1
ÖN SÖZ
Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu
Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk
bәĢәriyyәti nura, kamilliyә doğru һidayәt edir. Quran
yalnız bir kitab deyil. O, һәm dә Peyğәmbәrin (s)
sәdaqәtini göstәrәn bir niĢanәdir. Elә buna görә dә
Quranın ecazkarlığı Ġslamın erkәn çağlarından müsәlman
vә qeyri-müsәlmanların diqqәtini cәlb etmiĢdir. Quranın
ecazkarlığı fәsaһәt vә bәlağәt, dәrin mәzmun, qeybdәn
verilәn xәbәrlәr vә s. kimi fәrqli yönlәrә malikdir.
Müsәlmanların yunan elmlәri ilә (һ. II әsrdәn baĢlayan)
tanıĢlığı vә һicri IV әsrdә (Әbu Әli Sinanın әsәrlәrindә
özünü göstәrәn) Quranın empirik (tәcrübi) elmlәrlә
uzlaĢdırılması ―elmi tәfsir‖ adlanan yeni bir tәfsir üsulu
meydana gәtirdi. Son iki әsrdә qәrbdә tәcrübi elmlәrin
geniĢ inkiĢafı ilә әlaqәdar olaraq tәfsirin yeni yaranmıĢ bu
üsulu da öz inkiĢaf mәrһәlәlәrindә sürәtlә irәlilәmәyә
baĢladı. Elmi tәfsirlә yanaĢı ―Quranın elmi ecazkarlığı‖
adlanan digәr tәrәfi dә üzә çıxdı. Belә ki, bir çox Quran
Ģәrһçilәri vә digәr elm adamları (һәkimlәr, müһәndislәr vә
s.) bu mövzuda tәdqiqata baĢladılar. Lakin tәәssüflәr olsun
ki, bәzilәri mötәdilliyi qoruya bilmәyib Quranın 300
ayәsini tәcrübi elmlәrә tәtbiq etdilәr
vә bir çox mәsәlәlәrdә
Quran adına elmi ecazkarlıq iddiası ilә çıxıĢ etdilәr.
Digәrlәri isә bunu yanlıĢ vә Qurana aid olmayan hәqiqәt
kimi qiymәtlәndirәrәk onun elmi ecazkarlığını bütünlüklә
rәdd etdilәr. Biz isә mötәdilliyә sadiq qalıb elmi
ecazkarlığın doğru tәrәflәrini qәbul edib, yanlıĢ iddiaları
isә rәdd etmәk fikrindәyik.