Marketinqin dörd P bu təhlilin, çıxış nöqtəsidir. Bu belə ifadə olunur : Məhsul (product), qiymət (price), yer (place) və irəliləyiş (promotion). Hər bir hazırlanmış planlar həyata keçirilməlidir. Strateji planlar, taktiki, fəaliyyət və digər planlar vasitəsi ilə yerinə yetirilir və reallaşır.
Biznes plan, planlaşdırmanın xüsusi növüdür.
Biznes plan, hotelin inşası ilə əlaqədar kredit almaq üçün tərtib olunur.
Məzmununa görə, biznes plan, elə bir sənəddir ki, hotelin məqsəd və vəzifələri, bazarda rəqabət mövqeləri, gözlənilən maliyyə mənbələrinin həcmi, nəzərdə tutulan marketinq tədbirləri, xidmətlərin təşkili, sahibkarlıq riskinin qiymətləndirilməsini əhatə edən bir toplumdur.
Biznes plan, yalnız kommersiya layihəsi deyil, həmçinin hotelin idarə olunmasının əsasıdır. Biznes planın sayəsində, menecer, hotelin gələcək fəaliyyətini, imkanlarını sanki, kənardan müşahidə edir.
Təşkilatı və iqtisadi məsələləri özündə əhatə edən, biznes planın işlənib hazırlanması prosesi, meneceri səfərbərliyə ruhlandırır.
Biznes plan – çoxplanlı idarəetmə vasitəsidir. O, taktiki və strateji vəzifələri yerinə yetirməyi nəzərdə tutur. Biznes planda, hotelin məqsədə çatmaq üçün zəruri olan, maddi, əmək ehtiyatları, maliyyənin qiymətləndirilməsi irəli sürülür. Eyni zamanda, bazar şəraitində, hotelin fəaliyyətinin, spesifik və ümumi elementləri, rəqabətin taktiki və strateji qərarlarının seçimi nəzərdə tutulur.
Marketinq planı
Marketinq planlaşdırılması, işlənilmiş planın tətbiq və nəzarəti, marketinqin məqsədlərini müəyyənləşdirmək və özündə marketinq imkanlarını və ehtiyat vasitələrini qiymətləndirib birləşdirən, sistemli bir prosesdir.
Marketinq plan, hotelin marketinq fəaliyyətinin nəzarəti və tətbiqini təsvir edən yazılı sənəd və ya layihədir. Marketinq planlaşdırılması, hotel biznesinin fəaliyyətinin və marketinq xidmətlərinin xüsusiyyətlərini nəzərə almaqla yerinə yetirilir.
Hotel sahəsində, marketinq xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar :
Hotel xidmətlərinə olan tələbatı idarə etmək
Hotel xidmətləri barədə tam və düzgün informasiya vermək
Müştərinin hüququnu müdafiə etmək və onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət vermək.
Hotelin marketinq fəaliyyətinin planlaşdırılmasının əsas elementlərini nəzərdən keçirək.
Bazarı tədqiq etmək və proqnozlaşdırmaq
Məqsəd və vəzifələri qarşıya qoymaq
Taktika və strategiyanı işləmək
Satışı stimullaşdırmaq və tələbatı formalaşdırmaq
Təhlil və nəzarət
Xidmət standartlarını formalaşdırmaq, əsas və əlavə xidmətlərin təqdim olunması prosesində, personal ilə işləmək.
Müasir marketinq, planda təsdiq olunmuş, xidmətin strateji standartlarını nəzərə almaqla, məqsədlərə çatmaq üçün, büdcənin planlaşdırılmasını tələb edir.