Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə25/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   21   22   23   24   25   26   27   28   ...   321
Seçilmiş əsərləri X 
133 
niz. A kişi, iyirmi beş min nə puldu axı indiki zamana üçün?! 
Bir halda ki, pulun qiyməti infilyasiya ilə ayaqlaşa bilmir. Sa-
bah sənin o pulun bugünün iki manat yarımına bərabər olacaq. 
Bu puldu? Əlişka, bala, İnam bəyin nə qədər hazır mənzili var 
ki, minlərlə ailə qurana paylasın?! Mənzil gərək tikilə ki, pay-
lana da. Bəlkə heç tikilmədi. Onda necə olsun?» Tərişə tərs-
tərs baxıb tövsiyə etdi ki, uşağı yoldan çıxarmasın. Pul qazan-
maq istəyən elə burda da qazanar. Odur e, küçənin o başından 
al, bu başında üstünə iki, üç manat qoy, sat.
Təriş, görünür, təslim olmaq istəmirdi. Buna görə də:
– Ay ana, – dedi, – iki, üç manatla nə qazana bilərsən. Bir 
halda ki, revizor, patrul, yer yiyəsi, milis, nə bilim, kim, kim… 
biri gedir, biri gəlir. Elə qazandığın onlara gedəcək də. Sənə nə 
qalacaq? Aldım qoz, satdım qoz.
Sovet dövrü olsaydı, Sadəgül xala Tərişin höcətinə döz-
məzdi. Amma neyləsin ki, inidi demokratiya idi. Demokratiya 
– yəni ailədə höcətbazlıq.
Amma o hələ son akkordu vurmamışdı və buna görə də 
səsinə bir qədər amiranə ton verib davam etdi:
– Ölkəmizin, müstəqilliyimizin, demokratiyamızın taleyi 
təhlükədədir. Bizi bu vəziyyətdən çıxarsa, prezidentimiz çıxa-
racaq. Başqası yox. Çünki o başına döndüyüm böyük siyasət-
çidir, dövlət idarəçiliyində böyük təcrübəsi var. Cavan bir döv-
lətə hökmən təcrübəli, müdrik bir ağsaqqal rəhbərlik etməlidir. 
O elə nüfuz sahibi olmalıdır ki, qocalara oğul, gənclərə ata 
olsun.
Sadəgül xalanın nitqinin bu yerində küncdəki köhnə kres-
loda oturub gəlinciyi ilə oynayan iki yaşlı Aytən yerindən qal-
xıb ailənin yığışdığı stola tərəf qaçdı. Pəncələri üstə qalxıb gə-
linciyi oturaq vəziyyətdə düz ortalıqdakı stolun üstünə çaxdı və 
qaçıb otaqdan çıxdı. Hamı öz fikri ilə məşğul idi və Aytənin bu 
jesti əvvəlcə heç kimin diqqətini cəlb etmədi.
Nəcəf kişi arvadının məruzəsinə əvvəlki kimi yenə valeh 
olmuşdu. Sadəgül doğrudan da mahir natiq idi. Hələ kolxoz 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin