YAZ DÜġÜNCƏLƏRĠ
Ay dünənki buludlar,
Harda gecələmişdiz?
Yaşıl akasiyalar
Ulduzlara göz idi.
Uca çinarların da
Zirvəsi sizsiz idi.
Süd gölüydü çöl-bayır,
Böcəklər yuxuluydu.
Ay çimirdi dənizdə,
Dünya yaz qoxuluydu.
Qızılgül ləçəyində
Uyuyurdu bir böcək.
Bülbüllər yatammırdı,
Qumrular – bağrıçərək...
Ay dünənki buludlar,
Leysan cəngi buludlar,
Əlçim-əlçim buludlar,
Çəngə-çəngə buludlar,
Harda gecələmişdiz?..
2011
Seçilmiş əsərləri X
99
ƏLVĠDA
Keçə bilmədiyim a yaz sevdası,
Ömrümün, günümün bəyaz sevdası,
Dərin əzabların dayaz sevdası,
Əlvida!
Sənə qovuşmağa əlim çatmadı,
Ucaltdım səsimi, naləm çatmadı.
Dərdini yazmağa qələm çatmadı,
Əlvida!
Ürəyim içində – yerin boş daha,
Durmuşam, qamətim qəmə tuş daha.
Sənə ad da tapdım; «qara daş» daha.
Əlvida!
Məni xatırlama, mən yoxam artıq,
Nisgilim, əzabım, möhnətim artıb.
Qayıtdım bu yoldan, bir addım atıb,
Əlvida!
Dərdin gözlərimə çöküb, nə yaxşı!
Əlini üzümə çəkib, nə yaxşı!
Elə çiynimdədir yükün, nə yaxşı!
Əlvida!
Tale də...
Bir qara dəftərdi, yazıb,
Mənə müjdə kimi göndərdi, yazıb.
Bəs kimə oxuyum bu dərdi yazıb?!
Əlvida!
Firuzə Məmmədli
100
Yaşa, a qəmində boğulan ömür,
Ölüb, dönə-dönə doğulan ömür.
Sən, a boğazıma yığılan ömür,
Əlvida!
Əlvida!
Əlvida!
2004
Seçilmiş əsərləri X
101
Dostları ilə paylaş: |