Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə10/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   6   7   8   9   10   11   12   13   ...   321
Firuzə Məmmədli 
90 
***
Bir ümidin yollarında 
Ömrümün izi göynəyir. 
Dualara diz çökməkdən 
Səbrimin dizi göynəyir. 
2018


Seçilmiş əsərləri X 
91 
***
Mehrim-məhəbbətim olub, 
İndi yetmək çətin olub. 
Elə cəmiyyətin olub,
Elə məndən qaçıb fələk. 
Nə var imiş, nə yox imiş
Acgözləri yoluq imiş. 
Yeyənləri nə çox imiş, -
Yenə süfrə açıb fələk. 
Kimə-sığal, kimə-təpik, 
Kimə-boğma, kimə – çəpik. 
Yığdığından bircə qəpik 
Keçməyəni seçib fələk. 
2018 


Firuzə Məmmədli 
92 
***
Şeirdən üz döndərmişəm, 
O mənə heç nə vermədi. 
Nə aldısa, məndən aldı, 
Çəkdi dişinə, vermədi. 
Atdı, tutdu, asdı, kəsdi, 
Bir deyən olmadı, bəsdi. 
Yadların üstündə əsdi
Mənə öz xoşuna vermədi. 
Bəlkə gənclik həvəsiydi, 
Var-dövlətdən... dəvəsiydi. 
Nə verdisə, əvəz idi, 
Müftə bir xışma vermədi. 
2018 


Seçilmiş əsərləri X 
93 
 
 
SONUNCU 
 
Sonuncu şerimi də 
Yazmadım, cırıb atdım. 
Şerin də taleyi var, -
Sonuncu görüb atdım. 
Ayağımın altından 
Sonuncu yeri atdım, 
Nə yerdəyəm, nə göydə, 
Hardayam, deyəmmərəm... 
Sizdən necə gizləyim
Yazıram, bəyənmirəm... 
2017 



Firuzə Məmmədli 
94 
 
 
SÖZDƏDĠR 
 
Diləklərim dərd-sərimə əsirdi, 
Duyğuların günü-ayı qısırdı. 
Dünənlərim, bugünlərim qüsurdu, 
Kölgəlidir sabahımın gözləri. 
Yazım, pozum... Nə faydası... Nə fərqi!.. 
İşim-gücüm vaxt gözündə hədərdi. 
İtiyimdən qazansaydım, nə dərdim! 
Bilirəm ki, məni uğur gözləmir. 
Yazmıramsa, yazmadığım pozulmaz, 
Hara baxsam, gün-dirilik – dözülməz. 
Allah, əlim ətəyindən üzülməz
Mənim baxtım sən göndərən sözdədir. 
2016 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin