Seçilmiş əsərləri X
171
Ürəyim kimisən sən,
Döyünürsən, çox sağ ol!
Ağrıyırsan – sakit ol,
Gözlərimdə qalan nur.
Qəlbindəki həzin səs;
Kişinin göz yaşını
Dost da, düşmən də görməz.
Gizli göz yaşım mənim,
Ömür yoldaşım mənim.
Bu, sonsuz məhəbbətin ifadəsidir. Bu misralar illərin
sınağından çıxan, bulaq suyu kimi qaynayan, göz yaşı kimi
şəffaf məhəbbətin təzahürüdür.
Fikrət Qoca gözəllik şairidir. Onun gəncliyin özü qədər
gözəl olan gənclik şeirlərində Azərbaycan gözəllərinin vəsfi,
tərifi, mədhi yetərincədir. Bəli, gözəl düşünməyin özü də bir
gözəllikdir. Gəlin diqqət yetirək:
Gecə keçir, hələ yanır işığın,
Odlanıram, aşiqinəm, aşiqin.
Yaxud:
Ay şöhrətim, şanım mənim,
Halı pərişanım mənim,
Küsüb məndən, özgələrdən
Məni soruşanım mənim...
Bu, gözəlliyin, məhəbbətin əsiri olan Fikrət Qocanın
gözələ göndərdiyi mesajdır.
Şairin başqa bir şeirində «Gecə keçir, hələ yanır işığın» -
deyə vəfalı aşiqin məhəbbətindən danışılır. Şeirdə inandırmağa
səy göstərilmir, fikir oxucuya zorla sırınmır. Sadəcə aşiqin əh-
val-ruhiyyəsi təsvir olunur. İnanırsan ki, «Ulduzlar da bu
Firuzə Məmmədli
172
axşam səndən danışdı». Belə məhəbbət daha inandırıcıdır, ona
etibar etmək olar. O, yuxusuz gecələri üçün sevdiyi qızın boy-
nuna minnət qoymur. Ona tənə etmir. İnanırsan ki, burada
hökmdarları sevgilinin ayağına gətirən ilahi duyğudan, «Ulduz-
lara yüksələn» məhəbbətdən söhbət gedir. O ilahi duyğudan ki,
bütün böyük şairlərin poetik taleyi ondan keçib kamilləşmişdir.
Fikrət Qoca poeziyası bədii-estetik təqdimatı, məntiqi
axarı, fəlsəfi dərki ilə güclüdür. Fikrət Qoca poeziyası dünya-
nın poetik qavrayışı, əhatəsində olduğu ictimai-siyasi durumun
poetik məqamlarının seçilib bədii söz sənətinin predmetinə
çevirmə məharəti ilə güclüdür. Bu isə xalqına, onun etik-estetik
görüşlərinə, yerinə, yurduna, ümumən insanlığa, haqqa-ədalətə
bağlı olan, doğma dilinin incəliklərini dərindən duyan, onu se-
vən, ondan ilahi güc alan, dilinin saflağı, yaşarlığı keşiyində
duran bir şairə, bir söz adamına, bir sənət fədaisinə xas olan
keyfiyyət göstəricilərindəndir.
Və bütün bunlar Fikrət Qoca poeziyasının hikmət dərya-
sından götürdüyümüz bir damladır. Təbii ki, bu məqamda
poeziyanın bədii-estetik təsvir imkanlarına laqeyd olan (bəlkə
də ona əli çatmayan) «şeir» yazanlar üçün Fikrət Qocadan
öyrənməli, götürməli çox mətləblər var.
Firuzə Məmmədli,
Bəhram Cəfəroğlu.
«Ədəbiyyat» qəzeti, 16 avqust 2013-cü il
|