Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə24/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   20   21   22   23   24   25   26   27   ...   321
Seçilmiş əsərləri X 
131 
– Boy, ay məllim, harda qalmısız bu vaxtacan? Dekan sizi 
axtarır. 
– Neyləyir dekan məni? 
– Sizi yox e, məni, - deyən imtahan götürəcəyim qrupun 
nümayəndəsidir, yəni başqanı. Jurnalı qolutuğuma verib audito-
riyanı göstərir: 
– Ordadılar, amma sizlik bir iş yoxdur. Hər şey həll olu-
nub. 
Aramızda xeyli məsafə var. Beləcə durub danışırıq. Bir
qədər yaxın da dayana bilərik. Çünki imtahan ərəfəsində fənn 
müəllimi ilə tələbənin bir-birinə yaxın durma məsafəsinə bir 
metr hədd qoyulub. Yəni bir metrdən artıq yaxınlaşmaq olmaz. 
Mən isə təbiətən ehtiyatlı adamam. Həmişə arada iki metr dis-
tansiya saxlayıram. Qrup nümayəndəsi rəhbərliyin xüsusi nü-
mayəndəsi ilə burun-buruna nəyi isə qızğın müzakirə edir. Hər-
dən gözucu mən tərəfə baxıb, başı ilə işarə edir. Yəni nə durub-
sunuz, gedin qrupa, vedomosta qol çəkəcəyiniz anı gözləyin. 
Burda sizlik bir iş yoxdur. 
Özüm də bilirəm ki, mənlik bir iş yoxdur. Mənlik iş ancaq 
qiymət vedomostuna qol çəkməkdir. Elə bu da az iş deyil. Mə-
suliyyətli işdir. «Qolun harda, başın orda», deyiblər. 
Tələsik auditoriyaya yönəlirəm. Başımın məni gözlədiyi 
yerə. 
Bayaqkı hadisə də yaddamışdan pozulub gedir. 
Doğrudan da. O nə axmaq fikir idi beynimi qurşamışdı?
Nə Cəbiş müəllim?! 
Özüm müəllim deyiləmmi?! 
Vallah, Cəbişlə müyaqisəyə cəsarətim çatmır. 
Başımız, beynimiz cəfəngiyyatla doludur. 
2006 


Firuzə Məmmədli 
132 
 
 
LAP QISA 
(hekayə) 
 
Nəcəf kişi dedi ki, mən akademikə səs verəcəyəm, - Na-
zim müəllimə. 
Əlişka (oğul) dedi ki, mən İnam bəyə səs verəcəyəm. 
Təriş (gəlin) dedi ki, Ehtiram müəllimə səs verəcəyəm. 
Sadəgül (Nəcəf kişinin arvadı) dedi ki, mən Prezidentə səs 
verəcəyəm. 
Neyləyəsən, demokratiyadı. Ailədə hərənin öz mövqeyi 
ola bilər. Amma Sadəgül xala hələ orta məktəbdə oxuyandan 
Nəcəfin gözünün odunu almışdı. Odur ki, Nəcəf kişi arvadına 
xoruzlana bilmirdi. Amma yenə də soruşmağı özünə borc bildi: 
– Axı, niyə hərəmiz bir namizədə səs veririk? Olmaz ki, 
elə hamamız Nazim müəllimə səs verək?! Kişi söz verib ki, 
prezident olsa, gənclərin ailə qurmasına kömək məqsədilə hər 
ailəyə iyirmi beş min manat pul verəcək. 
Əlişka dedi ki, dədə, bizdə daha evlənməli gənc yoxdu 
axı. Əsas mənzil məsələsidi. İnam bəy ailəli gənclərə mənzil 
vəd edir. Təriş tələsik yerindən qımıldandı ki, bəs Ehtiram mü-
əllim də xaricə gediş-gəlişi vizasız edəcək, əgər prezident olsa. 
Əlişka Tərişə tərs-tərs baxanda tələsik əlavə etdi ki, nədi, 
tez-tez gedib xaricdən mal gətirərsən, «Super market» açarsan. 
Daha işsizlikdən barmaqlarını şaqqıldatmazsan. 
Bu sözlərdən sonra Əlişka bir balaca sakitləşdi və arva-
dından arxayın oldu. 
Sadəgül xala bütün bunları bir qədər narazı sima ilə dinlə-
yib məruzəsinə başladı. Əvvəlcə əlbəttə ki, rəqiblərin ümidlə-
rinin absurd olduğunu onlara sübut etməli idi. Sadəgül xala ye-
ni sözlərin xiridarı idi və şükür ki, Yenidənqurma dövrü onun 
bu ehtiyacını geninə-boluna ödəyirdi. «Absurd» sözünü isə təzə 
mənimsəmişdi. Odur ki, dedi: «Absurd fikirlərə qulluq edirsi-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin