İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi



Yüklə 2.79 Mb.
səhifə1/33
tarix07.01.2017
ölçüsü2.79 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   33
İslamda Qəhrəman Qadınlar

Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi

İmam Əli (ə) buyurur: «Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını (iman, təvəkkül, müqavimət, birlik, Qur`andan bəhrələnmək və haqq fərmanı müqabilində təslim olmaqla) nicat gəmisi ilə yarıb, irəli gedin».



ÖN SÖZ


Bu kitabı bəsirətlə mütaliə etmək üçün müqəddimədəki iki mətləbə diqqət etməyiniz lazımdır.
1. Qadınlar, insan cəmiyyətinin bir qismidir.

İslamda insan mövzusunu təhlil etdikdə, bu təhlil kişi ilə qadına eyni dərəcədə şamil edilir. Dinimizdə kişilər kimi qadınlar da insan cəmiyyətinin bir hissəsi hesab olunurlar. Əgər insan cəmiyyətini bir quşa bənzətsək, bu quşun iki qanadının birinin kişilər, digərinin isə qadınlar olduğunu deyə bilərik. Məlumdur ki, quş yalnız iki qanadı olduğu halda uçub öz məqsədinə çata bilər. Qur`an ayələri və İslam rəvayətlərində kişi ilə qadının çiyin-çiyinə, bir cərgədə olması haqda çox sözlər var. Nümunə üçün sizin diqqətinizi onlardan bir neçəsinə cəlb edirik: «min olub yaxşı işlər görən kişi qadına (dünya axirətdə) firavan həyat bəxş edəcəyik».1

Bu ayədən aydın olur ki, firavan həyat (hər iki dünyada, hər cəhətdən kamil olan həyat) kişi ilə qadının yaxşı əməllərinin və imanlarının nurundan vücuda gəlir. Kişi və qadının firavan həyat qurmaq imkanlarına görə, bir-birlərindən heç bir fərqləri yoxdur. Nəhcül-bəlağədə, 31-ci məktubda, Əmirəl-mö`minin (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsinin axırıncı hissəsində buyurur:

«Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın (qüdrətli) pəhləvan kimi deyil gül şaxəsi kimidir.. Ləyaqəti çatdığı qədər ona ehtiram et, lazımsız yerə izhar edib (bədgümanlıq əlaməti olaraq) qeyrətlənməkdən uzaq ol. Çünki e`timadsızlıq və bədgümanlıq qadınları iffətsizliyə, günahsızları günaha sövq edir».2
2. Qadınla kişinin yaxşı əməllərinin dəyərinin bərabər olması.

Cəfəri Təyyarın (ə) həyat yoldaşı Umeys qızı Əsma Həbəşistana olan on beş illik mühacirətdən sonra, hicrətin yeddinci ilində Mədinəyə qayıtdı. Qadınların toplaşdığı yerdə hal-əhval tutduqdan sonra, soruşdu: «Bizim barəmizdə Qur`an ayələrində bir şey nazil olmuşdurmu?»

Onlar dedilər: «Yox».

Əsma, Rəsulullahın (s) hüzuruna gəldi və ərz etdi: “Qadınlar özlərinin dəyərsiz olduqlarını güman edib narahat olarlar”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Niyə?” Əsma ərz etdi: “Çünki onlar kişilər kimi xeyir və səadətlə yad olunmurlar”. Bu zaman aşağıdakı ayə nazil oldu.

«Həqiqətən müsəlman, mö’min, müt’i, abid, doğrudanışan, səbirli və dözümlü, qəlbi yumşaq, sədəqə verən, oruc tutan, ismətli və həyalı, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah dərgahında məğfirət (bağışlanma) və böyük mükafat hazırlanmışdır».3

Bu ayədən görürük ki, qadınların Allah yanında insani dəyərlərdə kişilərdən heç bir fərqi yoxdur. Eləcə də göründüyü kimi, cəmiyyətin əqidə, siyasi, əxlaqi, ictimai və ibadi cəhətdən inkişafı üçün ayədə qeyd olunan on xüsusiyyət insanın təkamülünün dəyər mənbəyi kimi qadınla kişi barəsində bərabər zikr olunur. Hər iki zümrə fikir və əməldə bu prinsiplərə arxalanmaqla, xilqətin ali hədəfinə və təkamülə doğru yüksəlməyi bacararlar.



Birinci fəsil


İSLAMDAN ƏVVƏL QADININ MƏQAMI


Tarix bizə aydınlıqla göstərir ki, İslamdan əvvəl qadına bir insan kimi baxılmır, o, heyvanla insan arasında bir varlıq hesab olunurdu. Bə’zən isə onlara heyvandan da artıq yük yükləyirdilər. İndi də qeyri-İslami ölkələrdən bə`zilərində, hələ də kişi ilə qadın eyni mövqedə deyil və qadının dəyərini kişinin dəyərindən çox aşağı bilirlər. Lakin ədalət və insaf dini olan İslam qadın təbiəti ilə həmahəng olan xüsusiyyətlərə, onun təbii hüququna ədalət (nə ifrat və nə də təfrit) həddində bütün sahələrdə əməl edir və qadına diqqət yetirir.

QUSTAV LEBONUN ETİRAFLARI

Burada görkəmli Fransız tarixçisi, tədqiqatçı alim Qustav Lebonun sözlərinə diqqət yetirmək lazım gəlir. O yazır: «İslam qadının ictimai vəziyyətini və hüququnu bə`zi avropalıların batil əqidələrinin əksinə olaraq, daha çox yüksək həddə qaldırdı. Qur`anın qadınlara irs qismində verdiyi hüquq Avropa qanunlarının bir çoxundan daha yaxşıdır... Bəli, İslam Avropada olan bə`zi qanunlar kimi təlaqa (boşanmağa) icazə verir. Lakin şərt qoyur ki, təlaq verilmiş (boşanmış) qadınlarla yaxşı və ədalətlə rəftar olunmalıdır. Bunu daha yaxşı dərk etmək üçün qadının İslamdan əvvəl və sonrakı vəziyyətini araşdıraq (və müqayisə etdikdə, lazım olan nəticəni ələ gətirək). İslam dini gəlməmişdən əvvəl kişilər qadınları heyvanla insan arasında olan bir varlıq kimi bilirdilər. Qadını yalnız nəsil artırmaq və xidmətçilik üçün bir vasitə hesab edir, qız atası olmağı özlərinə bir müsibət sayırdılar. Qızları öldürmək adəti elə yayılmışdı ki, yeni doğulmuş qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Bu hadisənin bir adət–ən`ənə kimi yayılmasını aşağıdakı - bəni-Təmim tayfasının başçısı Qeyslə Həzrət Məhəmməd (s) arasında baş vermiş - söhbətdən başa düşmək olur. Qeys bir gün gördü ki, Peyğəmbər (s) öz qızlarından birini dizinin üstündə oturdub. Ondan soruşdu: «Bu qoyun balası nədir ki, onu bu qədər öpürsən?»

Həzrət (s) buyurdu: “Bu mənim qızımdır”.

Qeys dedi: “And olsun Allaha! Mənim çoxlu qızlarım olub, hamısını diri–diri torpağa basdırmışam və heç birisini bu qədər öpməmişəm”.

Həzrət Məhəmməd (s) qəzəbləndi və buyurdu: «Vay olsun sənə! Allah rəhmi sənin qəlbindən götürüb və Allahın insana bəxş etdiyi ən yaxşı ne`mətlərin qədrini bilməyibsən».4

Qustav Lebon bir neçə məsələni bəyan etdikdən sonra yazır: «Qadın məqamının süqutunun İslamla əlaqəsi yoxdur. Çünki, İslam qadının məqamın dəyərləndirib və ona üstünlük vermişdir... İslam bu mövzuda doğru və düzgün addım atmış ilk dindir».5

Sonra o, müxtəlif millətlərin və İslam dininin qadınlarla rəftarını müqayisə edib belə nəticə alır ki, İslam o cür ağır şəraitdə qadının məqamını ucaldıb, onun təbii hüququnu özünə qaytarıb. Maraqlısı budur ki, qadın barəsində müxtəlif millətlərdən məsəllər gətirib:

Məsələn, Çin atalar sözlərində deyilir: “Arvadının sözünü eşit, ancaq heç vaxt inanma”.

Ruslarda: “On qadının birlikdə bədənində, bir ruhdan başqa ruh yoxdur”.

İtaliyanlarda: “Dəliləşmiş və dəliləşməmiş at üçün mahmız (atı idarə etmək üçün ayağa keçirilən dəmir) lazım olduğu kimi yaxşı və pis qadın (döymək) üçün də ağac lazımdır”.

İspanlar da isə: “Pis qadından qaç qurtar və həmçinin yaxşı qadına da e`timad etmə”6 kimi məsəllər var.

Sonra Rum, Yunan və hindlilərin təəssüfləndirici hadisələrindən bir neçə misallar gətirir. Bu misallarda bildirir ki, doğurdan da onların qadınla rəftarı, insani rəftar deyil. Həmçinin o, yazır ki, qədim millətlərdən çoxu inanırdılar ki, qadının Allaha ibadəti qəbul deyil. Yunanlar isə qadının insani ruha malik olmadığına inanırdılar. Maraqlısı budur ki, bu yaxınlara qədər xaçpərəst alimlər öz aralarında bəhs aparıb belə nəticəyə gəlirdilər ki, qadının ruhu Məryəmin (s) ruhu kimi insanla heyvan arasında bir bərzəx olduğu üçün əbədi deyil. Mərhum Əllamə Təbatəbai (r) yazır: “Qadınlar cahiliyyət dövründə ictimai məziyyətlərdən (üstünlük və hüquqdan) məhrum idilər. İradələri öz əllərində deyildi. İşləri başqaları üçün idi, irs almır və onlarla qayda-qanunsuz evlənirdilər. Bundan əlavə namusları ləkəli idi və çox vaxt cinsi əlaqədə istifadə etmək məqsədilə xülasələnirdilər. Təəccüblüsü budur ki, bə`zən həccin təvafı üçün lüt gəlirdilər və övladları yalnız ərlərinə məxsus hesab olunurdu“. Daha sonra yazır: ”Bütün bunların hamısı Qur`an ayələrində (xüsusən, Nisa surəsinin əvvəlində) gəlmişdir”.

Bu, cahiliyyət zamanı Ərəbistan yarımadasında yaşayan insanların vəziyyəti idi. Ancaq yəhudi, nəsrani və onların ardıcılları iki - hakim və məhkum (isttismarçı və istismar olunan) - təbəqəyə bölünmüşdülər. Hətta onların din xadimləri və alimlərinin əməlləri də hakim təbəqənin nəzarətində idi. Şübhəsiz ki, belə vəziyyətdə qadınlar hakimlərin kənizi, onların zəhmətkeş və muzdsuz köləsinə çevrilmişdilər.



: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular
uygulama -> İBRƏt güZGÜSÜ


  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə