Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə27/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   23   24   25   26   27   28   29   30   ...   321
Seçilmiş əsərləri X 
135 
 
 
QANLI LALƏ 
 
Planetə bahar gəlirdi. Təbiət bütün yaşılını, bütün alını 
dağına, bağına, düzünə tökmüşdü. Yalnız hərb meydanları – 
dünyanın yaraları hələ də sızlayır, hələ də tüstüləyirdi. Əskər – 
səngər; qoşa doğulmuşdu bu sözlər onların dilində. O belə ke-
çirmişdi ötən ili də. Yazın nəfəsini duya-duya, inana bilməmiş-
di, dünyaya yaz gəlib. Hərbin tüstüləri arxasında çox axtarmış, 
görə bilməmişdi baharın yamyaşıl örpəyini, al-qırmızı yanağı-
nı. Bu gün də yadına Yasəmən düşmüşdü, bahar düşmüşdü, la-
lə düşmüşdü. Bir də Yasəmənin yanaqları düşmüşdü yadına. 
Könlünə düşmüşdü ki, bu torpaq barrikadanın hürgücləri üzə-
rinə qalxsın, qamətini şax tutub ətrafı seyrə dalsın, ayın-arxayın 
gərnəşsin. Bu fikirlə də qalxmışdı ki, səngər yoldaşı Əhməd 
ətəyindən dartıb onu çökməyə məcbur etdi:
– Səfeh oğlu, səfeh, başın üstündə ağırlıq edir?
Yox, o daha gizlənə bilməzdi. O daha bu məzar sükutuna, 
bu məzar dincliyinə göz yuma bilməzdi. Uzaqda, lap uzaqda
bəlkə də düşmən səngərinə yaxın yerdə gözunə qırmızı dəymiş-
di. Deyəsən çiçək idi. Hə, hə – lalə. «O lalədir. Əgər Yasəmən 
bilsə ki, bu, döyüş meydanından dərilib, əgər bilsə… Əhməd, 
heç bilirsən bu nə deməkdir?! O deməkdir ki, müharibə yox-
dur, hərb meydanları çiçək bitirib. Yasəmən bilsə… Anam bil-
sə…» Əhməd, başını aşağı saldı: «Lazım deyil, oğlan, qoy bir 
qədər nigaran qalsınlar. Başın ki salamatdır». –Gedəcəyəm, – 
dedi əskər. Bir göz qırpımında özünü səngərdən bayıra atdı. 
Əhməd heyrət və vahimə ilə içini çəkdi. Səngərdən ehtiyatla 
boylanıb gedənin ardınca baxdı. «Aha, yaxınlaşır. Bir az da, bir 
az da… Deyəsən üzdü laləni».
– Ah, səfeh! – Əhməd ikiəlli dizinə çırpıb, səngərə çökdü.
Nagahan bir sıçrayışla qalxıb geri atılan əskəri duşmən 
seçməsi biçmişdi. İndi neyləmək olardı?! Əhməd qalxıb kömə-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin