Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə3/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   2   3   4   5   6   7   8   9   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

1.2. Planlaşdırma
Hotel fəaliyyətinin planlaşdırılması menecmentin zəruri elementidir. Hotelin fəaliyyətini əks etdirən düzgün və vaxtında tərtib olunmuş plan, hotelin bütün şöbələri arasında və həmçinin digər müəssisələrlə uğurlu işini şərtləndirən amildir.
Planlaşdırma mənasız və əsassız məsrəflərə yol vermir və hotelin resurslarından (vəsait mənbələri) səmərəli istifadə etməyə imkan yaradır.
Planlaşdırma menecmentin əsas funksiyalarından biri olmaq etibarilə, idarəçiliyin digər funksiyalarının yerinə yetirilməsinə yardım edir. Bunlar, təşkilatı, qərarların qəbulu, kommunikasiya (ünsiyyət), motivasiya(həvəsləndirmə) və ən əsası nəzarətin həyata keçirilməsi funksiyalarıdır. Belə ki, planlaşdırma, nəyin zəruri, necə etmək lazım olduğunu, nəzarət funksiyası isə nəyi etmək istədiyimizi, necə yerinə yetirməyimizi müəyyən edir.
Planlaşdırma yalnız yüksək pillədə duran menecerlərə deyil, həmçinin hotelin bütün işçilərinə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istiqamət verir.
Planlaşdırma, təşkilatı məqsədlərə çatmaq üçün hotelin ən mühüm strategiya və fəaliyyətini müəyyən edir, bütün kollektivin səyini əlaqələndirməyə kömək edir.

  1. Planlaşdırmanın prinsip və üsulları

Planlaşdırma zamanı əsas prinsiplərə riayət etmək lazımdır.
Vahidlik prinsipi – planlaşdırma hoteldə sistemli olmalı, yəni, şaquli, (şöbə və iş yerləri) və üfqü xətt üzrə (marketinq planları və maliyyə fəaliyyəti) aparılmalıdır.
Fasiləsiz prinsipi – strateji və taktiki planlaşdırma ardıcıl olmalı və düzgün əlaqələndirilməlidir. Bu prinsipə görə, hoteldə, planlaşdırma prosesi, müəyyən silsilə çərçivəsində daim yerinə yetirilməlidir.
Çeviklik prinsipi – müəyyən olunmuş plan üzrə çalışan əməkdaşların təşəbbüsünü boğmamalı və imkan yaradılmalıdır. Müxtəlif şəraitdə planları həyata keçirmək üçün, bunların, bir sıra variantlarda işlənib hazırlanması məqsədə uyğundur.
Planın iqtisadi cəhətdən əsaslandırmaq prinsipi – İqtisadi əsasların alternativ variantlarının, proqnozlaşdırma və optimallaşdırmanın (əlverişli) sistemli təhlilindən sonra, plan göstəricilərinin yekun variantını seçmək lazımdır.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin