Windows 3.11 örtükləri də bura aiddir.
Servis (xidməti) proqramları kompüterlə işləyən zaman istifadəçilərə əlavə xidmətlər təklif edir
və əməliyyat sisteminin imkanlarını genişləndirir. Yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:
•
istifadəçi interfeysinin təkmilləşdirilməsi
•
verilənlərin mühafizəsi
•
verilənlərin bərpası
•
xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin sürətləndirilməsi
•
arxivləşdirmə-arxivi açma
•
kompüter virusları ilə mübarizə
Kompüterin iş qabiliyyətinin diaqnostikası (Texniki xidmət proqramları) proqramları
kompüterin düzgün işləməsinə nəzarət edərək yaranan nasazlıqları aşkarlamaq üçün istifadə olunur.
Test proqramları və xüsusi nəzarətçi proqramlar olmaqla iki yerə ayrılır.
-
Daimi yaddaşda yerləşən test proqramları kompüter elektrik şəbəkəsinə qoşulduğu vaxt işə
düşür və qurğuların düzgün işləyib işləmədiyini yoxlayır.
-
Xüsusi nəzarətçi proqramlar isə kompüter işlədiyi müddətdə proqramların işinin
aparılmasına nəzarət edir. Qarşıya çıxan səhvləri ekranda göstərir.
Dostları ilə paylaş: |