İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi



Yüklə 0,99 Mb.
səhifə3/33
tarix07.01.2017
ölçüsü0,99 Mb.
#4729
1   2   3   4   5   6   7   8   9   ...   33

QADINLARIN ÜÇ MÜHÜM VƏZİFƏSİ


Yuxarıda qeyd etdik ki, İslamda vəzifə məs`uliyyət deməkdir. Hər kim öz vəzifəsini yaxşı yerinə yetirsə - istər kişi olsun istərsə də qadın - onun məqamı Allah yanında çox böyükdür. Qadın öz iffət və hicabını qorumaqla mühüm işlərdə iştirak edə bilər. Lakin onun mühüm və daha vacib olan üç vəzifəsi var:

1. Evdarlıq, ailədəki səfa səmimiyyəti qoruyub saxlamaq.

2. Övladın tə`lim-tərbiyəsi ilə məşğul olmaq, yə`ni pak və kamil insan yetişdirmək vəzifəsi.

3. Ərə qayğı və onunla uyğunlaşma. (Əlbəttə kişilər də qadınlara qayğı göstərməkdə İslami qayda-qanunlara riayət etməlidir).


EVDARLIQ MƏS’ULİYYƏTİ


Cəmiyyətin ilkin bünövrəsi olan ailəyə nəzarət, onu qorumaq və yaxşı yaşatmaq, yə’ni ailə qayda-qanunlarına riayət olunmaqla evi idarə etmək çox çətin bir işdir. Cəmiyyət tək-tək insanlardan qurulur, böyük cəmiyyətlər də öz növbəsində kiçik cəmiyyət sayılan ailədən başlanır. Daha aydın şəkildə desək, kiçik cəmiyyət olan ailəni kamil və islami şəkildə təşkil etmək, böyük cəmiyyətin əsasını və bünövrəsini kamilləşdirmək deməkdir. İslam dinində bu məs’uliyyətin mükafatı daha böyükdür. Bu barədə İslam peyğəmbəri (s) buyurur: «Evdə oturub bir saat xidmət etmək, min il ibadətdən, min həcc əməlindən, min ümrə əməlindən, min qul azad etməkdən və daha yaxşı və daha fəzilətlidir».9

Qadınların Peyğəmbərə (s) bey’ət etməsi macərasında10 belə nəql olunur ki, qadınlardan biri soruşdu: «Allah cihadı kişilərə vacib edib. Əgər onlar bu yolda ölsələr, Allah yanında şəhidlik məqamı, yaralansalar mükafatları var. Ancaq biz, ərləri cəbhəyə gedən qadınlar evdə oturub ərlərimizin mallarının keşiyini çəkirik, övladlarımızın qayğısı üçün çalışırıq. Görəsən biz də öz döyüşçü ərlərimizlə şərikik?»

Həzrət Peyğəmbəri (s) buyurdu: «Ey qadın, yaxşı qulaq as və başqalarınada de! Kişilərlə mehriban olub, evdə yaşayanların qayğısını çəkməyin, evi idarə edib saxlamağın Allah yolundakı mücahidlərin mükafatlarına bərabər mükafatı var».11

ÖVLAD TƏRBİYƏ ETMƏYİN MƏS’ULİYYƏTİ


Yaxşı övladlar tərbiyə etmək və onlara tə`lim vermək, yə’ni kamil insan və mücahid yetişdirmək, şəhid vermək və necə də yüksək məqamdır. Belə bir məqamın mükafatı daha çoxdur. Peyğəmbər (s) buyurdu: «Hər kəs öz övladını öpsə, onun üçün yaxşı mükafatlar yazarlar. Hər kəs övladını şad etsə, Allah onu qiyamət günü şad edər».12

Bu rəvayətdə ananın övlada olan kiçik mehribanlığının böyük mükafatından başa düşmək olur ki, analıq məqamı və o cür ağır zəhmətlərlə övlad tərbiyəsinin böyük mükafatları var.


ƏR QAYĞISI MƏS’ULİYYƏTİ


Həyat yoldaşı ilə (hər iki tərəfin) mehriban rəftar, övladların düzgün tərbiyəsində və ailədəki səfa-səmimiyyətin qorunmasında mühüm əsasdır. Bu məsələ İslamda çox mühüm olduğu üçün həzrət Peyğəmbər (s) bu barədə buyurur: «Əgər Allahdan qeyrisinə səcdə etmək üçün bir kimsəyə əmr etməli olsaydım, deyərdim ki, qadınlar öz ərlərinə səcdə etsinlər».13

Bu məs’uliyyətin bütün məs’uliyyətlərin əsası olması (əgər İslam ilə həmahəng olmasa, təlaq, fəhşa, münkərat və tərbiyəçinin olmaması üzündən uşaqların yollarını azması və sair ilə nəticələnəcək) barəsində aşağıdakı üç əhvalatı diqqətinizə çatdırırıq.


ARVAD ƏLİNDƏN EVDƏN QAÇMAQ


(Tanınmış şair) Sə’di səfərə çıxmaqdan və səyahət etməkdən yorulmaq bilmirdi. Sə’dinin «Bustan» və «Gülüstan» kitabı məclislərdə, şəhərlərdə və müxtəlif ölkələrdə əldə etdiyi təcrübələrinin məhsuludur. Sə’dinin tanışlarından biri ondan soruşdu: «Bu qədər təcrübəni harada əldə etmisən?»

Sə’di dedi: «Uzun-uzadı səfərlərdə».

O soruşdu: «Bəs səyahətlərin yorğunluqlarına necə dözmüsən?»

Sə’di dedi: «Dar ayaqqabıdansa ayaqqabısızlıq yaxşıdır, evdəki dava-dalaşdansa səfərdəki yorğunluq yaxşıdır».

Onun hüzurunda olanlar başa düşdülər ki, Sə’dinin həyat yoldaşı xoşxasiyyətli bir qadın deyil. Onlardan biri dedi: «Bununla belə Şeyx Sə’dinin həyat yoldaşı, bizim üçün ağıllı və müdrik bir kişi yetişdirib».

ƏXLAQSIZ KİŞİNİN CƏZASI


Sə’d ibn Məaz Peyğəmbərin (s) çox yaxın köməkçilərindən idi. Onun imanı elə bir həddə idi ki, Rəsulullah (s) buyurmuşdu: «Sənə müjdə olsun ki, Allah sənə şəhidlik nəsib edəcək və hökmünlə küfr əhlindən bir dəstə (bəni Qurəyzə yəhudiləri) həlak olacaq. Rəhmanın (Allahın) ərşi sənin ölümündən titrəyəcək və Bəni-Kəlb tayfası heyvanlarının tüklərinin sayı qədər insan sənin şəfaətinlə behiştə girəcək».

Sə’d Ühüd döyüşündə yaralandı və evdə yatırdı. Ancaq bədənindəki yaralar sağalmadığı üçün dünyadan getdi. Sə’di axirətə yola salan zaman Rəsulullah (s) başı açıq və ayaqyalın onun cənazəsini götürdü və qüsl verdi. Namazdan sonra Rəsulullah (s) onu qəbrin ortasına qoyaraq üstünü şəxsən özü torpaqla örtdü və o qəbri kamil şəkildə saf (düz) və təmiz etdi. Sonra qəbri düzəltməkdə bu qədər diqqətə görə e’tiraz edənlərin cavabında buyurdu: «Bilirəm ki, Sə’din bədəni çürüyəcək və torpağa qarışacaq. Lakin Allah çox istəyir ki, bəndəsi bir iş görəndə onu yaxşı və kamil şəkildə yerinə yetirsin».

Sə’din anası oğlunun qəbrinin yanına gəldi və dedi: «Ey Sə’d, behişt sənə müjdə olsun!»

Peyğəmbər (s) Sə’din anasına buyurdu: «Allahın işləri barəsində qəti fikir söyləmə. Sə’d üçün qəbir sıxıntısı (əzabı) olacaq».

Qayıdan zaman səhabələr Peyğəmbərin (s) üç suala cavab verməsini istəyib dedilər:

Ey Allahın Rəsulu! Siz heç kimin cənazəsinə bu qədər ehtiram göstərib müşayiət etməyibsiniz. Sə’din cənazəsini isə başı və ayağı açıq müşayiət etdiniz.

Bə’zən tabutun sağ və bə’zən də sol tərəfindən götürürdünüz.

Cəsədin qüslünə nəzarət edib, namaz qıldınız və şəxsən özünüz qəbrə qoydunuz, qəbri kamil şəkildə torpaqla örtdünüz. Lakin sonradan onun anasına belə buyurdunuz: «Sə’d üçün qəbir sıxıntısı olacaq (bizim üçün aydınlaşdır ki, niyə belə buyurdunuz?)».

Peyğəmbər (s) birinci sual barəsində buyurdu: «Cənazəni müşayiət edəndə mələkləri başı açıq, ayaqyalın görüb onlar kimi etdim».

İkinci sualın cavabında buyurdu: «Əlim Cəbrayılın (ə) əlinin içində idi. Əlimi hara hərəkət etdirsəydi, mən də itaət edərdim». Üçüncü sualın cavabında buyurdu: «Bəli, onun üçün qəbir əzabı vardır. Çünki evindəkilərlə (və həyat yoldaşı ilə) pis rəftar edərdi».14

Beləliklə görürük ki, Sə`d bu cür məqama malik olmasına baxmayaraq, onun evdəki azacıq bədrəftarlığı ağır cəzalanmasına səbəb olur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin