi, tələbata istiqamətlənən məhsulların modifikasiyasını nəzərdə tutur.
"Price Waterhouse Coopers" şirkəti, Avropanın 18 əsas turizm şəhərinin tədqiqinə həsr olunmuş ənənəvi araşdırmasına əsaslanaraq, Avropa sektorunun inkişafına dair təhlilini açıqlamış və mehmanxana sənayesinin inkişafına dair ətraflı proznoz vermişdir. PWC şirkətindən verilən proqnoza əsasən, son illər ərzində Moskva, Dublin, London, Paris, Edinburq, Berlin, Frankfurt, Vyana, Praqa, Lissabon və Sürix kimi şəhərlər bir hotel nömrəsi üzrə hesablanan gəlir göstəricisinə görə Avropa liderləri sırasına daxil olacaq və eyni zamanda həmin ölkələrdəki yerləşdirmə obyektlərinin doluluq səviyyəsi 69,1% artacaq.
Ümumiyyətlə, hoteldə proqnozlaşdırma daim həyata keçirilməlidir.Menecer proqnozlaşdırma üsullarını düzgün seçməli və strateji qərarların qəbulunda məsuliyyət daşımalıdır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin