Baş menecer
İşçilər
B-menecer
A-menecer
İşçilər
Şəkil 2.4 İdarəçiliyin xətti strukturu.
Məsələn, qida və içki şöbəsinin, ön büronun və digər şöbələrin menecerləri, yalnız öz şöbələrinə aid bilik, bacarıq və səriştəyə malik olmamalı, həmçinin marketinq, satış, mühasibat və kompyuterə aid sahələri bilməlidir.
İdarəçiliyin xətti strukturunun üstün və çatışmayan cəhətləri var. Bu strukturun üstün cəhətləri aşağıdakılardır.
Sərəncamların dəqiq və vahid olmasıdır.
İşçilərin fəaliyyətinin uyğunluğudur.
İdarəçiliyin sadə olması (əlaqə bir kanal vasitəsi ilə həyata keçirilir)
Məsuliyyət dəqiq ifadə olunur.
Qərarların qəbulu operativdir.
Öz şöbəsinin yekun nəticələrinə görə, menecerin fərdi məsuliyyətinin olmasıdır.
İdarəçiliyin xətti strukturunun çatışmamazlığı menecerin üzərinə qoyulan yüksək tələblərdə özünü göstərir. Menecer yaxşı hazırlıqlı və səriştəli olmalıdır ki, şöbəni effektiv və səmərəli idarə edə bilsin.
Hotel menecmentində, idarəçiliyin xətti strukturu, əsasən məhdud xidmət göstərən mini hotellərə daha çox tətbiq edilir.
İdarəçiliyin funksional strukturu (İFS)
Hotelin fəaliyyətini və xətti menecerlərin işini dəstəkləyən əməkdaşlar, funksional personal adlanır. Bu personal, mühasibat, mühəndis-texniki və digər şöbələrin işini təmin edir. Qonaqlara göstərilən xidmətin keyfiyyəti bu personalın işindən çox asılıdır. Məsələn, hotelin fəaliyyəti, mühəndis-texniki sistemin fasiləsiz işindən çox asılıdır. Bu strukturda əsas ideya ondan ibarətdir ki, mütəxəssislər ayrı-ayrı funksiyaları yerinə yetirir. Hoteldə eyni ixtisas üzrə mütəxəssislər bir şöbədə çalışır. Məsələn, marketinq şöbəsi, ön büro, təsərrüfat şöbəsi və.s İşçilər eyni profil üzrə fəaliyyət göstərir. Beləliklə, hotel idarəçiliyinin ümumi vəzifəsi , orta səviyyədən başlayaraq, funksiyonal meyarlara bölünür. İdarəçiliyin funksional strukturu adı da məhz bununla əlaqədardır. İdarəçiliyin funksional strukturu, hotelin həcmindən asılı olaraq, tətbiq olunur. İdarəçiliyin funksional strukturu, hotel fəaliyyətinin bölgüsünü və istiqamət üzrə daxildə prosesləri nəzərdə tutur. Bu bölgü və proseslərin hər birinə funksional menecer rəhbərlik edir. İdarəçiliyin funksional strukturu, xətti struktur ilə yanaşı mövcuddur ki, bu işçilərin ikiqat tabeçiliyini yaradır. İdarəçiliyin funksional strukturunda, universal menecerlər əvəzinə, öz işini gözəl bilən, səriştəli, müəyyən sahəyə cavabdeh olan (məsələn, proqnozlaşdırma və planlaşdırma üzrə) mütəxəssislərdən ibarət qrup yaranır. Bu cür idarəçilik aparatının funksional ixtisaslaşması, hotel fəaliyyətinin səmərəsini artırır.
Dostları ilə paylaş: |