Fayl virusları icra olunan (.exe, .com, .bat genişlənməli) fayllara yoluxur, onların işini pozur.
Yükləmə viruslar disklərin yükləmə sektorlarına (boot sector) yoluxaraq əməliyyat sisteminin və ya
digər proqramların yüklənməsinin qarşısını alırlar.
Fayl-yükləmə virusları isə həm fayllara, həm də diskin yükləyici sektoruna yayılır.
Şəbəkə virusları isə əsasən kompüter şəbəkələrində yayılan viruslardır.
Rezident viruslar əməli yaddaşda daimi yerləşirlər. Kompüter elektrik şəbəkəsindən ayrılanadək
və ya yenidən yüklənənədək əməli yaddaşda qalırlar), qeyri-rezident viruslar isə ancaq müəyyən
müddətdə əməli yaddaşda aktiv olurlar.
Makrovirus əsasən Microsoft Office proqramları ilə hazırlanmış fayllara yoluxur.
99
Proqram təminatı və onun təsnifatı
Dostları ilə paylaş: |