Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə14/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   10   11   12   13   14   15   16   17   ...   321
Seçilmiş əsərləri X 
103 
Yığıb qablaşdırdım nə ki dərdin var, 
Çiyinlər qaldırmaz bu yüklə məni. 
Gedirəm, səninlə amma şərtim var, 
Məzara yüz yerdən hörüklə məni. 
Ayıla bilərəm dərd ölümündən, 
Boylanmaq istərəm sonrakı sənə. 
Təzədən ölərəm hər ölümünlə, 
Ölümüm yas tutar sondakı sənə. 
Aparıb gedirəm dərdini, dünya, 
Hər tinbaşı pusur itki bu ömrü. 
Vaxtdır, endir daha pərdəni, dünya, 
Daha tamaşası bitdi bu ömrün. 
2006 



Firuzə Məmmədli 
104 
 
 
GÖRÜġ 
 
Rastlaşdıq – diksindik, 
baxdıq – dolaşdıq, 
Hər gözdə yüz ilin savaşı vardı... 
Mənim baxışımda bir udum acıq, 
Sənin baxışının təlaşı vardı. 
Duymazsan, soruşma sən əbəs yerə, –
Nədir gözlərimdə bu düşmənçilik. 
Məndə – o günlərdən acı xatirə, 
Səndəsə – bir dərin peşimançılıq. 
Mən – itən ömrümün intiqamında, 
Sən – ötən səhvinin yalvarışında. 
Mənim məsumluğum – sənin yanında, 
Mənim ilk baharım – sənin qışında. 
Yox, nə acıqlanar, nə saxlaram kin; 
Vermərəm qəlbimdə sənə yer daha. 
Sən də yoxluğunu qoru mənimçün, 
İnanma – görəsən məni bir daha. 
Yoxsan, yoxa çıxdın öz varlığında, 
Bir duyum yoxluq var məhəbbətimdə. 
Varsan duyğuların bezarlığında, 
Varsan buza dönmüş hərarətimdə. 
1970 



Seçilmiş əsərləri X 
105 
 
 
DEYĠL DAHA 
 
Çıxım gedim bu dünyadan, 
Dünya mənim deyil daha. 
Nəyim vardı, atım gedim, 
Guya mənim deyil daha. 
Hardan-hara güman qapım, 
Bulud minib, duman çapım. 
Dağ adlayıb, ümman çapım, 
Həya mənim deyil daha. 
Dörd tərəfim bazar açıb, 
Sevəmmədim «qara qoçu». 
Sürünüb təkəlli qaçım, 
Ayaq mənim deyil daha. 
2004 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin