a)Təşkilat strukturunun diaqramı (qrafik təsvir)
Təşkilatı strukturu adətən, təşkilatı diaqram ilə təsvir olunur. Diaqram hotel strukturunun sxemidir. Diaqram strukturu yoxlamaq, təhlil və bir sıra dəyişikliklər aparmaq üçün istifadə olunur. Diaqram hoteldə formal münasibətləri, əməyin bölgüsü və menecerlərin sayını əks etdirir. (Şəkil 2.2 təşkilat diaqramı göstərilib.)
Bu diaqramda, hotel 8 şöbəyə bölünüb. Bunlar, maliyyə, marketing və satış, ön büro, qida və içki, mühəndis-texniki, təhlükəsizlik, personal və təsərrüfat şöbəsindən ibarətdir. Bütün şöbələrin menecerləri, hotelin baş menecerinə tabedir.
Lakin bu diaqram etalon deyil, sadəcə bir nümunədir. Hotelin tipi, nömrə fondu, həcmi, dərəcəsi və funksiyasından asılı olaraq, şöbələrin sayı az və ya çox ola bilər.
Marketing və satış şöbəsi, kiçik olsa da, şöbələr arasında əlaqələndirməni aparır. Bu şöbə, digər şöbələrdən fərqli olaraq, qonaqlarla birbaşa təmasda olmur. Şöbə, turizm şirkətləri, təşkilat və korporativ qonaqlarla sıx əlaqədə işləyir, müqavilələr hazırlayır, qiymət siyasəti aparır və eyni zamanda müxtəlif tədbirlərin hazırlanması və keçirilməsində mühüm rol oynayır.
Qida və içki şöbəsinin əsas funksiyası, qonaqlara keyfiyyətli və müxtəlif çeşidli yemək və içki təqdim etməkdir. Bu şöbə nömrələrə restoran xidməti göstərir və ziyafətlər təşkil edir. Müasir hotel komplekslərində, müxtəlif növ restoran və barlar fəaliyyət göstərir. Qida və içki şöbəsində mətbəxin öz xüsusi yeri var. Mətbəxdə əsas söz sahibi baş aşpazdır. Hotelin və onun nəzdində fəaliyyət göstərən restoranın nüfuzu baş aşpazın peşəkarlığından da asılıdır.
Hotelin ön bürosu, nömrələrin bronlaşdırılması, qonaqların qəbulu və xidməti ilə məşğul olur. Ön büro, hotelin mühüm şöbəsi və sinir sistemidir.
Kadrlar şöbəsi, qonaqlarla birbaşa təmasda olmasa da , hotelin fəaliyyətində çox mühüm rol oynayır. Kadrlar şöbəsi, hotel üçün mütəxəssis seçir, müsahibə aparır, lakin son qərarı müvafiq şöbənin meneceri verir.
Maliyyə şöbəsi, digər şöbələrlə sıx əlaqədə işləyir. Maliyyə şöbəsinin əsas vəzifəsi, hesabatları hazırlamaq, pul köçürülmələrini yerinə yetirmək, əməkdaşları maaşla təmin etmək və digər ödənişləri həyata keçirməkdir. Maliyyə şöbəsi, mühasib və auditorlarla birlikdə, müvafiq şöbələrin hesabıtını yoxlayır, qiymətləri tənzimləyir və nəzarəti həyata keçirir.
Dostları ilə paylaş: |