Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə16/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   12   13   14   15   16   17   18   19   ...   321
Firuzə Məmmədli 
110 
 
 
ÇIXIM GEDĠM 
 
Çıxım gedim, -
içimdəki içimdə. 
Çıxım gedim, -
durnaların köçündə. 
Doğulammaz 
bir daha mən biçimdə 
Bu dünyanın 
gələcəyi, keçmişi. 
Nə keçmişəm, nə gələcək 
mən daha 
Öz-özümdən durum bir az
gen daha. 
Mən olmuşam heçə-puça
tən daha, 
Mən olmuşam ümidlərin 
küsmüşü. 
2019 
 


Seçilmiş əsərləri X 
111 
 
 
SMOLNIDA
BĠR GECƏ 
 
(Poema) 
 
Sıxılmış hava kimi 
sıxılmışdı inqilab. 
əsəblərə, 
əzələlərə, 
vətərlərə 
yığılmışdı inqilab. 
Hər kəsin varlığında 
yaşayırdı, gəzirdi, 
hər yerdə görünürdü, 
hər yerə tələsirdi. 
Piter fəhlə sinfinin 
qaynayan qanı idi. 
Smolnı inqilabın 
örtülü qazanıydı. 
Bir yuxu yazılmışdı 
illərin ünvanına, 
bir qorxu asılmışdı 
şəhərin başı üstdən, – 
bu yuxunun 
həqiqət olmaq qorxusu. 
Çəkilmişdi 
payız səmasına 
rus burjuaziyasının 
yuxusu. 
Bu qorxuya 
pensne arxasından 
qorxa-qorxa baxan da vardı, 


Firuzə Məmmədli 
112 
bərələ qalan da. 
Bu qorxunu 
köhnə çaxırla, 
quru balıqla tıxan da vardı, 
zarafata salan da. 
Bu qorxu pərdəsinin 
ipini kim çəkəcək, 
pərdəni kim salacaq? 
Dünyanın milyon illik 
tamaşası qurtara –
işgəncəsi qurtara, 
əyləncəsi qurtara.... 
Payızın ortaları... 
Dumanlıydı təbiət, 
dumanlıydı baxışlar, 
dumanlıydı həqiqət. 
Bu dumanı yavaşca 
yığışdırmaq gərəkdi. 
Bu tilsimi yavaşca 
çəkib qırmaq gərəkdi. 
Bu qorxunu, yuxunu 
xaos sanan da vardı, 
pafos sanan da vardı. 
Bu «xaos»dan, «pafos»dan 
kimi alqış umurdu, 
kimi çıxış umurdu. 
Kilsə xilas yolunu 
göndərirdi davaya, 
nazirlərsə 
Leninin qətlində
arayırdı. 
Piter fəhlə sinfinin 


Seçilmiş əsərləri X 
113 
həqiqəti arayan 
səsiydi, 
harayıydı... 
Hamı nəsə gözləyir, 
nəyəsə tələsirdi. 
Peterburqun səması, 
Peterburqun torpağı, 
suyu,
odu, çörəyi 
inqilab nəfəsliydi. 
Gözlənirdi, 
gözləmək 
zamanın dəbi idi. 
Bu dəbdə, 
bu ritmdə 
döyünürdü ürəklər, 
döyünürdü sahillər, –
Nevanın dalğaları 
Vaxt üçün təbil idi. 
Xəbərlər dalğalar tək 
cumurdu sahillərə, 
xəbərlər 
qoşun kimi 
dolurdu nəm səngərə. 
Gözləyirdi matroslar, 
gözləyirdi əsgərlər. 
Hardan çözələnirdi, 
harda açılacaqdı 
bu kələfin düyünü? 
Gözləyirdi 
hər yerdə 


Firuzə Məmmədli 
114 
inqilab ilk gününü, 
burjua son gününü... 
***
Fikirlərdə bir partlayış var idi, 
Tarazlığı pozulmuşdu fələyin. 
Bu küçələr, 
bu meydanlar dar idi, 
bu qapılar, 
pəncərələr kor idi, 
küçələrə qovulmuşdu qəzəb, kin. 
Sıxılmış hava kimi 
sıxılmışdı inqilab; 
əsəblərə, 
əzələlərə, 
vətərlərə 
yığılmışdı inqilab. 
Hər kəsin varlığında
yaşayırdı, gəzirdi,
Hər yerdə görünürdü, 
hər yerə tələsirdi. 
– Ehey, dayan! 
Hara belə? 
Sənətinin adı nədir? 
– Piterli fəhlə. 
Sənətim – inqilab. 
Smolnıyadır yolum. 
– Onda, yoldaş, tez olun! 
Açılmış inqilabın 
şlaqbaum qolları. 


Seçilmiş əsərləri X 
115 
Sıxmışdı ağuşuna 
Smolnıya axışan 
dərələri, düzləri, 
bərələri, şlüzləri, 
cığırları, yolları. 
Üsyanın ilk gecəsi 
gündüzdən parlaq idi. 
Gözlərdə, ağıllarda 
inqilab çıraq idi. 
Dünya hələ xəbərsiz, 
dünya hələ yatırdı. 
Tarixdə ilk dəfəydi 
insanlar 
«son məqsədə» çatırdı. 
Bu tarixin səsiydi, 
bu zamanın səsiydi. 
Rusiya üsyanların 
nənəsiydi. 
Tarixdəsə ilk dəfə 
insanlar 
«Sabah gecdir»in gecəsinə, 
«Bu gün tezdir»in
1
gündüzünə 
tələsirdi. 
Smolnı səksəkədə; 
yaşayırdı 
azadlığın ilk gecəsini. 
Tarix ona tapşırmışdı 
inqilabın beşiyi 
vəzifəsini. 
Smolnı səksəkədə; 
1
V.İ.Leninin inqilabın başlanma vaxtını dəqiqləşdirməsi. 


Firuzə Məmmədli 
116 
inqilabın rəhbəri, 
inqilabın əsgəri 
gecəsində addımlayır. 
Çevrilişin 
yüz illər bundan belə 
nəsillərə, 
illərə 
qovuşacaq harayı 
gecəsindən ucalır. 
Smolnı səksəkədə; 
Sosializmin zəfər yolu 
qoynundan start alır. 
Smolnı səksəkədə; 
əsəblərdən, 
vətərlərdən, 
emiqrasiyalardan, 
konspirasiyalardan 
azad olmuş qüvvələr 
sinəsinə sığmayır –
gecəsinin 
qaynar qazanından 
daşlanırdı. 
Smolnı səksəkədə; 
xəbərsizdi nazirlər, 
xəbərsizdi ağalar.
«Sabah Qış Sarayına 
həlledici hücum var.» 
Bu hücam Smolnının 
qəlbindən başlanırdı. 
Gərilmiş yay kimiydi –
əsəblər də, 
qəzəblər də, 


Seçilmiş əsərləri X 
117 
vətərlər də. 
Gərilmiş yay kimiydi 
sabah bütün dünyaya 
yollanacaq xəbərlər də. 
Smolnı səksəkədə; 
Qulağı şəklənmişdi 
Rusiyanın yüz illik 
ibnəsinə, -
inqilab rəhbərinin 
deyəcəyi ilk cümləsinə: 
«Yoldaşlar...! 
sosialist inqilabı 
baş vermişdir!» 
Eşitdinmi Smolnı?! 
Eşitdinmi Rusiya?! 
Eşitdinmi Dünya?! 
1971 


Firuzə Məmmədli 
118 
 


Seçilmiş əsərləri X 
119 
 
 
VER SÖZƏ EHYA KĠ... 
 
Söz bəşər nəslinin ən böyük və bəlkə də ən ilk kəşfidir. 
Söz insanı başqa canlılardan fərqləndirən yeganə amildir. Doğ-
rudur, son vaxtlar başqa canlıların da sözlə kontakda olduğunu 
sübut etməyə çalışır və hətta onların lüğət fondundakı «sözlə-
rin» sayını belə dəqiqləşdirməyə cəhd göstərirlər. Lakin bunlar 
bizim başa düşdüyümüz mənada müəyyən səs kompleksinə və 
mənaya malik olmayıb, yalnız refleksləri tənzimləyən şərti işa-
rələrdir. 
Söz Tanrının qüdrəti ilə insana bəxş edilən elə bir nemət-
dir ki, qiyməti insanın dəyərinə tarazlanır. Babamız Füzulinin 
təbirincə desək, 
Artıran söz qədrini sidq ilə qədrin artırır, 
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. 
İnsanmı sözü yaratdı, sözmü insanı yaratdı? Bir həqiqət 
danılmazdır ki, insan üçün sözlə dostluqdan böyük səadət yox-
dur. Bu dostluq dilimizdə sözlə bağlı nə qədər gözəl ifadələr ya-
ratmışdır: 
Sözünün ağası olmaq, sözünü sındırmamaq, sözünü 
yerə salmaq, sözdən söz çıxarmaq, sözü çürütmək, söz eləmək, 
söz oyunu, sözə gəlmək, sözü bir yerə qoymaq, söz vermək, söz 
almaq 
və s. 
Sözə işlə heykəl qoyub babalar. Qoyub ki, söz çinar kimi 
boy-boy ucalsın. Qoyub ki, söz çinar kimi pöhrələnsin. Pöhrə-
lənsin ki, söz kölgəsində hər kəs özünün dincliyini tapsın. Yax-
şısını-pisini görə bilsin söz kölgəsində. Niyə danmalıyıq son 
illərin söz sınağını?! Bəli, yaman sındırdılar sözü. Sözün kölgə-
sində dikəldilər, qalxdılar, yeridilər, yürüdülər. İstəklərincə, ar-
zularınca böyüdülər, tamlaşdılar, bir yenilməz bütöv oldular. 
Və söz unuduldu. «Sözə qulp qoyuldu». Sözün ağzına pambıq 
tıxamaq olmaz axı. Söz öz bədiiliyində də, nominallığında da 
söz dəyərində, söz qiymətində qalmalıdır. Bədii təfəkkürümü-


Firuzə Məmmədli 
120 
zün söz qəhrəmanları Molla Nəsrəddin, Danəndə Bəhlul məgər 
qılınc qəhrəmanlarımızla bir tərəzinin iki gözü deyilmi?! Qılınc 
qəhrəmanımız Koroğlu həmişə qılıncdan əvvəl sözə meydan 
verib axı. Sərkərdə vüqarımız, şair şahımız Şah İsmayıl Xətai 
qılıncdan ayrılanda sözə sığınıb axı. Və Füzuli də deyib ki, pad-
şahların qılıncla qazandığını mən sözlə qazanmışam. Nə yaxşı 
ki, biz də bu gün işğal olunmuş torpaqlarımızın düşmənlərdən 
xilas edilməsi yolunda əvvəlcə sözə baş əyirik. 
Lakin sözün də əzizlənməyə, sözün də kövrəlməyə, sözün 
də incələnməyə, körpə uşaq kimi oxşanmağa, sevən qız kimi 
dolub-daşmağa, dəli-dolu igidlər kimi hayqırmağa ehtiyacı var 
axı. 
Sözün min bir çalarını, min bir rəngini oxuculara – sözün 
əsil sahiblərinə çatdıran, sözə heykəl qoyan sənət adamlarımız 
da əlahəzrət pulun taxtı önündə dəxil düşmək dərəcəsinə gəti-
rilib çıxarılıb. 
Odur ki, biz sözdən xəcalətik, söz də bizdən. «Söz yolu» 
dözümlüdür, söz yolu səbirlidir. Böyük və sevən ürəyi var söz 
yolunun. Əgər səninlədirsə, əzablarınla ona bağlısansa, gözlə-
yəcək səni.
Tanrı bizim sözümüzü ömürlü, ömrümüzü sözlü yaradıb. 
Sözümüzün bulağı tanrıdan qaynaqlanır. Görmürsənmi Şumer-
dən üzü bəri min illərdir döyüşə-döyüşə, sıza-sıza, təmizlənə-tə-
mizlənə, əzizlənə-əzizlənə gələn 
ata, ana, qardaş, baş, ayaq, 
buğda, baba, dil, bağ, qur, üz, eşit, uyu, tanrı, dəmir, daş, od, 
odun 
və s. sözlərimizi!? 
Amma «əl»dən 
ələ gətirmək, ələ salmaq, əl eləmək, əli gə-
tirmək; «göz»dən gözə gəlmək, gözdən düşmək, gözü ilişmək, 
gözdən itmək, göz ağartmaq
kimi onlarla, minlərlə frazaların 
doğulması ulularımızın kəramətidir, bizim əməlimizdir, dünə-
nimizin, bugünümüzün şücaətidir. Bunlar elə bir söz qalasıdır 
ki, nə yad dilə yatar, nə də yad dili öz sərhədlərindən içəri bura-
xar. Budur sözümüzün milli hünəri, milli qeyrəti. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin