Təqvimi planlaşdırma, taktiki planlaşdırmanın əsas hissəsidir. (ay, rüb, yarım illik)
Təqvimi planlaşdırma, biznesin proqnozu əsasında, iş yerləri üzrə, əməkdaşların yerləşməsi və sayını müəyyən edir. Bu işin əsas məqsədi, tələb olunan xidmət səviyyəsini təmin etməkdir.
Hotel biznesi 24/7 variantında işləyir, belə ki, sutkanın 24 saat, həftənin 7 günü fəaliyyət göstərdiyinə görə, gecə və gündüz işi normal təşkil etmək lazımdır. Bunun üçün hotelin bütün şöbələri tam komplektləşdirilməlidir. Bunun üçün maliyyə vəsaiti tələb olunur. Tam kadrlarla komplektləşmiş hotel, hətta 24 saat ərzində nömrələrə restoran xidməti (room service) təmin edə bilər. Məhdud kadr və maliyyə imkanlarına malik olan, hotel bu xidmətləri göstərə bilmir. Restoran 12 saat fəaliyyət göstərirsə, bu halda iki növbədə iş təşkil olunmalı və qonaqlara tam pansion xidməti (səhər, nahar və şam yeməyi) göstərilməlidir. Lakin qonaqlara, yalnız səhər yeməyi təqdim olunursa, restoran bir növbədə işləyə bilər. Hotel rəqabətə davamlı və məsrəfləri azaltmaq üçün ştatdan kənar personaldan istifadə edə bilər. Məsələn, konfranslar və tədbirlər üzrə menecer, öz işini planlaşdırmalı, müştəriyə hansı tip, tutumu, həcmi olan zalı təklif etməyi bilməlidir və müştəridən hansı maliyyə imkanlarına malik olduğunu soruşmalıdır. Menecer tədbir zamanı, yemək və ya içmək tələb olunarsa, onun menyusunu və qiymətini müştəriyə təqdim etməlidir. Xidmətləri təqdim edən menecer, müştəri ilə müqavilə bağlamalı, tədbirin günü, saatı və iştirakçıların sayı dəqiqləşdirilməlidir.
Müasir dövrdə, dinamik dəyişiklərin xarakterik xüsusiyyətlərini nəzərə alaraq, menecer, çevik olmalı, planlaşdırmada operativ surətdə, imkan daxilində, düzəlişlər etməyi bacarmalıdır.
Strateji planlaşdırma
Strateji planlaşdırmanın tərtibində, hotelin yüksək dərəcəli rəhbərləri (top menecerlər) fəal iştirak edir və müəssisənin fəaliyyətini və istiqamətini müəyyənləşdirirlər.