Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə83/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   79   80   81   82   83   84   85   86   ...   321
Firuzə Məmmədli 
202 
Bu qədər... Lakin bir deyiləsi nəsnə də var... Eşqi uca tu-
tanda ona ilahi mövqedən yanaşanda o yaradıcı qüvvəyə çevri-
lir. Çünki eşq dediyin Allahın vergisidir – butədir, vəhydir. Eşq 
onun müqəddəsliyini qoruyanları mükafatlandırır. 
Xəyal Rza poeziyasının mayasında da müqəddəs «eşq» 
durur. Lakin bunu sufizmlə eyniləşdirmək olmaz.
Təsəvvüf eşqi Allahdan uca tutur. O Allahın dərkini də 
eşqdə görür. Eşqin bəsirət gözünü açması insanın dünyaya 
yenidən gəlməsi kimi bir haldır. Bəsirət gözü insanı nəinki 
gənclik enerjisi ilə ləbaləb edir, o həm də bugünədək gördüklə-
rinin görünməyən tərəflərində möcüzələr kəşf etməyinə səbəb 
olur. Heç bir yaradıcı fəaliyyət – istər dəqiq elmlər sahəsində 
olsun, istər humanitar sahədə, - bu qüvvənin yaradıcı təsirindən 
kənarda deyil. 
Onu öldürməyə (adi heyvanı hissə çevirməyə) yox, yaşat-
mağa çalışmalısan. Bunun üçün də yeri gəldikdə özünə «stop» 
əmri verməyəi bacarmalısan. Xəyal Rza deyir: 
Hər kəs od tutub yansa, 
Bu dünya eşq qoxuyar. 
Əlbəttə burda söhbət eşq ətrindən də getmir. Şair təbii ki, 
dünyanın «eşq mehvərinin» insanların qəlbindən keçməsinə 
işarə edir. 
«Bu dünya eşq qoxuyar», «Təzəgəlin», «Eşqlə yağır», 
«Mənim dərdim təkcə sənsən» və s. şeirləri onun sözə, sənətə, 
gözəlliyə, insana, təbiətə, sevgisinin poetik təzahürüdür. 
Şair eşqin ürəklə, canla, ruhla əlaqəsini, sevginin ruhun 
xüsusi halı olduğunu şeirlərinin canına, qanına hopdlurur, onu 
yeri gəldikcə söz fakturasında oxucuya təqdim edir: 
Kor olsa da, sevginin 
Gözləri eşq qoxuyur. 
Bu fikir özlüyündə «Sevginin gözü kordur. Sevdiyi ada-
mın eyiblərini görə bilmir» xalq deyimi ilə səsləşsə də, şair 
fikrin ifadə tərzinə «Gözləri eşq qoxuyur» metaforası ilə estetik 
səviyyə qazandırmışdır. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin