Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə6/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   2   3   4   5   6   7   8   9   ...   321
Firuzə Məmmədli 
26 
A dünyanın «xoşbəxtləri», 
Bədbəxtliyə can atmayın. 
Köz bağlamış yaranızı 
Qaşımayın, qanatmayın. 
2018



Seçilmiş əsərləri X 
27 
 
 
ÜMĠD 
 
Hərhalda dünyanın axırı deyil, 
Hərhalda bizə də bir pay saxlayar. 
Bəzəyər, düzəyər sevdiklərini, 
Axırı bizə də həmtay saxlayar. 
Mən də bu qismətin bir şükürlüsü, 
Bir uğur tənbəli, bir baxt pintisi. 
Çırtlayar ümidim axıra yaxın, 
Mənə hesablanar törtöküntüsü. 
2014


Firuzə Məmmədli 
28 
***
Çəkildi bu suların 
Üzündən göy təbəssüm. 
Dəniz səni sevirmiş, 
Qoy dənizə tələsim. 
Sərilim qanad-qanad 
Göy suların səthinə. 
Sular məni oxşasın 
Elə sənin xətrinə. 
Əllərini ver mənə, 
Saçlarım şanə gəzir. 
Sevib, oxşamaq üçün 
Sular bəhanə gəzir. 
2018


Seçilmiş əsərləri X 
29 
***
Daha nə söyləyim, 
nə deyim daha, -
sözümə də baxmır 
baş-beyin daha. 
Bərələ-bərələ 
qalıb eləcə, – 
səni də göstərmir 
eynəyim daha. 
Nəyim var, nəyim yox, -
bölüm özgəyə, 
dirilim doğmaya, 
ölüm özgəyə. 
İçərim özümə, 
çölüm özgəyə 
göynəyir, göynəyir, 
göynəyir daha. 
2018


Firuzə Məmmədli 
30 
***
Çöhrəmin Ay üzündə 
Ömür şırım-şırımdı. 
Durmuşam aşırımda, 
Hər tərəf uçurumdu. 
Nə gələnlə gəlirəm, 
Nə gedənlə gedirəm; 
Xatirə girdabında 
Elə vargəl edirəm. 
Bir içim su deyilmiş, 
Bu dünyanın özülü. 
Cavan yumdum, yumuldu, 
Qoca açdım gözümü. 
İndi kimə and içim, 
Kimə deyim sözümü?! 
Qalan xatirələrdi, 
Yüklənib də gedirəm. 
2018


Seçilmiş əsərləri X 
31 
***
Evdə çürüyər adam, 
Nə yaxşı iş günü var. 
Bu beş günlük dünyanın 
İşıqlı üç günü var. 
Unutmur bir kəsini, -
Dost, ya düşmən kəsilir. 
Hər yerdə tikəsinin 
Qaçqını, köçkünü var. 
Fitnəsindən üz görən, 
Əməli od püskürən, 
Barışdıran, küsdürən 
Aqili, düşkünü var. 
2018


Firuzə Məmmədli 
32 
***
Nə etdim, özüm etdim, 
Seçdim, ən düzün etdim. 
Sevincə təzim etdim, 
Əyildim dərdə kimi. 
2018 


Seçilmiş əsərləri X 
33 
***
Bu zalım uşağının 
Başqa söhbəti yoxmu? 
Min yol qələt eləyir, 
Bir yol tövbəsi yoxmu? 
Duman gedir, sis gəlir, 
Yaxşı gedir, pis gəlir. 
Hirs üstündən hirs gəlir, 
Bunun növbəsi yoxmu? 
Duyğu-filan – həsəddir, 
Gün-güzəran əsəbdir. 
Söz də bir cür əzabdır, 
Sözün töhfəsi yoxmu?! 
2018


Firuzə Məmmədli 
34 
***
Əli ətəyindən uzun 
Gəncliyimiz atdı bizi. 
Çıxarıb qul bazarına, 
Heçə-puça satdı bizi. 
On apardıq, beş gətirdik, 
Ümidləri boş gətirdik. 
Hərəmiz bir iş götürdük, 
Başımızı qatdı bizim. 
Vaxt uyumur, ayıq olur, 
Gah isti, gah soyuq olur. 
Gecə, gündüz sayıq olur, 
Öz ömrümüz yatdı bizi. 
2018


Seçilmiş əsərləri X 
35 
***
Deməyə bir söz qalmayıb, 
Hamı özündən danışır. 
Təkcə qonşu oğlanları 
Qonşu qızından danışır. 
Oda düşüblər əlindən, 
Etmədiyi əməlindən. 
Nə «qılca» incə belindən, 
Nə qaş-gözündən danışır. 
Kimi söz açır dilindən, 
Kimisi qaçır dilindən, 
Danışır acı dilindən, 
Şirin sözündən danışır. 
2018


Firuzə Məmmədli 
36 
***
Çarəsizliyi 
gözündə qan ağlayan 
bir tifildən yaşını 
soruşdum. 
Əllərinin arxası ilə 
gözlərini silib 
mənə uzatdı –
yəni: bax, 
özün de. 
2018


Seçilmiş əsərləri X 
37 
 
 
BU ĠL 
 
Bu il 
neçə ev 
özünü atdı 
gələcəyinin
17-ci mərtəbəsindən. 
Bəlkə də 
gələcəyin 
20-ci mərtəbəsi 
olacaqdı. 
Bağladı 
20-ci mərtəbəyə 
açılan qapını. 
17-ci mərtəbədən 
yerə baxıb 
yumdu gözlərini 
və atdı özünü 
birinci mərtəbənin 
daş insafına. 
2018 


Firuzə Məmmədli 
38 
***
Mənim səsimin içi 
Səssizlikdən boğulur. 
Dörd yanı divar canım 
Ölür, yenə doğulur. 
Himə-cimə ölür də, 
Aya-günə ölür də... 
Dönə-dönə ölür də, 
Dönə-dönə doğulur. 
Dünyanın düz ilində, 
Ölür söz-söz dilimdə. 
Ölür də öz dinində 
Başqa dinə doğulur. 
2018



Seçilmiş əsərləri X 
39 
 
 
ÇĠÇƏK 
 
Yaza aparan çiçək, 
Məni qardan, sazaqdan 
Çəkib qoparan çiçək, 
Üzü marta gedirik. 
Bizdə – o qədər qəzəb, 
Bizdə – o qədər inad; 
Çiynimizdə hər nə var 
Darta-darta gedirik. 
Yaza aparan çiçək, 
Üzü marta gedirik. 
Sən özünücə apar, 
Özümü aparmağa 
Mənim inadım çatar, 
Mənim qəzəbim çatar... 
2018


Firuzə Məmmədli 
40 
 
 
TƏZƏ SABĠRLƏR GƏRƏK 
 
Qanlı həqiqətlərin 
Üstünü açmaq – çətin, 
Saxta üz, saxta sözlə 
Düzgünü açmaq – çətin. 
Əməli-qan çanağı 
Siyasətlər üzdədir. 
Saxta təbəssüm ilə 
Xəyanətlər üzdədir. 
«Xanbacı, ay Xanbacı, 
Çatlayır qəmdən ürək». 
Bu gün dərdimi yazan 
Təzə Sabirlər gərək. 
1991


Seçilmiş əsərləri X 
41 
 
 
QAÇANLAR 
 
Qaçanlar hara qaçır? –
Biri dilindən qaçır, 
Biri dinindən qaçır, 
Biri elindən qaçır... 
Mini birindən qaçır, 
Biri minindən qaçır. 
Qaçır eli-obası, 
Qaçır evi – odası. 
Qaçmaq istəməyəni 
Təxribatlar qaçırdır, 
Şəxsi banklar qaçırdır, 
Fəxri adlar qaçırdır... 
Sözündən qaçanı var, 
Özündən qaçanı var... 
Dünya, ayıq-sayıq ol: 
Gözündən qaçanı var. 
2000


Firuzə Məmmədli 
42 
***
Dinib-danışammırıq, 
Bir misra uçammırıq, 
Bir heca qaçammırıq 
Bizə qədərlənəndən. 
Bənd-bənd dağılır tamlar, 
Söz-söz ölür adamlar. 
Ölür dada çatan da 
Sözə qədərlənəndən. 
2018


Seçilmiş əsərləri X 
43 
***
Yaxşı günün ömrünü 
Yaman günə behlədim. 
Gedən gündən borc alıb, 
Qalan günə behlədim. 
Adın-sanın zinəti 
Deyən, qızıl düymədi. 
Doğru ömrün qiymətin 
Yalan günə behlədim. 
2018



Firuzə Məmmədli 
44 
 
 
GÜNAHKAR 
 
Yerimdə sayıram gör neçə ildir, 
Yerimdən o yana yolum bağlanıb. 
Gözüm gördüyünə inana bilmir, 
Əllərim açılıb, qolum bağlanıb. 
Yuxular görürəm – qaralı, ağlı, 
Səhər gözlərimdə çimirə dönür. 
Yıxanlar haqlıdı, quranlar haqlı, 
Ağrılar qəlbimin siminə dönür. 
Deyən, günahkaram əsrimə görə, 
Deyən, günahkaram söz qandığımdan. 
Haqq deyib ucalan səsimə görə, 
Dərdlinin dərdinə doğrandığımdan 
Deyən, günahkaram... 
Deyən, günahkar. 
1992 
 


Seçilmiş əsərləri X 
45 
 
 
ZAMAN 
 
Canı dişində gəzir 
Ehtiyacın sərt üzü. 
Birinin sevincidir 
Minbirinin dərd üzü. 
Nə yaman dönük imiş 
Bu dünyanın mərd üzü!.. 
Yoxdu dastanların da 
Robin Qudu, Zorrosu, 
Tomrisi, Jannası, 
Babəki, Koroğlusu... 
Doğrusunun başına 
Qiymət qoyur oğrusu. 
Yox sorğuluq, suallıq 
Məhkəməlik qorxusu. 
2018 


Firuzə Məmmədli 
46 
***
Haqq sözü haqlamışıq, 
Göz üstdə saxlamışıq. 
Kövrəlib ağlamışıq 
Sözümüz keçməyəndə. 
Çökmüşük, kiçilmişik, 
Dözümə biçilmişik. 
Biz səbri keçirmişik 
Özümüz keçməyəndə. 
Sayılmadıq, - adladıq, 
Söz qulağın qatladıq. 
Yalana əl atmadıq 
Düzümüz keçməyəndə. 
2018


Seçilmiş əsərləri X 
47 
 
 
***
Daha gözümdən qaçır, 
Yaxşı-yaman... Seçmirəm. 
Məqsədə yüz körpü var, 
Heç birindən keçmirəm. 
2018
 
 
 
TƏQAÜDDƏ 
 
Heç bir işim yoxdu daha 
Yeyib yatmaqdan savayı. 
Ömrü gün-gün – kərpic-kərpic 
Söküb atmaqdan savayı. 
2018


Firuzə Məmmədli 
48 
 
 
GƏLĠRƏM MƏN 
 
Ey şeirimin sonsuza 
Uzanan üfüqləri, 
Səninçin yaşayıram, 
Səninçin ölürəm mən. 
Sənə doğru uzanır 
Ömrün ümid əlləri, 
Dərdimi, sevincimi 
Səninlə bölürəm mən. 
İnanmıram bu gediş 
Öz yoluna qayıda. 
Qəlbimin, ovqatımın 
Söz yoluna qayıda. 
Qayıda, qayıtmayan 
İllərimi qaytara, 
Sözə, sənətə vurğun 
Günlərimi qaytara. 
Harda dəydim qəlbinə, 
Harda əydim qəddini 
Sözə nikahladığım 
İmkanımın, həddimin?! 
Niyə aşa bilmirəm 
Ayrılıq sərhəddini? 
Ey şerimin sonsuza 
Uzanan üfüqləri, 
Hara üz tuturamsa, 
Düz sənə gəlirəm mən, 
Səninçin yaşayıram, 
Səninçin ölürəm mən. 
2018 


Seçilmiş əsərləri X 
49 
***
Şerin çətin yolunda 
Sizə uğur dilədim. 
Özümə də bir şülək 
Hamar cığır dilədim. 
Daha yol çətinliyi 
Mənlik deyil, bilirsiz. 
Mən bilən keçib gedər, 
Siz çox şeyi bilirsiz: 
Utanc libaslarını 
Çıxarıb tullayırlar. 
Ən dibdəki çirkabı 
Yuxarı tullayırlar. 
Kimsə adam sayılmır, -
İndi təzə dəb düşüb. 
Hardansa zibilliyə 
Bir qırıq ədəb düşüb... 
2018


Firuzə Məmmədli 
50 

 
SÖZÜMƏ ÇÖKDÜM 
 
Bu gün də çıxmadım evdən eşiyə, 
Bu gün də özümü dustaq elədim. 
Örtdüm pəncərəni, örtdüm qapını, 
İşığı gözümə yasaq elədim. 
Həqiqət hardasa cançəkişində, 
Yalandan-yalana adladım bu gün. 
Dünyanı seyr etdim efir məkanda, 
Darıxdım, ürəyim çatladı bu gün. 
Tavanı başımda tac imiş demə 
Tutduğum bu yastı-yapalaq evin. 
Hər günü, hər anı bac imiş demə 
Ömrümə-günümə şapalaq evin. 
İçərim kül oldu gül yanğısında, 
Əyilməz, bükülməz dizimə çökdüm. 
Qaldım öz-özümlə çöl yanğısında, 
Əridim, şerimə, sözümə çökdüm. 
2018


Seçilmiş əsərləri X 
51 
***
Dözüm bezib içimdə, 
Özüm tozun içində, 
Lap bir qozun içində 
Yaşamaq əzab deyil. 
Əzab odur, söz küsə, 
Əyri dura, düz küsə. 
Ürək doya, göz küsə, 
Gəzəsən veyil-veyil. 
2018


Firuzə Məmmədli 
52 
***
Deyən bir az yüngülləşdim, 
Çəkim atıb-tutdu məni. 
Dərdin qulağı çəkildi, 
Kədər-qəm unutdu məni. 
Bəxtin əlini sıxmadım, 
Vaxtın üzünə çıxmadım. 
Öz-özümdən, darıxmadım, 
Şükranlığım uddu məni. 
Bir quruca canam daha, 
Qarıyıb ad-sanım daha. 
Kimim var ki, anım daha, -
Dörd tərəfim atdı məni. 
2018 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin