Seçilmiş əsərləri X
95
DĠLĠNDƏN
Yenə işdən-gücdən avara qaldın,
Döndü sözün üzü divara, qaldın.
Qısır duyğulara yalvara qaldın,
Qopara bilmədin kəlmə dilindən.
Hardan biləydin ki, kimdəndi zərbə,
Bəlkə qısqanclıqdan, kindəndi zərbə.
Falçıdan, cindardan, cindəndi zərbə, -
Verirsən söz adda cərimə dilindən.
Qançır əzabların üzü boz daha,
Otur bu günü də bəxtə yoz daha.
Ümid qapısına dikmə göz daha,
Əlindən gedənlər gəlməz dilindən.
2015
Firuzə Məmmədli
96
YALAN GÜN
Gözünə kül üfürdüyüm dərdlərin
Biri məndən üz döndərib getmədi.
Elə məni bildi, Allah, həmdəmi,
Aşıb mən tək bir səngəri, getmədi.
Heç-puç oldu əməllərim əlində,
Yaşa doldu taleyimin sərt üzü.
Yazıqlaşdı qələm mənim əlimdə,
Əzablardan yaxa cırdı dərd özü.
Vaxt əlində saxta gördüm ömrümü,
Mən üzümü dünənimə çevirdim.
Ayaqlayıb keçdim səbri, dözümü,
Öz-özümün düşməninə çevrildim.
Atdı, tutdu... döydü məni dər-divar,
Ha çırpındım, dərdə qalan kim idi?!
Cırıb atdım, kağız-kuğuz... hər nə var...
Düz demədim...
O gün yalan gün idi.
2018
Seçilmiş əsərləri X
97
***
Üçdən beşdən şeş atıb,
Beşə düşən oldumu?
Sən vurdun, mən yıxıldım,
Başa düşən oldumu?
Elə çalıb-çapdılar,
İtirdiksə, tapdılar.
Möhürləndi qapılar,
İşə düşən oldumu?!
1992
Firuzə Məmmədli
98
Dostları ilə paylaş: |