Soxulcan virusları əsasən mənbəyi bilinməyən elektron poçt məktubları, zərərli proqram, oyun
endirmə saytlarından kompüterə yoluxur. Kompüterimizdəki faylları, sənədləri başqasına asanlıqla
göndərə bilir.
Troy anlarla (adını tarixdə məşhur olan “Troya” müharibəsindən almışdır) yoluxmuş bir kompüter
tamamilə başqasının idarəsi altına keçə bilər, misal üçün, troyanla yoluxmuş kompüteri virusu
göndərən şəxs istənilən zaman söndürə və ya oradakı proqramlarla asanlıqla və istədiyi vaxt işləyə
bilər.
Parazitlər öz surətlərini yayarkən eyni zamanda diskin yükləyici bölmələrini də dəyişir.
Belə ziyanverici proqramlarla mübarizə üçün antivirus proqramlarından istifadə olunur.
Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır:
•
Filtr - rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir.
•
Detektorlar - əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum virusların axtarışını
təmin edir və onları tapır.
•
Dostları ilə paylaş: |