İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi


GİRİFTARÇILIĞIN ƏN MÜHÜM AMİLİ VƏ YAXUD İMTAHAN



Yüklə 0,99 Mb.
səhifə5/33
tarix07.01.2017
ölçüsü0,99 Mb.
#4729
1   2   3   4   5   6   7   8   9   ...   33

GİRİFTARÇILIĞIN ƏN MÜHÜM AMİLİ VƏ YAXUD İMTAHAN


Giriftarçılığın səbəbləri arasında hamını əhatə edən və ən mühümü, imtahan və sınaq amilidir. Allah-təala hətta peyğəmbərləri də (onların mə`nəvi dərəcələrinə görə) imtahan edir. Heç kim bu qanundan istisna olunmur. İmtahanın yolları çoxdur. “Ənbiya” surəsinin 35-ci ayəsində buyurulur: “Biz sizi xeyir və şərlə sınağa çəkərik”.

Beləliklə, insan hər cür xeyir və şərlə imtahan olunur. Bə`zi rəvayətlərdə hamıya aid edilən fitnə (imtahan) on hissəyə bölünür:

Doğru yoldan azmaqla imtahan.

Sınaq imtahanı.

Dəlil və höccət imtahanı.

Şirk imtahanı.

Küfr imtahanı.

Odda yanmaqla imtahan.

Əzabla imtahan.

Ölməklə imtahan.

Haqq yoldan saxlanmaqla imtahan.

Şiddətli giriftarçılıqla imtahan.

Bə`ziləri məhəbbətlə imtahanı da bunlara əlavə edirlər.20

Yuxarıda göstərilənlərlə çox imtahan olunduğuna görə, insanların ehtiyatlı olması üçün onlar təkrar-təkrar xatırladılır. İmam Əli (ə) buyurur: “Fitnələr qabağa gələndə az yaşlı dəvə balası kimi olun. Onun nə möhkəm beli olur ki, minələr və nə də sağmaq üçün döşləri olur”.21 İmam (ə) bu sözləri o zaman buyururdu ki, iki azğın dəstə bir-biri ilə döyüşə başlamışdır. O həzrət demək istəyir ki, ehtiyatlı olun. Bu fitnə öz məqsədləri üçün nə sizə minsin və nə də mali imkanlarınızdan özləri üçün istifadə etsin. Yoxsa, əgər döyüşən tərəflərdən biri haqq olsaydı, ona kömək etmək vacib olardı.22


BƏLALAR MÜQABİLİNDƏ SƏBİR


Bundan əvvəl deyildiyi kimi, bəlalar dünyanı əhatə edib. Hər kəsin bir cür giriftarçılığı və bu giriftarçılıqların hər birisinin öz səbəbləri var. Onlardan ən mühümü bu yarış meydanında kimin qalib gəlməsini müəyyənləşdirən imtahan və sınaqdır. İndi isə digər bir amilə diqqət yetirək. Bu, acı hadisələr və bəlalara səbir etməkdir. Gərək insan bəlalar qarşısında son həddə qədər dözüb, səbir və müqavimət göstərməklə mümkün olmayanları reallaşdırıb, Allah fərmanına təslim olsun.

Bir çeşmə ayrıldı qayadan düzə,

Qəfildən bir daşla gəldi üz-üzə.

Həlimliklə belə söylədi daşa:

Yol ver, qoy yolumu mən vurum başa.

Qəlbi qara daş qaldırıb səsini,

Dedi: Uzaq dayan, kəsərəm nəfəsini.

Sellər tərpətməmiş məni yerimdən,

Sənin qarşındanmı qaçmalıyam mən?!

Bu sözlər çeşməni razı salmadı,

Təkan vurdu daş yerində qalmadı.

Çalışdı-vuruşdu, durmadı bir an,

Ötüb-keçdi daşdan, yol oldu asan.

Zəhmətlə çatarsan hər bir istəyə,

Atdığın ox çətin ki, daşa dəyə.

Get tər axıt, üzülməsin ümidin

Qisməti ölümdür hər naümidin.

Bil, işdə olarsa səbirin, dözümün,

Çətinliklər asan olası bir gün.

Qur`ani-məciddə yüz dəfədən çox müxtəlif tə`birlərlə səbir və müqavimətli olmaq barəsində söz açılır. Ancaq səbir, əlini əlinin üstünə qoyub, gözləmək deyil. Əksinə, səbir lüğətdə bir işi yerinə yetirmək və onu davam etdirmək üçün polad kimi iradəli olmaq və qəlbin əzmkarlığı mə`nasındadır. Səbir və müqavimət təkcə insanın ruhiyyəsinin aşağı enməsinin qarşısını almır. Əksinə, insanın ruhiyyəsini neçə dəfə yüksəldir. Eləcə də cəbhədə düşmən qarşısında səbir barəsində Qur`anda buyurulur: “Əgər içərinizdə iyirmi səbirli və müqavimətli kişi olsa, iki yüz kafirə qalib gələr”.23

“Ali-İmran” surəsinin 200-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Səbir edin. Düşmənlərin müqaviməti müqabilində də dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”

Mütəal Allah bu ayədə qələbəyə olan ümidi dörd şeydə bilir:

Nəfs istəkləri və meylləri, çətinliklər və bəlalar müqabilində səbir və müqavimət.

Düşmən qarşısında səbir və müqavimət.

Sərhəd keşiyində səbir və müqavimət (bu, istər müsəlman məntəqələrinin sərhədi olsun, istərsə də siyasət və İslam mədəniyyətinin).

Hər bir şeyin əsası olan pərhizkarlıq və paklıqdakı (iffətdəki) səbir.

Qur`anda belə bir tə`birlər də var ki, “Allah səbir edənlərlədir”24 və “Allah səbir edənləri sevər”.25 Qur`anda dörd yerdə buyurulur ki, insanı hidayət edən ibrətamiz dərslər, çox şükür və səbir edən kəslər üçün haqq və xeyir əlamətidir.26 “Məhəmməd” surəsinin 31-ci ayəsində buyurulur: “Biz içərinizdəki mücahidləri və səbir edənləri ayırd etmək üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri də yoxlayacağıq (kimin həqiqi, kimin yalançı olub şayiə yaydığı və nifaq üzündən (məqsədilə) söz danışdığı üzə çıxsın)”.

Talutun macərasında, Həzrət Samuel Peyğəmbər (ə) tərəfindən təyin edilən güclü və şücaətli bir kişi az bir dəstə ilə zəmanənin zalım diktatoru Calutun hər cəhətdən döyüşə hazır vəziyyətdə olan ordusunun qarşısında durdu. Görürük ki, Talut az adamla Calutla döyüşə gedəndə onun tərəfdarları bütün varlıqları ilə dedilər: “Pərvərdigara, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”27

Həmin böyük ruh yüksəkliyi ilə Calutun hər cəhətdən döyüşə hazır olan ordusunu məğlub etdilər. Bu zaman (Davud adlı) yeniyetmə cavan Talutun qoşununda idi. Ordu cəbhənin ön xəttinə çatanda, o, əlindəki sapandla çox məharətlə Caluta tərəf bir-iki daş atdı. Daş Calutun alnından dəyərək onu yerə yıxdı. Calutun ordusu qorxuya düşüb, bir neçə itki verdikdən sonra qaçmağa başladı və bəni–İsrail qövmü qalib gəldi.28

Bəli, səbir və müqavimət belə bir mö`cüzə yarada bilir. Müşkül görünən işləri həyata keçirir və mümkün olmayanları da mümkün edir.


SƏBİRİN NÖVLƏRİ


Əxlaq alimlərinin buyuruqlarında səbir və dözüm üç hissəyə bölünür:

1. Günahlar müqabilində səbir.

2. İtaətdə səbir.

3. Bəlaların və zəmanənin acı hadisələri müqabilində səbir.

Əgər bunların hər üçü birlikdə olsa, insan ən çətin hadisələrlə belə üzləşsə də hər cür iztirab və nigarançılığı özündən uzaqlaşdırar, təskinlik tapa bilər. Birinci səbir, “cihade əkbər” (ən böyük cihad) kimi tə`bir olunur və digər səbirlərin bünövrəsi sayılır. Ötən fəsildə qeyd olunduğu kimi “Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: “Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” – deyirlər”.

Bu ayə Həzrət Əlinin (ə) buyurduğu kimi iki mətləbi bəyan edir:

1. Bizim hamımız Allahdanıq və bunu e`tiraf edirik.

2. E`tiraf edirik ki, biz Allaha tərəf qayıdacağıq.29

Yə`ni Allah qarşısında öz bəndəlik və təslim olmağımız gərək unudulmasın. Biz Allahın müqabilində bir şey deyilik. O hər nə istəsə, biz də onu bəyənməliyik. Baba Tahir deyir:

Kimisi dərd, kimisi dərman bəyəndi,

Kimi vüsal, kimi hicran bəyəndi.

Mənsə bəyənilənlər arasından,

Onu bəyəndim ki, canan bəyəndi.

“İsterca`” ayəsi kimi tanınmış bu ayədən istifadə edib, öz ruhiyyəmizi gücləndirək. “Bəqərə” surəsində iki yerdə (45-ci və 153-cü ayələrdə) buyurulur: “(Müsibət vaxtı) Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin”.

Namaz Allahla rabitə qurmaq üçün ən yaxşı vasitədir. Əgər bu rabitə kamil şəkildə yerinə yetirilsə, səbir və dözümlə birlikdə olsa, şübhəsiz hər cür acılıqları şirin edər. Bu sifarişlər kişi ilə qadına şamil edilsə də, “Əhzab” surəsində qadınlar barəsində xüsusi şəkildə söz açılır: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö`min kişilər və qadınlar, Allaha pərəstiş edən kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar, səbirli30 kişilər və qadınlar, Haqq qarşısında müt`i və təvazökar olan (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən və oruc tutan kişilər və qadınlar, iffətli (namuslu) kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin