Firmalar və bazarlar:prinsiplərinin ümumiliyi və formalarının müxtəlifliyi Müəssisə (firma) əmlak mülkiyyətçisinin (mülkiyyətçilərinin), yaxud onun (onların) vəkil etdiyi orqanın, müəssisənin, təşkilatın qərarı ilə yaradıla bilər. Firmanın təsisçisi aşağıdakılar ola bilər: 1. Dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları; 2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri; 3. Xarici dövlətlər; 4. Əcnəbi ölkələrin vətəndaşları; 5. Beynəlxalq təşkilatlar. Müəssisə və ya firma yaradılarkən təsisçilər, habelə müəssisə və təsisçi (təsisçilər) arasındakı qarşılıqlı münasibətləri tənzimləmək məqsədilə təsis müqaviləsi tərtib olunur. Təsis müqaviləsində müəssisənin adı və növü, təsisçilər haqqında məlumat, Nizamnamə fondu, hər təsisçinin bu fonddakı payı, öhdəliklər, mənfəətin bölüşdürülməsi qaydası və s. göstərilir. Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib edilmir. Təşkilati-iqtisadi və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi təsisçisi bir fiziki və ya hüquqi şəxs olduqda onun özü tərəfindən, müəssisənin təsisçiləri iki və daha çox olduqda isə təsisçilərin ümumi yığıncağı tərəfindən qəbul edilir. Müəssisənin nizamnaməsində onun adı və növü, hüquqi ünvanı, təsisçilər haqqında məlumat, müəssisənin hüquq və vəzifələri, Nizamnamə fondu, fəaliyyətinin məzmunu və məqsədi, idarəetmə və nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi məsələləri göstərilir.
İdarəetmə sisteminin səmərəliliyi xeyli dərəcədə onun özünün düzgün təşkilindən asılıdır ki, bu da idarəetmə orqanlarının quruluşunun, idarə qərarlarının əsaslandırılması, qəbul edilməsi və həyata keçirilməsi prosesinin, rəhbərlərin və mütəxəssislərin əməyinin informasiya və texniki idarəetmə ilə əlaqələndirilməsinin planauyğun şəkildə qaydaya salınmasından ibarətdir. İdarəetmə subyektinin məqsədi idarəetmə aparatının işləməsi üçün daha əlverişli şərait yaratmaqdan və istehsalın səmərəliliyinin yüksəldilməsi və ona müsbət təsir göstərilməsindən ibarətdir. O, idarə edilən obyektin qarşısında duran məqsədlərə, onun xüsusiyyətlərinə müvafiq olmalıdır. İdarəetmənin təşkilinə – idarəetmə dövrəsini təşkil edən bütün proseslərin işlənib hazırlanması, əsaslandırılması, idarəetmə qərarlarının qəbulu və həyata keçirilməsi tədbirləri daxildir. Rəhbər kadrların və mütəxəssislərin seçilməsi və yerləşdirilməsi, onların əməyinin təşkili, əməyin ierarxiyası və funksional bölgüsünün formalaşması, idarəetmə orqanları aparatının quruluşunun müəyyənləşdirilməsi və işçilərin sayının müəyyən olunması idarəetmənin təşkilati sisteminə daxildir. İdarəetmə prosesi – idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcıllıqla yerinə yetirilən müxtəlif xarakterli əmək və maşın əməliyyatlarının kompleksi kimi başa düşülür. İdarəetmənin təşkilinin kompleks təkmilləşdirilməsi və onun qarşısında qoyulan tələblərin yerinə yetirilməsi idarəetmənin təşkilati quruluşunu layihələndirən zaman həyata keçirilir. İdarəetmənin təşkilati quruluşu nomenklaturanı, idarəetmə aparatı bölmələrinin nisbətini (işləyən adamların sayına, işlənən informasiyanın həcminə görə və i.a.), onların bir-biri ilə və idarə edilən obyektlə qarşılıqlı əlaqə formalarını səciyyələndirir. Müxtəlif müəssisələrdə idarəetmənin təşkilati quruluşlarının rəngarəngliyində belə, onları məhdud miqdarda tiplərə aid etmək olar. Adətən idarəetmə aparatının təşkilati quruluşunun xətti, funksional, xətti-funksional (qərargah), matrisa, proqramlı – məqsədli və çevik növlərini fərqləndirirlər. İdarəetmənin xətti quruluşu obyektlər üzrə rəhbərlərin ayrılmasını göstərir ki, bunlardan hər biri bütün növ işləri yerinə yetirir, həmin obyektin idarə edilməsi ilə əlaqədar olan bütün qərarları işləyib hazırlayır və qəbul edir. Belə quruluş xalis şəkildə idarəetmənin yalnız ən aşağı pillələrində (briqada, istehsalat sahəsi) tətbiq edilir. Daha iri bölmələrdə bu quruluş tətbiq edilə bilməz, çünki hətta kiçik sex çərçivəsində həcm və idarəetmənin mürəkkəbliyi elədir ki, onları ancaq müxtəlif mütəxəssislərin kollektiv səyi ilə yerinə yetirmək olar.
Bazar iqtisadiyyatı şəraitində keyfiyyətlə əlaqədar bütün problemlərin dəqiq və hərtərəfli öyrənilməsi onun (keyfiyyətin) firmanın istehsal və kommersiya siyasətinin tərkib hissəsi olması ilə əlaqədardır. Kəskin rəqabət mübarizəsi şəraitində firmaların iqtisadi inkişafının şərtlərindən biri də məhsul keyfiyyətinin elmi əsaslarla, sistemli şəkildə idarə edilməsinə nail olmaqdır. Bu, müasir dünya bazarının səciyyəvi əlamətlərindən və onun istehsalçılar qarşısında qoyduğu tələblərdən biridir. İstehsalçı firmanın keyfiyyət üzrə siyasətinə onun məhsuluna baardakı tələbatın kəmiyyəti həlledici dərəcədə təsir göstərir. Əlbəttə, istehsalçı öz məhsulunu istehlakçını qane edən qiymətlə, tələbin kəmiyyətcə dəyişilməzliyi müddətində realizə edə bilər. Lakin bazarda tələb dəyişikliyindən xəbərsiz, ya da bu barədə səhv məlumatı olan istehsalçı, nəticə etibarilə, çox ağır maliyyə çətinliyinə düçar ola bi lər. Çünki bazarın tələbatını bilməyən firma öz imkanlarını bazar konyunkturasına uyğunlaşdıra bilməz. Bir sözlə, firma və müəssisələr məhsulun keyfiyyətinə təsir edə bilən həm istehsaldaxili və həm də xarici amilləri daima diqqətlə izləməli, məhsulun keyfiyyətinin idarə edilməsinə mütəmadi olaraq səy göstərməlidir. Bazar iqtisadiyyatı şəraitində keyfiyyətin idarə edilməsi, həm də elmi əsaslarla idarə edilməsi, istehsal firmaları üçün çox vacib məsələdir. Çünki yeni təsərrüfatçılıq şəraitində keyfiyyətin səmərəli idarə edilməsi, başqa amllərlə yanaşı, idarəetmənində keyfiyyətindən bilavasitə asılı olur. Keyfiyyətin idarə edilməsindən son məqsəd az məsrəflə və səmərəli yolla məhsulun istismar və istehlak xassələrini istehlakçıların tələbi səviyyəsinə qaldırmaqla gəlir əldə etməkdir. Müasir rəqabət şəraitində müəssisənin qarşısında duran məqsədlərin reallaşdırılması üçün müəssisədə istehlakçıların maraqlarına istiqamətlənmiş, bütün bölmələri əhatə edən və bütün heyət üçün məqbul olan dəqiq təşkilati struktura malik keyfiyyətin idarəetmə sisteminin olması zəruridir. Keyfiyyətin səmərəli idarə olunması üç zəruri şərti nəzərdə tutur: 1.Firma və müəssisənin rəhbərliyi tərəfindən keyfiyyətin yüksəldilməsi fəaliyyətin əsas strateji məqsədi kimi qəbul edilir. Bu zaman konkret vəzifələr müəyyən olunur və bu vəzifələrin yerinə yetirilməsi üçün vəsaitlər ayrılır. Keyfiyyətə dair tələblər istehlakçı tərəfindən irəli sürüldüyündən keyfiyyyətin sabit səviyyəsi də ola bilməz. Keyfiyyətin səviyyəsi həmişə artırılmalıdır, yəni keyfiyyət həmişə dəyişən məqsəddir. 2. Keyfiyyətin yüksəldilməsi tədbirləri bütün bölmələri əhatə etməlidir. Təcrübə göstərir ki, həyata keçirilən tədbirlərin böyük əksəriyyətini keyfiyyətə nəzarət şöbəsi tənzimləmir. 3. Kadrların ixtisasının artırılması və onların istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyəti stimullaşdırılmalıdır. Keyfiyyətin idarə edilməsi bəsit deyil, çoxamilli, biri-birilə şərtlənən çoxmərhələli mürəkkəb bir prosesdir. O, məhsulun layihələndirilməsi, müqavilələrin bağlanması, istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək avadanlıq və materialların müəyyən edil məsi, tətbiq olunacaq texnoloji istehsal üsulu, sınaqların aparılması, hazır məhsulun qablaşdırılması və qorunması və s. işlərin ciddi şəkildə izlənilməsinə yönəldilmiş fəaliyyətidir. Başqa sözlə, keyfiyyətin idarə edilməsi – məhsulun layihələndirilməsi, istehsal və istehlakı (istismarı) mərhələlərində zəruri keyfiyyət xassələrini müəyyən etmək, ona təminat vermək, onu qoruyub saxlamaq məqsədilə mövcud şərait və amilləri mütəmadi izləmək və onlara təsir göstərməkdir. Qeyd etmək lazımdır ki, məhsul keyfiyyətinə nəzarət məhsul keyfiyyətinin idarə olunmasından fərqlidir; o, sonuncunun tərkib hissələrindən biridir. Sənaye məhsulunun keyfiyyətinə nəzarət işinin obyekti istehsalı artıq başa çatmış, texnoloji prosesi tərk etmiş hazır məhsullardır. Keyfiyyətə nəzarətdə məqsəd hazır məhsulların yaxşısını pisdən ayırmaq, xüsusilə zay məhsulların aşkarlanmasıdır. Yeri gəlmişkən, əgər nəzarət zamanı məhsulda aşkar olunan texniki qüsur (defekt) düzələ biləndirsə, onda həmin məhsul yenidən texnoloji prosesə qaytarılır. Müəyyən, əlavə əməliyyatların köməyi ilə məhsulun defekti ləğv olunur və o təkrarən texniki nəzarətdən keçirilir, qəbul edilir. Əgər məhsuldakı defektin aradan qaldırılması mümkün deyildisə, həmin məhsul zay məhsul hesab edilir.
Sosial bazar iqtisadiyyatı iqtisadiyyat nəzəriyyəsində alman xüsusi yolu, iqtisadi siyasətdə isə kommunizm və liberalizm arasındakı üçüncü yol hesab edilir. O, Frayburq məktəbinin bir qrup iqtisadçıları və sosioloqları, ilahiyyatçıları və hüquqşünasları tərəfindən 30-cu illərdə Frayburq Universitetində yaradılmışdır və sonralar ikinci cahan savaşından sonra iqtisadiyyat naziri olmuş Ludviq Erhardın rəhbərliyi altında XDİ vasitəsilə siyasi müzakirələrə gətirilib çıxarılmış, o cümlədən Almaniyada iqtisadi düzən kimi qəbul edilmişdir. Konrad Adenauer Fondu özünü Konrad Adenauerin və Almaniyadakı xristian demokratiyasının təməl dəyərlərinin mənəvi irsinin davamçısı hesab edir. Beynəlxalq əməkdaşlıqda siyasi düzən dialoqu sahəsində sosial bazar iqtisadiyyatı mövzusu ilə ətraflı məşğul olmaq üçün çox fərqli və bir-neçə tərəfdaş ölkələrə yararlı olan önəmli səbəblərin sırası mövcuddur: • Sosial bazar iqtisadiyyatı azadlığın və sosial cavabdehliyin prinsiplərini cəmiyyətdə bir-biri ilə bağlayan uğurlu cəhd hesab edilir. Cəmiyyətin sosial birliyi olan və bazar iqtisadiyyatlı sistemlərdə həmişə təriflənən sosial ədalətə nail olma, bu gün qloballaşma vasitəsilə inkişafda olan ölkələrdə daha güclü şəkildə iqtisadi və sosialsiyasi müzakirələrin fokusunda olur. • Sosial bazar iqtisadiyyatı demokratiyanın və hüquqi dövlətçiliyin yapışıq əkizi hesab edilir. Sosial bazar iqtisadiyyatına dair düzən siyasəti dialoqu bir tərəfdən hüquqi dövlətçiliyə və demokratiyaya dair dialoqda açar ola bilər, amma o təqdirdə ki, bu mövzulara ideoloji səbəblərdən birbaşa giriş qadağan edilsin. Bundan irəli gələrək, sosial bazar iqtisadiyyatı barədə müzakirə meta mərhələdə düzən siyasəti düşüncəsinin zəruriliyini qəbul etməyə xidmət edə bilər. • Sosial bazar iqtisadiyyatı öz yararlılığını möhkəm iqtisadi inkişaf çərçivəsi olaraq sübut etmişdir. O, dünyanın az inkişaf etmiş regionlarında yoxsulluğa qaşı siyasət üçün düzən siyasətli təsisatlar təklif edir.
İnkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatının bir neçə modeli formalaşıb: