Financial market



Yüklə 23,5 Kb.
tarix02.01.2022
ölçüsü23,5 Kb.
#35251
The


1.2.Maliyyə bazarlarının təşkili,iqtisadi sistemdə yeri və rolu
Maliyyə bazarı anlayışı(İngiliscə “financial market”müasir mənada-maliyyə bazarı elə bazar növüdür ki,burada maliyyə aktivləri (qiymətli kağızla)səhmlər və istiqrazlar alına və yaxud satıla bilər-nisbətən bu yaxınlarda meydana gəlmişdir.Bu anlayışın ilk dəfə meydana gəldiyi iş biri məşhur iqtisadçı D.J.Tobinin 1963-cü ildə nəşr edilmiş məqaləsi olmuşdur,lakin o dövrlərdə maliyyə bazarı pul bazarı və kapital bazarının məcmusu ilə əlaqələndirilmədiyinə görə o dövrdə geniş yayılmamışdır.1978-ci ildə İngilis ensiklopediyasında “The New Encyclopia Britanica”,”Financial market”anlayışı artıq bazar haqqında ümumi məqalədə xatırladılır.Görünür ki,müasir mənada (pul bazarı və kapital bazarı və kapital bazarlarının məcmusu)”maliyyə bazarı”anlayışının yayılmasında 1974-cü ildə ABŞ-da R.Robinsonun “maliyyə bazarları”yığım və sərvətin yerləşdirilməsi adlı məqaləsinin müəyyən əhəmiyyəti olmuşdur.
Avropada bu anlayış xeyli sonralar Amerika maliyyə bazarının təsiri altında meydana gəlmişdir.Fransada “maliyyə bazarı”anlayışı(marche financier)1960-cı illərin sonunda işlədilməsinə baxmayaraq onu pul bazarından (marche monetaire)diferrensiallaşdırmaq məqsədilə ondan kapital bazarı qismində (əhəmiyyətində,rolunda)istifadə edirdilər.
Sovet dövrü ölkə iqtisadi ədəbiyyatlarına uzun müddət pul bazarı və kapital bazarlarını birləşdirən”ssuda kapitalı bazarı”anlayışından istifadə edilirdi lakın bu anlayış çoxdandır ki,köhnəlilmiş və təcrübədə ümümyayılmış maliyyə bazarı”maliyyə bazarı” anlayışı ilə sıxışdırılıb çıxarılmışdır.
“Maliyyə bazarı”anlayışına iki aspektdə baxmaq olar:institutların məcmusu kimi və iqtisadi münasibətlərin məcmusu kimi.Birinci halda maliyyə bazarı tələb və təklifin bazar prinsiplərinə əsaslanan kapitalın yenidən bölüşdürülməsi üçün müəyyən edilmiş bütün təşkilat və idarələri özünə daxil edir.
Bu mənada maliyyə bazarı-institutlar sistemidir ki,bu da ibarətdir(bazarın iştirakçıları-investorlar,qiymətli kağızların emitetləri vasitəçilər-ticarətin birja və birjadan kənar təşkilatçıları;bazarın infrastrukturu-depozitarien,qeydiyyatçılar,hesab-kliring təşkilatları və s.)
İkinci halda maliyyə bazarı kapitalın formalaşması,bölgüsü və yenidən bölgüsünə yönəldilmiş iqtisadi münasibətlər sistemidir əmtəə bazarından başqa kapitalın satışı baş verən bütün bazarlar maliyyə bazarı hesab edilir.
Maliyyə bazarı iştirakçılarına münasibətlərinin realaşdırılmasının bazar üsulu o deməkdir ki, bu iştirakçıların hər biri bazara sərbəst daxil olmaq hüququna malikdir,digər iştirakçılar ilə sərbəst əlaqə yarada bilərlər,iştirakşılar arasında münasibətlər isə informasiya şəffağlıdır ki,buda onların maliyyə vəziyyəti və niyyətlərini müqayisə etməyə imkan verir.
Maliyyə bazarlarında iştirakçılar arasında əlaqələr-bilavasitə və yaxud maliyyə vasitəçilərinin vasitəsi ilə müəyyən edilir.Bank və bank olmayan maliyyə vasitəçiləri tərəfindən akkumilyasiya edilmiş fərdi investorların yığımları maliyyə aktivlərinə qoyulmuş investisiya kapitalına çevrilir.
Adətən maliyyə kapitalının tərkibində aktivlərin müddətindən asılı olaraq pul bazarı və kapital bazarı fərqləndirilir.Belə təsnifləşdirməni Dünyua Bankı və Beynəlxalq Valyuta fondu istifadə edir.
Bəzi hallarda pul kapitalı qısamüddətli qısamüddətli kredit bazarı,kapital bazarı isə uzunmüddətli kredit bazarı kimi baxılır.
Pul bazarında maliyyə resurslarına cari tələbatları təmin etmək üçün qısamüddətli maliyyə alətləri mövcud olur.Bu halda pul bazarı (geniş əhəmiyyətdə pul bazarının qiymətli kağızlar bazarından və mərkəzi bankda avuarları və iri müəəsisələr arasında klirinqi daxil edən banklar arası pul bazarından ibarətdir.
Qiymətli kağızlar bazarında (pul bazarının tərkib hissəsi kimi)tədavüldə dövlətlərə qiymətli kağızlar (xəzinə öhdəlikləri,xəzinə vekselləri və s.)və habelə xüsusi borc qiymətli kağızları(veksel,depozit sertifikatlar)tədavüldə olur.Pul bazarında tədavüldə əsasən ya dövlət tərəfindən (xəzinə vekselləri),yada etibarlı xüsusi emitetlər tərəfindən(iri korporasiyaları vekselləri və kommersiya kağızları)buraxılan faizli qiymətli kağızlar olur.
Bir qayda olaraq olaraq müasir pul bazarları qlobal inteqrasiyalığı ilə xarakterizə olunur və bu bazarın aktivlərinin likvidliyi ilə bu aktivlərin necə sadə və daha tez nağd valyutaya çevrilməsi ilə müəyyən olunur.
Pul kapitalı-pul vəsaitlərini bir il müddətinə verilməsi üzrə iqtisadi münasibətlər sistemidir.Pul bazarı qısamüddətli qiymətli kağızlar bazarına banklar arası kredit bazarı və avro valyuta bazarına bölünə bilər.
Aşağı maliyyə riskliliyi fərqləndirici xüsusiyyəti olan pul bazarı alətləri qısamüddətli qiymətli kağızlar,qısamüddətli kreditlər və bağlaşmalıdır.
Qısamüddətli qiymətli kağızlara adətən aşağıdakılar aid edilir.
-İstiqrazlar
-Xəzinə(hökümət)vekselləri
-Aqentlik vekselləri (hökümət tərəfindən sponsorluq edilən dövlət ipoteka idarələri Agentliyi)
-Bələdiyyə vekselləri(şəhər,kənd,qəsəbə)
-Kommersiya vekselləri (hüquqi şəxs)
-Bank vekselləri
-Akseptləşmiş bank çekləri
-Kommersiya kağızları (notları)
-Depozit sertifikatlar
-Əmanət sertifikatları (fiziki şəxslərin)
Qısa müddətli kreditlər özünə bankları və kommersiya kreditlərini daxil edir.
Repo bağlaşmaları-geri almaq şərti ilə qiymətli kağızların satışı deməkdir.
Kapital bazarı-ilə iqtisadi münasibətlərləri sistemidir ki,burada ssuda kapitalına tələb və təklif formalaşır,müvəqqəti azad pul kapitalı səfərbər edilir,sahibkarlar və investorlar arasında yenidən bölüşdürülür.Kapital bazarında subyektlər maliyyə institutları,emitentlər,investorlar,kommersiya bankları və investisiya fondlarıdır.
Kapital bazarında uzunmüddətli maliyyə alətləri tədavül edilir və onunla ticarət əsasən birjalarda baş verir və yaxud birja ticarətinə oxşar üsüllar təşkil edilir.Bazarın bu cür təşkili onun iştirakçıları haqqında informasiya toplanmasını tələb və təklifi,optimal təklifin tapılmasına və əməliyyat aparılmasını təmin edir.Araşdırmalar göstərir ki,təcrübə ən geniş yayılmış bazar-fond bazarıdır ki,onunda sinonim anlayışı bütövlükdə qiymətli kağızlar bazarıdır.Bu yanaşmanın xeyrinə arqument ondan ibarətdir ki,əgər əvvəllər “fond bazarı”əsasən uzunmüddətli qiymətli kağızlara aid edilirdisə,hazırda uzunmüddətli və qısamüddətli qiymətli kağızlar arasında hədd getdikcə silinir.
Valyuta bazarı
Maliyyə bazarlarına eyni zamanda valyuta bazarıda aid edilir.Valyuta bazarı xarici valyutaların,xarici valyuta ödəniş sənədlərinin alqı və satışı,habelə xarici investorların kapitalının hərəkəti üzrəəməliyyatlar və törəmə maliyyə alətləri və yaxud müddətli bazarın-müddətliyi bağlaşmaları (forward,opsion və s.)tərtibi həyata keçirilən bazar əməliyyatları gedişində əmələ gələn sabit və təşkilatı münasibətləri ifadə edir.
Valyuta bazarında investorların,valyuta qiymətlərinin satıcıların və alıcılarının maraqları razılaşdırılır.Təşkilatı-texniki nöqteyi nəzərdən valyuta bazarı milli və xarici bankları,broker firmalarını və valyuta bazarının subyektləri olan digər maliyyə institutlarını birləşdirən müasir rabitə vasitələri şəbəkələrinin məcmusunu xarakterizə edir.
1970-cı illərin ortalarından başlayaraq fyucers və opsion valyuta bağlaşmaları inkişaf etməyə başlamışdır.Bu kimi valyuta bağlaşmaları bütün iştirakçılarına yeni imkanlar açır,valyuta möhtəlikləri və hecerlər üçün yeni imkanlar açmış,yəni valyuta risklərindən müdafiə olunmağa və möhtəkir mənfəəti əldə etməyə şərait yaratmışdır.Bankla faiz dərəcəsi ilə”svop”əməliyyatını,əlaqələndirməklə əməliyyat aparmağa başlamışdır.
Valyuta bazarının əsas cəhəti ondan ibarətdir ki,bir-birinə qarşı yalnız müxbir hesabı üzrə yazılış vasitəsi ilə durur.Başlıcası isə,məhz o valyuta məzənnəsini müəyyən edir.Valyuta bazarında bütün prosesləri kommunikasiyanın bütün mümkün vasitələrindən istifadəsi ilə baş verir ki,bu da onun işini daha qlobal etmiş olur.Faktiki olaraq bu bazarda baş verən bütün proseslər bütün ölkələrin maraqlarına toxunur,çünki,milli valyutanın məzənnəsi xarici pul vahidinə nisbəti burada müəyyən edilir.Valyuta bazarının istehlak mallarının dünya bazarına xidmətdə və bu və ya digər dövlətin pul vahidinə tələb və təklifindən asılı olaraq valyuta məzənnəsinin müəyyən edilməsində rolu durmadan artır.Bundan əlavə valyuta bazarı dövlət tərəfindən kredit-pul siyasətinin həyata keçirilməsi aləti kimi istifadə edilir.
Qızıl bazarı
Qızıl bazarı-bazar şərtləri qiymətləri şərti ilə qızıl ilə müntəzəm ticarət-maliyyə
mərkəzləridir.Bu kimi mərkəzlər birləşmiş iri bankların,qiymətli metallar birjalarının,qızıl ticarəti,onun təmizlənməsi və külçələrin hazırlanması üzrə ixtisaslaşdırılmış təşkilatların birliyini ifadə edir.Dünya qızıl bazarı bir dəqiqədə işini dayandırmır,gecə-gündüz işləyir.Hazırda dünya üzrə 50-dən çox qızıl bazarı fəaliyyət göstərir(Asiyada-19,Amerikada-14,Avropada-11,Afrikada-18).
İştirakçıların dairəsindən,məmulatın həcmindən,əməliyyatın müxtəlifliyindən və aşkarlıq səviyyəsindən asılı olaraq aşağıdakı qızıl bazarlarının fərqləndirilməsi yolu ilə edilmişdir.
Beynəlxalq qızıl bazarı.Bu bazar üçün iri sövdələşmə və geniş spektr əməliyyatlar,habelə vergi və gömrük maneələri olmaması xarakterikdir.Əməliyyatlar gecə-gündüz aparılır və topdan xarakter daşıyır.Biz qayda olara,belə bazarlarda nisbətən çox olmayan iştirakçı dairəsi olur,çünki,iştirakçıların etibarına (adına)və maliyyə vəziyyətinə tələb olduqca yüksəkdir.Bazarın iş qaydası iştirakçıların özləri tərəfindən müəyyən edilir.Beynəlxalq qızıl bazarları arasında:Cürix,London,Nyu-York,Çikaqo,Hon-konq,Dubay bazarlarını göstərmək olar.
Daxili qızıl bazarları bir və yaxud bir neçə investorlar və tezavratorlar(pulunu banka qoymayıb,evdə saxlayanlar)qiymətləndirilmişdir.Burada əmtəə qismində monetalar və xırda külçələr üstünlük təşkil edir,hesablaşma ilə yerli valyutada aparılır.Bu kimi bazarlar bir qayda olaraq təsirin iqtisadi alətləri:qiymətqoymada dövlətin istirara,vergiyə cəlbetmə,qiymətli metalların idxal və ixracının məhdudlaşdırılması və s.vasitəsi ilə dövlət tənzimlənməsinə məruz qalır.
Dövlətin daxili bazara qarışması dərəcəsindən asılı olaraq aşağıdakı növlər fərqləndirilir:
Azad-öncədən qızılın ixracı və idxalını məhdudlaşdırmayan yumşaq dövlət tənzimlənməsi.
Tənzimlənən-motədil dövlət qarışması vasitəsilə qızılın idxalı və ixracına kvota müəyyən etmək rüsum,vergi və lisenziya tətbiq etmək.Örtülü-ciddi nəzarət və qızılın idxal və ixracına tam qadağa qoymaq.
Daxili qızıl bazarına aiddir:Paris,Amsterdam,Vena,Milan,İstanbul,Rio-de-Janeyro,tənzimlənən (nəzarət edilən)bazarlar Afrika və Kairdə fəaliyyət göstərirlər.
“Qara”qızıl bazarları dövlətin total məhdudlaşmasına (qarışmasına)daxiloi qızıl bazarının reaksiya kimi daxili bazarın təşkilinin radikal formasını ifadə edir.Qeyri-leqal bazarlar,bir qayda olaraq örtülü bazarları paralel olaraq fəaliyyət göstərir.Belə bazarlar Hindistan və Pakistanda mövcuddur.
Qızıl bazarının iştirakçıları.Qızıl bazarında aşağıdakı qrup iştirakçıları fərqləndirmək olar:bazarda satıcı rolunda qızıl çıxarma şirkətlər,mərkəzi banklar və habelə xususi sahibkarlar çıxış edir.Alıcılar sırasında sənayeçilər,yuverlər,xususi investorlar,möhtəkirlər və son dövrlərdə mərkəzi banklar çıxış edir.
İnkişaf səviyyəsinə görə maliyyə bazarlarının təsnifləşdirilməsi.
İnkişaf səviyyəsinə görə maliyyə bazarları iki qrupa bölünür:1)inkişaf etmiş və 2)inkişaf etməkdə olan bazarlar.Bu kimi təsnifləşdirmə 1980-ci illərdə meydana gəlmiş və anlayışın “emerging markets”müəllifi Antuan van Artmeel olmuşdur.
Bundan əlavə,bir çox beynəlxalq maliyyə institutları tez-tez maliyyə bazarın üç qrupunu-formalaşmaqda olan,inkişaf etməkdə olan və inkişaf etmiş-fərqləndirirlər.İnkişaf etmiş bazarlar qrupuna əsas inkişaf etmiş ölkələrin bazarları aid edilir.İnkişaf etməkdə olan bazarlar qrupuna-tam formalaşmış,lakin kifayət qədər inkişaf etməmiş ölkələrin bazarları aiddir.Formalaşmaqda olan bazarlara hələ tam formalaşmamış ölkələrin maliyyə bazarları aiddir.Mak-Kinsi qlobal institut xeyli başqa təsnifatdan formalaşan və inkişaf edən,inkişaf etmiş,yetgin bazarlar-istifadə edir lakin hansı ölkənin inkişaf etməkdə olan ölkələrin bazarlarına,hansı ölkənin isə formalaşmaqda olan ölkə bazarlarına aid edilməsi haqqında vahid fikir yoxdur.Bu vəziyyət onunla əlaqədardır ki,həm inkişaf etməkdə olan və həm də formalaşmaqda olan ölkələrin bazarları həcminə və şəffavlıq və tənzimlənməsi səviyyəsinə görə müxtəlif olur.
Bir qayda olaraq təcrübədə iki əsas təşkilatdan-inkişaf edən və formalaşan istifadə edilir.2006-cı ildə Britaniya indeks agentliyinin təsnifata görə qabaqcıl inkişaf edən bazarlara aid edilir:Braziliya,Macarıstan,Meksika,Malayziya,Polşa,CAR,Tayvan,Tayland,Türkiyə,Çexiya.Formalaşan ölkələr bazar qrupuna isə Litva,Estoniya,Kipr,Nigeriya və bir sıra digər ölkələr aid edilir.Maliyyə bazarının təsnifləşdirilməsinin bir növü də bağlaşmanın müddəti üzrə reallaşdırılması üzrə təsnifatıdır.
Maliyyə bazarlarının təsnifləşdirilməsinin bir növü də sazişın müddətinin reallaşdırılması meyarları üzrə təsnifatıdır,yəni onun üzrə öhdəliyin yerinə yetirilməsidir.Burada da iki növ bazar fərqləndirilir.
Spot bazar.Sazişin tez bir zamana yerinə yetirilməsi bazarıdır,yəni bağlanmış saziş ya onun baz verdiyi qun,yada bir neçə gün ərzində,beş gündən artıq olmamaq şərti ilə yerinə yetirilir.
Müddətli bazar.Onunla fərqlənir ki,bağlanmış saziş üzrə öhdəliyinin yerinə yetirilməsi onların bağlanması günündən 5 gündən artıq müddətə qalmış olur.Bu bazarda tədavülün predmeti bir qayda olaraq fond,valyuta və əmtəə derivativləri (yaxud törəmə maliyyə alətləri)olur.
Bunlardan əlavə maliyyə bazarları maliyyə alətlərinin tədavülünün meyarları mərhələləri üzrə də təsnif edilir.
Birinci bazar.Bu bazarda qiymətli kağızların özgəninkilməsi onun birinci alıcısı tərəfindən (qiymətli kağızların yerləşdirilməsi adlanır)prosesi gedir.
ikinci bazar.Burada qiymətli kağızlar onun birinci sahibindən ikinci və yaxud sonraki sahibinə keçməsi prosesi baş verir.
Maliyyə bazarlarının göstərilən nomenklaturası təsnifatından başqa çox hallarda regional səviyyədə fəaliyyəti üzrədə təsnifatına da rast gəlmək mümkündür.Ədəti üzrə burada dörd altkateqoriya fərqləndirir.
Yerli maliyyə bazarı.Əsasən kommersiya bankları,sığorta şirkətləri,qiymətli kağızların qeyri-mütəşəkkil satıcıları və onların kontaqentləri-yerli təsərrüfat subyektini və əhali tərəfindən əməliyyatlar şəklində təqdim edilir.Nəzəri cəhətdən onlar aqromelorasiya bir və ya bir neçə bələdiyyələrdən ibarət toplum tərəfindən məhdudlaşdırılır.
Regional maliyyə bazarı.Bazar bir və yaxud bir neçə aqromelorasiyaya,(tarixi,milli)ya da subfederal quruma hesablanan aqromelorasiya ərazisi miqyasında fəaliyyət göstərən bazardır milli maliyyə bazarı.Ölkənin maliyyə bazarlarının ərazi strukturunu bütün məcmusunu özünə daxil edir onun bütün növlərini,seqment və formalarının bütün məcmusunu özünə daxil edir.Başqa sözlə bu elə maliyyə bazardır ki,bütün milli yurisdiksiya sərhədlərində fəaliyyət göstərir.
Dünya maliyyə bazarı.Dünya maliyyə sisteminin tərkib hissəsidir ki,burada açıq iqtisadiyyatda ölkələrin maliyyə bazarları inteqrasiya etmişlər.Dünya maliyyə bazarına iki mövqedən,ya qlobal miqyasda (dünya)milli maliyyə bazarlarının məcmusu kimi,ya da hər hansı yurisdiksiyadan kənar fəaliyyət göstərən maliyyə bazarı kimi.Burada “dünya”anlayışı beynəlxalq mənada istifadə edilir.
Maliyyə bazarları kateqoriyasının məzmunu çoxtəriflidir.Bir tərəfdən bu hərəkətdə olan mövcud bütün maliyyə resurslarının məcmusudur.Digər tərəfdən-maliyyə aktivləri ilə ticarət həyata keçirilən bazar institutlarının məcmusudur.Maliyyə bazarı həm də maliyyə alətləri mütəşəkkil və rəsmiləşdirilməyən maliyyə alətləri ticarət sistemini ifadə edir.Bu bazarda pul ilə mübadilə,kredit verilməsi və kapitalın səfərbərliyi baş verir.Burada əsas rolu pul vəsaiti axınlarını mülkiyyətçidən borc alana yönəldən maliyyə institutları oynayır.Əmtəə kimi xüsusi pul və qiymətli kağızlar çıxış edir.İstənilən bazar kimi,maliyyə bazarı da maliyyə resurslarının alıcıları ilə satıcıları arasında bilavasitə əlaqə yaratmaq üçün təyin edilmişdir.
Təşkilati nöqteyi-nəzərdən maliyyə bazarları maliyyə alətlərini emissiyasını,alqı-satqısını həyata kemirən maliyyə institutlarının,iqtisadi subyektlərin məzcmusu kimi baxıla bilər.Bu halda hər bir maliyyə institutu maliyyə alətlərinin konkret dəsti ilə bu və ya digər konkret əməliyyatın aparılması üzrə müəyyən səlahiyyətlərlə təmin edilmişdir.
İctimai əmək bölgüsü genişləndikcə,ticarət və pulun funksiyaları inkişaf etdikcə müxtəlif iqtisadi subyektlərdə özünə müxtəlif maliyyə aktivlərini(yaxud maliyyə fəaliyyətinin alətlərini)və institutları özünə daxil edən müəyyən maliyyə sisteminə təlabat və stimul yaranmış olur.Bu təlabat və istər eyni zamanda dövləti təsərrüfat subyektləri və əhalidə də aşağıdakıları əldə etmək üçün yaranır:-ticarət dövriyyəsi artdıqca hesablaşmanı tezləşdirmək üçün etibarlı çevik maliyyə alətləri sistemi;-ev təsərrüfatı və təsərrüfat subyektlərində yığımlar artdıqca yığım funksiyasının reallaşdırılması şəraiti və institutlarını;-az xərclə pul vəsaitinin borc alınmasını həyata keçirilməyə yardım edən alətlər məcmusunu;-xüsusi maliyyə bazarlarında meydana gələn maliyyə vəziyyətinə və fəaliyyətinə nəzarət institutları sistemini.Bu halda vəsaitlərin investor və borcalanar arasında axınlarına xidmət edən maliyyə institutlarının böyük rol oynayır.
Maliyyə bazarının iqtisadi sistemdə rolu onun funksiyaları vasitəsi ilə təzahür edilir.Maliyyə bazarının əsas funksiyaları aşağıdakılardır:-ev təsərrüfatlarında,firma və dövlətdə müvəqqəti sərbəst pul vəsaitlərini səfərbər etmək iqtisadi subyektlərə xidmət etmək üçün bu vəsaitləri maliyyə alətlərinə çevirmək;-pulun və ticarət edilən digər maliyyə aktivlərinin qiymətinin müəyyən edilməsi.Bu funksiya ilə investisiyalaşma və istehlakın prosesinin təmin edilməsi;-kapitalın təmərkuzləşməsi və mərkəzləşməsini sürətləndirmək;-iqtisadiyyatı tənzimləmək,o cümlədən pul tədavülünə təsir etmək və s.
Maliyyə bazarının mövcudluğunun obyektiv ilkin şərti bu və yaxud digər iqtisadi subyektin maliyyə resurslarına olan təlabatının bu tələbatı ödəmək üçün müvafiq mənbənin mövcudluğunun üst-üstə düşməsidir.
Müasir dövrə təşəkkül tapmış maliyyə bazarlarının milli modelləri maliyyələşdirmənin-borc və yaxud səhmdar kapitalın,xüsusi vəsait və kapital yığımlı maliyyələşdirmə və habelə dövlət büdcəsinin vəsaitlərinin məqsədli cəlb edilməsi-metod və alətlərinin təhlili və müqayisəsi əsasında qurulur.
Anqlo-Amerikan modelinin xarakterik cəhətləri (ABŞ,Böyük Britaniya)korporasiyaların səhmdər kapitalının,iqtisadiyyatın kreditləşdirilməsində bank sektorunun rolunu azaldılması ilə kommersiya kağızlarının yardım ilə maliyyələşdirmənin payının yüksək olması ilə xarakterizə olunur.
Kontinental modeldə (Almaniya və kontinental Avropanın digər ölkələri,qismən Yaponiya)istiqraz borclanmasının yüksək əhəmiyyətliyi şəraitində səhmdar maliyyəlaşdirilməsinin nisbətən daha aşağıdır.Bu halda investisiya prosesinin aktiv fəaliyyət göstərən şəxs kommersiya banklarıdır.
Dini yanaşma üzrə maliyyə bazarlarının bölgüsünə:ənənəvi maliyyə bazarlarına və İslam maliyyə bazarlarına ayrıca baxmaq lazımdır.
Belə ki,İslam maliyyə insitutları növündə (İslam bankları,İslam sığorta şirkətləri,investisiya fondları və s.)İslam biznesinin maliyyə sferası 1970-ci ildən başlayaraq inkişaf tapmış və hazırda 75-dən çox ölkədə,o cümlədən Azərbaycanda fəaliyyət göstərir.Bəzi qiymətləndirməyə görə bu sahənin aktivləri 1 trln ABŞ dollarını ötüb keçir.
Qeyd etmək yerinə düşər ki,İslam maliyyə sisteminə həsr edilmiş saytlarda qeyd edilir ki,İslam bankı adi bank banklardan yalnız iki istiqamətdə:etik təşəkkül və bank məhsulları ilə fərqlənir və ikinci birincidən irəli gəlir.
Başa düşmək zəruridir ki,İslam maliyyə bazarları ona əsaslanır ki,maliyyə kapitalının mülkiyyətçisi və sahibkar riski ona görə bölüşür ki,faydanı bölüşdürsün və assimetrik informasiyanın meydana gəlməsini aradan qaldırsın və bununlada bütün İslam maliyyə sistemini sabitliyinə nail olunmasına komək etsin.
Maliyyə bazarı-elə bazardır ki,burada səhm və istiqraz kimi maliyyə alətləri(qiymətli kağızları)satılır.Bu prosesin qanunauyğun nəticəsi maliyyə aktivlərinin bir kontraqentin əlindən digərinin əlinə keçdikcə baş verdiyi kapitalın hərəkətidir.Maliyyə bazarları əlverişli meydanca,vasitəçi və tənzimləyici ilə çıxış etməklə bu hərəkətə yardım edir,bunulada investisiya və xüsusi şəxslər,firmlar və yaxud dövlət aqentliyi tərəfindən maliyyə təsiri üçün faydalı zəmin hazırlayır.
Maliyyə bazarlarının başlıca rolu iqtisadi agentlərdə artıq olan (pofisit) pul fondlarının ehtiyyacı olan(defisit)iqtisadi agentlərə çatdırmaqdan ibarətdir.Beləliklə,bazar iştirakçılarının mənfəəti məsrəfləri üstələyirsə profisiti (yaxud investor) müvafiq olaraq kimin xərcləri gəlirlərindən artıqdırsa “defisitli” iştirakçı (yaxud borcalan)hesab edilir.Çox hallarda eyni iqtisadi agent bir müddət ərzində defisit,digər dövrdə isə -profisitli ola bilər.
Xüsusi müəssisələr,dövlət və digər maliyyə bazarının digər defisitli oyuncuları vəsaitləri həm borc və həm də pay qiymətli kağızları buraxmaq yolu ilə cəlb edirlər.Borc qiymətli kağızları (istiqrazlar)emitentin üzəri götürdüyü borcu ifadə edir.Pay qiymətli kağızları (səhm) kapitalda qiymətli kağızları saxlamayanlara pay təqdim edir.Çox hallarda buna istiqrazlar qarşında kapitallaşmanın aləti kimi üstünlük verilir.
Müəssisənin maliyyələşdirilməsində tələbatının təmin edilməsi.Maliyyə bazarının daha bir əhəmiyyətli şirkətləri maliyyələşdirmədə tələbatının təmin edilməsindən ibarətdir.Mliyyə bazarı defisitli oyunçu kimi çıxış edən müəssisəyə investor hesabına (profisit oyunçu)kapitalı səfərbər etməyə imkan verən mexanizmdir.
İnvestorların vəsaitləri investisiyalaşdırmaqda maraqlarının təmin edilməsi.Maliyyə bazarları arzu edən investorlara azad pul vəsaitlərini pay və yaxud borc qiymətli kağızlarına yerləşdirməyi,dövlət və korporativ qiymətli kağızlarda daxil olmaqla investiyalaşdırma üçün böyük aktivlərin böyük seçimini təklif edir.
Sosial və iqtisadi sistemində maliyyənin rolu onun yerinə yetirdiyi funksiyalarda təzahür edir.Mliyyə bazarı”bazarın”ümumi kateqoriyası sərhədində fərdiləşmiş xüsusi kateqoriyanı ifadə etdiyinə görə onun üçün ümumi və xüsusi bazar funksiyaları xarakterikdir. Ümumi funksiya istənilən bazara,xxüsusi funksiya isə yalnız maliyyə bazarına mənsubdur ki,bu da o spesiflik ilə müəyyən edilir ki,yalnız maliyyə bazarına aiddir və onu məhsul,nemət qeyri-maliyyə,xidmət bazarı fonunda fərqləndirən əhəmiyyətli meyardır.
Bəllidir ki,bazarda bazar əmtəələrinə tələbin və təklifin təmərkuzləşməsi baş verir və nəticədə əmtəələrə,onun ayrı-ayrı və kateqoriyalarına bazar qiymətinin formalaşması təmin edilir.Bazar qiyməti tələb və təklif münasibətlərini daha obyektiv əks etdirir.Bu prosesdə maliyyə bazarının ümumi funksiyalarından biri-maliyyə aktivlərinə,maliyyə alətləri və maliyyə xidmətlərinə qiymət qoyma reallaşır.
Bazar-uzun tarixi inkişaf tarixinə malik iqtisadi kateqoriyadır.Əvvəl ümumi bazar funksiyalarından biri satıcı və alıcıların maraqlarının ödənilməsi yolunda obyektiv vasitəçilik olmuşdur.Bazarın inkişafı prosesində onun strukturu,əməliyyat fəaliyyəti,və bütövlükdə bazar fəaliyyəti inkişaf edir və genişlənir.Bu isə subyektiv vasitəçiliyin-subyektlərin bazar vasitəçiliyi üzrə peşəkar əsasda fəaliyyət göstərən subyektlərin vasitəçiliyi formalaşmasına və inkişafına yardım etmiş olar.Əməliyyatlarda vasitəçilərin iştirakı əməliyyat xərclərinin səbəb olsa da,müvəqqəti xərclərin optimallaşmasına,sazişlər üzrə risklərin azalmasına və s. səbəb olur.
Vasitəçilik maliyyə bazarının nəinki mahiyyət və həm də yaratma elementidir.Beləliklə maliyyə bazarının ümumi funksiyalarından biri də,onun obyektiv və subyektiv təzahüründə vasitəçiliyi funksiyasıdır.
Tranzaksion xərclərin optimallaşdırılması bazarın ümumi funksiyalarından biri hesab edilir.Maliyyə bazarı çərçivəsində tranzaksion xərclərin maliyyə aktivləri və alətləri ilə birlikdə əməliyyatların təmərkuzləşməsinə,mütəşəkkil sektorda həyata keçirilən sazişlərin ümumi həcminin artmasına,ayrı-ayrı növ maliyyə alətləri və sazişlərinin standartlaşmasına kömək edir.
Bazar ticarət prosesi əmtəə sahibinə imkan verir ki,onu satsın,yəni onu pul formasında konvetə etsin.Bununla əlaqədar olaraq çox hallarda ümumi funksiyalardan birinə bazarın aktivlərinə likvidliyinin təmin edilməsi funksiya aid edilir.Bununla yanaşı qeyd etmək lazımdır ki,aktivlərin likvidliyi bu onun xeyli itkisiz və qısa müddət ərzində pul formasında dəyişdirilməsi qabilliyyətliliyin əks etdirən cari xarakteristikasıdır.
Başqa sözlə burada söhbət likvidlik haqqında deyil,əməliyyat aktivliyindən gedir.Əməliyyat aktivliyinin təmin edilməsi onu ifadə edir ki,bazar öz iştirakçıları ilə vasitəsi ilə kontraqentləri tapmaq və aktivləri likvidliyin əsas meyarlarına cavab verməyən aktivləri konvertə etməyə şərait yaratmaqdan ibarətdir.
Səfərbər edilmiş və istehsal sferasına tətbiq edilməyən kapital,ictimai və xüsusi formada toplanmış yığımlar maliyyə mexanizmləri vasitəsi ilə onun iştirakçıları vasitəsi ilə ölkənin iqtisadiyyatında sonradan səmərəli istifadə etmək üçün,dövriyyəyə cəlb edilir.Beləliklə,maliyyə bazarının xüsusi funksiyalarından birincisi-iqtisadi agentlərin yığımların qeyri-məhsuldar formasından istehlak formasına çevirməkdir.
Maliyyə bazarının fəaliyyəti gedişində ayrı-ayrı maliyyə aktivlərinə və xarici mənbələrdən vəsaitlərin cəlb edilməsinə müvəqqəti ehtiyyacı olan istehlakçı kateqoriyaları kəsiyində onun vaxtında təmin edilməsi tələbinin həcm və strukturunun müəyən edilməsi təmin edilir.Beləliklə maliyyə mexanizmi vasitəsilə maliyyə kapitalının xüsusi funksiyalarından biri də,səfərbər edilmiş sərbəst kapitalın onun son istehlakçıları arasında yenidən bölüşdürülməsi funksiyası reallaşmış olur.
Sərbəst kapitalın istifadəsinin son istiqaməti ilə növbədə gəlirlərin yüksək səviyyəliyinin təmin edilməsi mövqeyidir.Maliyyə bazarı təsərrüfatçılığın daha səmərəli sahələrinin əməliyyat dövriyyəsinə cəlb edilmiş sərbəst kapitalın yenidən bölgüsünü həyata keçirərək,bununla da daha bir xüsusi funksiyanı sərbəst kapitalın da səmərəli istifadəsini təmin edilməsini yerinə yetirir.
Maliyyə bazarının əhəmiyyətli funksiyalarından biri onun iştirakçılarının aktivləri və əməliyyatları üzrə risklərin heçnələşdirilməsidir.
Maliyyə bazarının funksiyasının xüsusiyyətlərindən biridə,ondan ibarətdir ki,onun vasitəsi ilə dövlət inflyasiyanı əsas büdcə kəsirini maliyyələşdirir,çünki öz funksiyasını yerinə yetirmək üçün maliyyə resurslarını pul vəsaitlərin əlavə emissiyasl olmadan əlavə edir.
Maliyyə bazarları qeyri-maliyyə aktivlərinə əşya hüquqlarının verilməsi və yenidən bölüşməsi həyata keçirməyə imkan verir.İstənilən maliyyə aktivi və yaxud aləti həmişə mütləq hüquqlu əmlakla(əşya hüququ)əlaqədardır.Maliyyə bazarında maliyyə alətləri ilə müxtəlif əməliyyatlar aparıldığı zamanı bazar iştirakçıları maliyyə aktivlərindən və yaxud alətləri sahibliyindən irəli gələn qeyri-maliyyə aktivlərinə mülkiyyət hüququnu başqasına verə bilər.
Maliyyə bazarı kapital ilə dövriyyəni optimallaşdırır.İstehsal sferasına daxil olmayan kapitalın səfərbərliyini,bölgüsü və səmərəli istifadəsini təmin etməklə ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatını təmin edir.Maliyyə bazarı iqtisadi prosesləri və istifadə edilən kapitalın dövriyyəsini aktivləşdirir və hər tsikildə əlavə mənfəətlə milli gəlirin artımı təmin edilir.
Yüklə 23,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin