Alternativ yolların müəyyən olunması. Məqsədə çatmaq üçün, müxtəlif üsulları təhlil etmək və münasibini seçmək. Bəzən işçi qrupun təklif etdiyi tövsiyyələr, şəxsi təkliflərdən daha maraqlı olur.
Alternativ planın qiymətləndirilməsi. Bütün variantların üstün və çatışmayan cəhətlərin siyahısını tərtib etmək və bu amillər içərisində xarici təsirlərə, ehtiyat vəsaitlərinə, diqqət etmək zəruridir.
Optimal yolun seçilməsi. Alternativ yolların təhlili nəticəsində, məqsədə çatmaq üçün, ən yaxşı hesab edilən münasib variant seçilir. Lakin müxtəlif variantların kombinasiyası mümkündür.
Planın tətbiqi. Optimal variant seçiləndən sonra, menecer aşağıdakı sualları cavablandırır.
Kim nə edir ?
Hansı müddətə ?
Hansı ehtiyat vəsaitlər tələb olunur ?
Hansı mənfəətlər gözlənilir ?
Hansı qiymət hesabına ?
Hansı formada hesabat tərtib olunur ?
İcra edənlər hansı səlahiyyətlərə malikdir ?
Nəticənin qiymətləndirilməsi və nəzarəti. Planın yerinə yetirilməsi yekunlaşıbsa, gözlənilən faktiki nəticələrin uyğunluğunu nəzarətdən keçirmək lazımdır.
Plan, siyasətdən fərqli olaraq, əsasən rəqəmlərlə ifadə olunur. Qoyulan sərmayədən gələn gəlir, satışın həcmi, artımın tempi (sürətli) – bütün bunlar maliyyə məqsədlərinin göstəricisidir. Hotelin nömrə fondunun dolumu, kadrların axın səviyyəsi (işdən getmək), hotelin konkret sahələrinin işinin fiziki ölçüsünün göstəricisidir.
Məqsədləri qısaca ifadə etmək, onunla əlaqədar olan, hər bir konkret sahənin nəticələrini müəyyən etmək prosesidir.
Ehtimal və vəzifələr müəyyən olunandan sonra, hotel, məqsədlərə nail olmaq üçün, tapşırıqlar verir. Səmərəli işləmək üçün, hər ay konkret məqsədlər ölçülməli və müəyyən düzəlişləri etmək lazımdır. Məqsədlərə çatmaq üçün, hansı səviyyədə səy göstərilməli və ya fəaliyyətin ümumi istiqamətini dəyişmək üçün hansı düzəlişlər olmalıdır? Məsələn, satış şöbəsinin məqsəd və informasiyalarını hər ay nəzərə almaq və təhlil etməklə aşağıdakı nümunələri göstərmək olar.
Fərdi qonaqlar üçün nömrələrin bronlaşdırılması.
Hər ay üçün nömrə fondunun dolumu və yerli korporativ müştərilər.
Hər ay, qonaqlar üçün ayrılan nömrələrin faktiki dolumu və ilin əvvəlindən yekun göstəricilər.
Nömrə fondunun dolumu və ilin əvvəlindən yekun göstəricilər.
Qonaqlara verilən nömrələrdən daxil olan gəliri hər ay üçün faktiki gəlir və ilin əvvəlindən yekun göstəricilər.
Paketlər: Satılan nömrələrin tipi, hər ay üçün və hansı yerlərdən qonaqlar gəlib ?
Yekun nəticələr, məqsədlərin hansı tərzdə yerinə yetirilməsini göstərir. Hər bir məqsəd üçün yazılı şəkildə, mərhələli tapşırıqlar tərtib olunur.