İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi



Yüklə 2.79 Mb.
səhifə9/33
tarix07.01.2017
ölçüsü2.79 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

9-10-Şuəybin qızları


Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir.

Həzrət Musa (ə) Fir`onun qüdrətli vaxtında məzlumları onun və adamlarının zülmündən müdafiə edirdi. Ancaq bir gün zalımlardan birinin zülmünün qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. Həmin zülmkar aldığı zərbədən yerə yıxılıb öldü. Musa (ə) o cür cansıxıcı və qorxulu mühitdə canının təhlükədə olduğunu hiss etdi. Gizlin şəkildə Misirdən çıxdı və piyada Mədyənə tərəf yola düşdü. Musa (ə) Mədyənə yaxınlaşanda çobanların qoyunları sulamaq üçün bir quyunun yanına gətirdiklərini gördü. Onlar quyudan su çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə) iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının qarşısını aldığını müşahidə etdi. Çünki onlar öz iffətlərinin qorunmasına, qayda-qanuna və növbəyə riayət etmək istəyirdilər. Onlar Şueybin (ə) qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa (ə) o qızlara kömək etmək qərarına gəldi. Yaxınlaşıb dedi: “Öz qoyunlarınıza niyə su vermirsiniz?”

Onlar dedilər: “Kişilərin getməsini gözləyirik və sonra biz öz qoyunlarımıza su verəcəyik”.

Musa (ə) qabı onlardan aldı və var gücü ilə tək başına quyudan su çəkib onların qoyunlarına verdi. Sonra onlardan ayrılıb bir ağacın kölgəsi altında oturdu. Aclıq ona qalib gəldiyi üçün Musa Allahdan kömək istədi. Bu zaman Şueybin qızları atalarının yanına gedib əhvalatı ona danışdılar. Şueyb dedi: “Gedin o cavanı evimizə də`vət edin”.

Qızlardan biri özünü tələsik Musaya (ə) çatdıraraq atasının də`vətini ona bildirdi. Musa (ə) bu də`vəti qəbul etdi və yolda qıza dedi: “Sən mənim arxamca gəl. Harada yolumdan azsam, arxadan həmin istiqamətə daş atmaqla mənə yol göstər”.

(Musanın (ə) bu sözləri onun iffətinin qorunmasına xatir idi). Qız razı oldu. Musa evə çatanda, Şueyb onu yaxşı qarşıladı. O qız atasına dedi: “Bu cavan oğlanı özünə köməkçi götür. Ona görə ki, güclü, əmin (təmiz) və ədəbli bir oğlandır”.

Qız onun gücünü quyudan su çəkəndə, paklığını və təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. Hətta Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif etdi. Musa (ə) da bu təkliflə razılaşıb “Səfura”nın əri oldu.55

11-Həlimə Sə`diyyə


Peyğəmbər (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi. Əbdül-Müttəlib Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın axtarırdı. Çünki o həzrət (s) hər kəsin südünü qəbul etmirdi. Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi: “Sən kimsən?”

Qadın: “Mən bəni-Sə`d tayfasından olan Həliməyəm”.

Əbdül-Müttəlib: “Bəh-bəh! Səndə “səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”.

Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd (s) onun südünü götürdü. Bundan sonra qadın Məhəmmədi (s) özüylə yaşadığı yerə aparıb ona süd verməyə başladı.

Beləliklə, yenə də görürük ki, ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur. Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi (s) əmizdirmək üçün bir ana kimi onu seçir.56 Yə`ni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə malik olarsa, Həzrət Məhəmmədin (s) ikinci anası olmaq ləyaqətini qazanır.
Dördüncü fəsil

İSLAMIN ƏVVƏLİNDƏKİ QƏHRƏMAN QADINLAR


Bu fəsildə İslamın əvvəlindəki bir neçə nümunəvi qadınlar barəsində yazını xülasə şəkildə sizə təqdim edəcəyik.

PEYĞƏMBƏRİN (S) QADINLARI VƏ O HƏZRƏTİN (S) EVLƏNMƏLƏRİNİN FƏLSƏFƏSİ


Peyğəmbərin (s) qadınlarının şücaəti barəsində qeyd etməzdən öncə, bə`zi xaçpərəstlərin və müsəlmanların “Nə üçün İslam Peyğəmbərinin (s) qadını çox idi?” sualına cavab verməyə çalışacağıq. Kitabın yazılmasında hədəf və məqsədlərimizdən biri də bu mövzuya cavab vermək olduğu üçün münasib arqumentləri və lazımi mətləbləri məqsədəuyğun bilib sizə təqdim edəcəyik.

Həzrət Peyğəmbər (s) 25 yaşında ilk həyat yoldaşı, təqribən qırx yaşlı dul qadın Həzrət Xədicə (ə) ilə evləndi. Xədicə (ə) həyatda olduğu müddətdə Peyğəmbər (s) başqa heç kəslə ailə qurmadı. Həzrət Peyğəmbərin (s) qalan evlənmələri isə ömrünün axır on ilində, yə`ni yaşı əllini keçəndən sonra baş verdi, siyasi və atifi məqsəd daşıyırdı. Bunlara aydınlıq gətirmək üçün aşağıdakılara diqqət yetirin:

1. Peyğəmbərin (s) qadınlarının içərisində Aişədən başqa, hamısı əvvəl ərdə olmuşdular. Xədicədən və Mariyadan başqa heç birisindən övladı olmamışdı.

2. Peyğəmbərin (s) qadınlarından bə`zisi o Həzrətlə (s) evlənəndə əllidən çox yaşı vardı və gözəllikdə payları yox idi (Xuzəymə qızı Zeynəb kimi).

3. Məsələn, o Həzrətin (s) Ömərin və Əbu Bəkrin qızıyla evlənməsi siyasi məqsəd daşıyırdı. Çünki bununla onların böyük qəbiləsi İslama cəlb olunurdular. Digər tərəfdən də Ömər özü Peyğəmbərə (s), birinci əri Xunəysi itirmiş qızı ilə evlənməyi təklif etmişdi.

4. O Həzrətin (s) çoxsaylı evlənmələrinin bir səbəbi də şəhid və qeyri-şəhid ailələrini himayə altına almaq idi. Həzrət Məhəmməd (s) özü bu işdə qabağa düşərdi və camaatı bu işə sövq edərdi ki, ictimai çatışmazlıq təbii şəkildə həll olsun. Məsələn, o Həzrətin (s) əri Ühüd savaşında yaralanıb, sonra şəhid olan Ümmü Sələmə və Ubəydə ibn Harisin əri Bədr savaşında şəhid olmuş qızı Xuzəymə qızı Zeynəblə evlənməsi kimi. Bu himayənin sayəsində şəhidlərin uşaqları Peyğəmbər (s) kimi mehriban atanın nəvazişi altında heç bir narahatlıq və çatışmazlıq hiss etmədən böyüyüb boya-başa çatırdılar.57

5. Həzrət Rəsulullahın (s) qadınlarından biri Ümmü Həbibə, ya Rəmlə (Əbu Süfyanın qızı) idi. O, Əbu Süfyanın qüdrətli vaxtında atasından ayrılıb İslamı qəbul etdi və sonra Əbdullah ibn Cəhş Əsədinin həyat yoldaşı oldu. Sonra onunla birlikdə hicrət edən karvanla Həbəşistana getdi. Əri Həbəşistanda xaçpərəstlərin tə`siri altına düşdü və məsihi oldu. Amma Ümmü Həbibə xaçpərəstliyi qəbul etmədiyi üçün əri onu tənha qoydu. Ümmü Həbibə nə Həbəşistanda qala bilir və nə də Məkkəyə qayıda bilərdi. Çünki Peyğəmbər (s) Mədinəyə mühacirət etmişdi və Əbu Süfyan da ona o vaxt Məkkədə qalmağa icazə verərdi ki, İslam dinindən uzaqlaşsın. Ancaq o İslamdan uzaqlaşmağa heç vaxt razı olmazdı. Peyğəmbər (s) onun yolunda təhlükə ilə qarşılaşan ismətli qadını xoşbəxt etmək üçün ondan elçilik etdi və halbuki o hələ də Həbəşistanda idi. Bu evlənmə çox gizlin şəkildə baş verdi. Həbəşistanın padşahı Nəcaşi şəxsən özü həzrət Məhəmməd (s) tərəfindən onun əqdin (nikahın) oxudu və məhriyyəsin də verdi. Sonra o, hicrətin yeddinci ilində mühacirlərlə birlikdə Mədinəyə gəldi.

6. Peyğəmbərin (s) Zəm`ənin qızı Sudə ilə evlənməsi buna görə idi ki, o əri ilə birgə Həbəşistana mühacirət etdikdən sonra əri orada dünyasını dəyişdi. Peyğəmbər (s) bu qadının özünü bədbəxt və ailəsinin dağılmış hiss etməməsi üçün onunla evləndi.

7. Peyğəmbərin (s) Cuvəyriyyə ilə evlənməsi onun özünün təklifi ilə oldu. Cuvəyriyyə bəni-Müstəliq qəbiləsindən olduğu üçün bu evlənmənin sayəsində bəni-Müstəliqlə döyüşdə əsir düşmüş müsəlmanlar azad oldular. Bu evlənmə həmin qəbilənin İslamı qəbul etməsi üçün yaxşı bir amil oldu. Peyğəmbərin (s) Xədicə (ə) ilə evlənməsi barəsində sonra söz açacağıq.

Peyğəmbərin (s) qadınlarının hər birisinin gildən, sadə şəkildə düzəlmiş bir evi var idi və onlar o evlərdə yaşayırdılar. Həzrət Peyğəmbərin (s) həyat tərzi bu idi. Halbuki Allahdan xəbərsiz olan düşmənlər Peyğəmbərin (s) “Hərəmsəra”sı barədə çox çirkin və əsassız sözlər deyirlər. Alimlərdən biri deyir: “Mən hər zaman Məhəmmədin (s) evini və yaşayışını xatırlayanda, cavanlığını və ən yaxşı dövranını qırx, altımış beş yaşlı qadınlarla və əldən düşmüş Həfsə, Ümmü Sələmə və Xuzəymə qızı Zeynəb kimi uşaqlı qocalarla keçirməsi, gildən olan evi və sadə yeməyi yadıma düşür və təəssüflənməyə bilmirəm. Məhəmmədin (s) onlardan da yaxşı qadınları və yaşayışı ola bilərdi. Qərb yazıçılarının həzrət Məhəmmədin (s) əməlləri və hərəmxanası barəsindəki sözlərini oxuyanda utandığımdan pərişan olmaya bilmirəm. Bir insan, hətta yazıçı da olsa, nə qədər özünü alçalda bilərmiş ki, belə çirkin niyyətlərə xatir, insaniyyətin fəxri və tarixin sərmayəsi olan, həqiqətən gözəl simanı belə bir çirkinlik və ismətsizliyə bulaşdırsın”.58



: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular
uygulama -> İBRƏt güZGÜSÜ


1   ...   5   6   7   8   9   10   11   12   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə