Seçilmiş əsərləri X
225
“MƏNƏ - ACI KÜLƏYĠN DƏ BAL DADIR”
Harda olursan-ol, böyük-kiçikliyindən asılı olmayaraq,
doğulduğun o mikroməkan gözünün saralan kökü, burnunun
göynəyən ucu olacaq. Bütün ömrüm boyu qulağından «gəl»,
«qayıt», «səni görmək istəyirəm» nidaları əksilməyəcək, nəsə
itirmiş kimi elə hey gözün axtaracaq, kimisə gözləyirmiş kimi
elə hey gözün yol çəkəcək. Bax, bu Vətəndir, bu Anadır, bu ata
ocağıdır.
Bu dünyanın iynə gözü yerisən,
Çölün, düzün, çiçəklərin - adicə.
Dağın yoxdur, yüz ağacdan görükə,
Arıların, böcəklərin - adicə.
... Məni soyuq torpağın da isidir,
Mənə acı küləyin də bal dadır.
İnsan üç nəsnədən qəriblik çəkir. Vətəndən uzaq düşəndə,
ata və anasını itirəndə. Sonuncuları Allahın boynuna yıxıb, bir
təhər alışırsan, amma Vətən... Bu mümkünsüzdür.
Canaxır mənim doğulduğum, boya-başa çatdığım kənddir.
Xaçmaz isə o zaman üçün rayon mərkəzi, gözümü açıb ilk gör-
düyüm şəhər. Canaxır mənim xəyallarımında öz yaşıllığı, bar-
bəhəri, hər şeyi yerində olan dörd fəsli, dərin dərələri, müəm-
malı təpələri, yal-yamacı, körpəliyimin şahidi olmuş rəhmətlik
qocaları ilə yaşayır. Odur ki, mənim Canaxıra həsr etdiyim bol-
bol şeirlərdə bu məkan ən müxtəlif yönlərdən əzizlənir.
Qayalar da, təpələr də otlanıb,
Yaman düşüb yazın əli bu kəndə,
Yamacları yaşıl-yaşıl qatlanıb,
Görən deyir, bir də gəlim bu kəndə.
Firuzə Məmmədli
226
Xaçmaz ilkin gördüyüm vaxdakı araba təkərlərinin xırçıl-
tılı səsi, küçədə qaçışan ayaqyalın uşaqları, elə kənddəki evlər
kimi ikimərtəbəli evləri ilə, sonralar isə (təxminən ötən əsrin
60-70-ci illərində) topuğa qədər lehmə palçıqlı avtovağzalı və
bazar meydanı ilə (Bunlar bir-birinə yaxın idi) xəyalımda ya-
şayır. Sonralar çox şey dəyişdi. Xaçmaz şəhər statusu aldı. Xaç-
mazda üçmərtəbəli xəstəxana binaları, beşmərtəbəli evlər, ya-
taqxanalar, təzə kinoteatr binaları tikildi. Köhnə parklar abadaş-
dırıldı. Qədimdən-qədim Xaçmazın görkəmində yeniləşmə,
gəncləşmə getməyə başladı. Hər şey insan əlindədir, hər şey
gün-güzarandan asılıdır. İnsan öz ətrafında cənnət yaradıb öz
yer ömrünü cənnətdə də keçirə bilər, cəhənnəm yaradıb cəhən-
nəmdə də. Yeri gəlmişkən, «Xaçmaz» toponimi barəsində: Bu
ad ilk dəfə VII əsr ərəb mənbələrində müşahidə olunur. «Xoz-
mas» fonetik tərkibində qeydə ahnmışdır. Prof. Q.A.Qeybul-
layev bu adı «Xoz- xaz-kas-qaz kimi variantlarda qədim türk
xalqları olan kaspi-xəzər tayfalarına calayır. «Mas» isə massa-
getlərlə əlaqələndirilir. Xaçmaza yolum gec-gec düşür. Çox
vaxt Canaxırdan üzübəri qayıdıram. Odur ki, burada gedən də-
yişikliklərdən xəbərsiz oluram. Elə bunun nəticəsidir ki, bu yay
Xaçmaz şəhərinin küçələri ilə şütüyüb keçən taksidən baxanda
şəhəri tanımadım. Mənə elə gəldi ki, möcüzə baş verib və taksi-
miz hansısa son dərəcə abad və müasir bir şəhərə düşüb. Yol
boyu yüksək memarlıq üslubu ilə tikilmiş, yaxud təmir olunmuş
binalar öz durumu, düzümü, parlaq görkəmi ilə göz oxşayır,
adamı heyrətdə qoyur. Tam səmimiyyətimlə deyə bilərəm ki,
Xaçmazda hələ bu vaxta qədər bu zövqdə, bu incəlikdə, bu təm-
təraqda tikinti-quruculuq işləri aparılmamışdı. Şəhərın icra baş-
çısı cənab Şəmsəddin Xanbabayevə qəlbimdə dərin bir minnət-
darlıq hissi duydum.
Sevindirici haldır ki, bu gün böyük vətənim Azərbaycanın
hər yerində olduğu kimi, Xaçmazda da nəhəng quruculuq işləri
aparıhr.
«Azərbaycan sədaları» jurnalı.
Oktyabr-noyabr. 2009
|