Seçilmiş əsərləri X
103
Yığıb qablaşdırdım nə ki dərdin var,
Çiyinlər qaldırmaz bu yüklə məni.
Gedirəm, səninlə amma şərtim var,
Məzara yüz yerdən hörüklə məni.
Ayıla bilərəm dərd ölümündən,
Boylanmaq istərəm sonrakı sənə.
Təzədən ölərəm hər ölümünlə,
Ölümüm yas tutar sondakı sənə.
Aparıb gedirəm dərdini, dünya,
Hər tinbaşı pusur itki bu ömrü.
Vaxtdır, endir daha pərdəni, dünya,
Daha tamaşası bitdi bu ömrün.
2006
Firuzə Məmmədli
104
GÖRÜġ
Rastlaşdıq – diksindik,
baxdıq – dolaşdıq,
Hər gözdə yüz ilin savaşı vardı...
Mənim baxışımda bir udum acıq,
Sənin baxışının təlaşı vardı.
Duymazsan, soruşma sən əbəs yerə, –
Nədir gözlərimdə bu düşmənçilik.
Məndə – o günlərdən acı xatirə,
Səndəsə – bir dərin peşimançılıq.
Mən – itən ömrümün intiqamında,
Sən – ötən səhvinin yalvarışında.
Mənim məsumluğum – sənin yanında,
Mənim ilk baharım – sənin qışında.
Yox, nə acıqlanar, nə saxlaram kin;
Vermərəm qəlbimdə sənə yer daha.
Sən də yoxluğunu qoru mənimçün,
İnanma – görəsən məni bir daha.
Yoxsan, yoxa çıxdın öz varlığında,
Bir duyum yoxluq var məhəbbətimdə.
Varsan duyğuların bezarlığında,
Varsan buza dönmüş hərarətimdə.
1970
Seçilmiş əsərləri X
105
DEYĠL DAHA
Çıxım gedim bu dünyadan,
Dünya mənim deyil daha.
Nəyim vardı, atım gedim,
Guya mənim deyil daha.
Hardan-hara güman qapım,
Bulud minib, duman çapım.
Dağ adlayıb, ümman çapım,
Həya mənim deyil daha.
Dörd tərəfim bazar açıb,
Sevəmmədim «qara qoçu».
Sürünüb təkəlli qaçım,
Ayaq mənim deyil daha.
2004
|