Hava nəQLİyyati vasiTƏLƏRİNİn siğortasinin



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
tarix30.11.2016
ölçüsü180,6 Kb.
#519

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

HAVA NƏQLİYYATI VASİTƏLƏRİNİN SIĞORTASININ  

ƏSAS QAYDALARI 

 

 



 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                                                                                                    

 

 

Bakı 2012 

 


 

 

Səhifə 2 

 

1. ƏSAS MÜDDƏALAR 

 

1.1. 



Hazırki  qaydalarla  hava  nəqliyyatı  vasitələri  kimi  sərnişin  və  nəqliyyat  təyyarələri 

və vertolyotları, xüsusi təyinatlı uçan aparatla və həmçinin, planerlər, deltaplanlar, 

dirijabllar  və  sairləri  başa  düşülür.  Qaydaların  mətnində  hava  nəqliyyat 

vasitələrinin bütün tipləri «hava gəmiləri» adlandırılırlar. 

1.2. 

“Buta  Sığorta”  Açıq  Səhmdar  Cəmiyyəti  (daha  sonra  Sığortaçı  adlandırılacaq) 



hazırki  Qaydaların  şərtləri  əsasında  Azərbaycan  hava  gəmilərinin  mülkiyyətçiləri 

və/və  ya  istismarçıları  olan  yerli  və  xarici  hüquqi  və  fiziki  şəxslərlə  (daha  sonra 

Sığortalı  adlandırılacaq)  müəyyən  təsadüfi  hadisələr  -  sığorta  halları  baş  verərkən 

onların  mülkiyyət  maraqlarının  müdafiə  edilməsi  barədə  sığorta  müqavilələri 

bağlayır.  

1.3. 


Sığorta  obyekti  Sığortalının  hava  gəmisinin  xüsusi  mülkiyyətdə  saxlanılması, 

istifadəsi,  onun  barəsində  sərəncam  verilməsi  ilə  əlaqədər  olan,  Azərbaycan 

Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeyidir.  

1.4.


 

Sığortaçının hər hansı ödəniş edilməsi üzrə öhdəliklərinin yaranmasının əsas şərtləri 

uçuş – texniki və xidmət heyəti tərəfindən hava gəmisinin aeronaviqasiyası, texniki 

istismarı  və  ona  xidmət  göstərilməsinə  olan  tələblərin  ğözlənilməsi,  və  həmçinin, 

səlahiyyətli  təşkilatların  istənilən  vəzifəli  şəxslərinin  hava  gəmisinin  təhlükəsiz 

istismarı  və  havada  hərəkətin  icra  edilməsinə  aid  olan  göstərişlərinin  yerinə 

yetirilməsidir. 

1.5.


 

Hazırkı  Qaydalar  üzrə  sığorta  növü  sığorta  obyektinə  görə  əmlak  sığortasına  aid 

olan hava nəqliyyatı vasitələrinin sığortası sinfinə daxildir. 

1.6.


 

Hazırki  Qaydalara  müvafiq  olaraq  sığorta  predmeti  sığorta  müqaviləsi  üzrə 

sığortalanan hava nəqliyyatı vasitələridir. 

Sığortalı hər  bir uçuşa istismar üçün  yararlı olan saz hava gəmisinin buraxılmasını 

təmin  etməli,  və  həmçinin,  sistematik  olaraq  hava  gəmisinə  aid  olan  və  qüvvədə 

olan qaydalara görə tələb edilən  bütün zəruri sənədləri hazırlamalı və Sığortaçının 

tələbi ilə bu sənədləri Sığortaçıya (Sığortaçının nümayəndəsinə) təqdim etməlidir. 

 

2. İZAHLAR 

«Hava  gəmisinin  qəza  təmiri»  -  istismarın  normal  şərtləri  üçün  normativ  –  texniki 

sənədlərdə  nəzərdə  tutulmamış  xarici  təsirlərin  (qəfil  hadisənin)  nəticəsində 

zədələndikdən  sonra  hava  gəmisinin  aqreqat  və  ya  tərkib  hissələrinin  sazlığının  bərpa 

edilməsi üçün yerinə yetirilən plandan kənar təmir. 

«Aqreqat»  -  hava  gəmisinin  tərkib  hissəsidir,  bilavasitə  bu  hissə  üçün  müəyyən  edilmiş 

təmirlərarası  resursa  malikdir  və  bu  hissə  üçün  ayrıca  pasport  və  ya  formulyar  tərtib 

edilmişdir. Hava gəmisinin mühərriki bir aqreqat sayılır.  


 

 

Səhifə 3 

 

«Uçuş  müddəti»  -  icra  startı  zamanı  mühərrikin  gücünün  artırılmasının  başlanmasından 



enmə zaman qaçışın dayanmasına qədər olan vaxt müddətidir.  

«İnkar» - obyektin işlək vəziyyətinin pozulmasından ibarət olan hissədir. 

«Qəfil hadisə» - hava gəmisinin istismarı zamanı baş verən hadisə və ya elə şərtlərin təkrar 

yaranmasıdır ki, bunlar ziyanın vurulmasına (hava gəmisinə, insana, hüquqi şəxsə) gətirib 

çıxarır və ya hava gəmisinin normal idarə edilməsini qeyri – mümkün edir. 

«Yerdə sürmə» - hava gəmisinin uçuş sahəsi üzrə öz mühərrikinin dartı qüvvəsi hesabına 

dayanacaqdan icra startına və ya qaçış başa çatdıqdan sonra dayanacağa daxil olmaq üçün 

hərəkətdir. 

«Sığorta  riski»  -  nəzərdə  tutulan  elə  hadisədir  ki,  bu  hadisə  baş  verdiyi  hal  üçün  hava 

gəmisi sığorta edilir. 

 

3. SIĞORTA RİSKLƏRİ VƏ SIĞORTA TƏMİNATI NÖVLƏRİ 

 

3.1. 


Sığortaçı,  nəticəsi  hava  gəmisinin  məhv  olması,  xəbərsiz  itməsi  və  ya  zədələnməsi 

olan gözlənilməz (təsadüfi) hadisənin Sığortalıya ziyan vurması riskini sığortalanma 

üçün qəbul edir. 

Risklərin sığortalanması. İstismarın ayrıca seçilmiş dövrləri üçün – uçuşda (A), yerdə 

sükanla  idarə  edərkən  (V),  və  ya  dayanacaqda  olduqda,  suda  üzərkən  (S),  və 

həmçinin, bunların hər hansı kombinasiyası üçün icra edilir. 

3.2. 


Sığortaçı,  hazırkı  Qaydalarda  və  qüvvədə  olan  qanunvericilikdə  nəzərdə  tutulmuş 

hadisələr  istisna  edilməklə,  sığorta  müqaviləsinin  qüvvədə  olma  müddətində  baş 

verən bütun sığorta halları üçün məsuliyyət daşıyır. Sığorta müqaviləsi iki və daha 

çox hava gəmisinin sığortalanmasını nəzərdə tuta bilər, bu halda hazırkı Qaydaların 

müddəaları hər bir hava gəmsinə ayrı – ayrılıqda tətbiq edilir.  

3.3. 


Standart sığorta əhatəsi ilə aşağıdakı 3.4 və 3.5 bəndlərində göstərilən uçuşlar istisna 

edilməklə,  hava  gəmisinin  təyinatına  müvafiq  olaraq  sərnişinlərin,  yükün,  baqajın 

və  poçtun  daşınması  üçün  icazə  verilmiş  marşrutlarla  hava  gəmisinin  uçuşu  ilə 

əlaqədar  olan  hadisələr  üzrə  Sığortaçının  məsuliyyəti  müəyyən  edilir.  Bu  sığorta 

əhatəsi, həmçinin, Sığortalı tərəfindən uçuş istismarı üzrə Rəhbərlik vəsaitinin (UİR) 

tələblərinin  gözlənilməsi  və  Sığortaçının  razılığının  alınması  şərti  daxilində,  hava 

gəmisinin  zədələnməsindən  sonra  təmir  müəssisəsinə  aparılması  və  ya  yerləşdiyi 

aerodroma sürülməsi hallarına da aid edilir. 

3.4. 

Əlavə  sığorta  əhatəsi,  hava  gəmisinin  xüsusi  proqramlar  üzrə,  xüsusən:  sınaq 



uçuşları, rekord əldə etmək üçün icra edilən uçuşlar, aviasiya texnikasının nümayişi, 

uçuş  heyətinin  öyrədilməsi,  patrul  vəzifələrinin  yerinə  yetirilməsi,  yanğınlarla 

mübarizə,  hava  gəmisindən  nəyinsə  səpilməsi  və  digər  yüksək  riskə  malik  olan 

proqramların  yerinə  yetirilməsi  ilə  əlaqədar  olan  hadisələr  üzrə  Sığortaçının 

məsuliyyətini müəyyən edir. 


 

 

Səhifə 4 

 

 

Əlavə  sığorta  əhatəsi  əlavə  mükafat  hesabına  təmin  edilir  və  Şəhadətnaməyə  buna 



müvafiq yazı əlavə edilir. 

3.5. 


Sığortanın  xüsusi  şərtləri  (əsas  şərtlərə  əlavə  olaraq)  müharibə,  qaçırma  və  digər 

aviasiya  təhlükələri  (müddəa  –  AVN  48  B)  risklərinin,  radiasiya  və  radioaktiv 

çirklənmənin təsiri risklərinin (müddəa AVN – 38A), küyün, çirklənmənin və digər 

təhlükələrin  təsirinin  xaric  edilməsi  risklərinin  (müddəa  AVN.46B)  sığorta 

təminatını nəzərdə tuturlar ki, bunlar hazırki Qaydalara əsasən və əlavə şərtlər üzrə 

sığorta zamanı sığorta təminatına aid edilən risklərin siyahısından xaric edilmişdir. 

Hava  gəmisinin  sığortasının  xüsusi  şərtləri  Sığorta  Müqaviləsinin  xüsusi  şərtlərinə 

daxil edilir və Sığortaçının informasiya təminatının xüsusi rejimi üzrə qüvvədə olur.  

3.6. 

Konstruktiv  və  istehsal  defektləri,  heyətin  səhvləri  və  digər  səbəblər  üzündən  baş 



vermiş  aviasiya  mühərriklərinin  və  vertolyotlarının  baş  reduktorlarının,  hava 

gəmilərinin digər aqreqatlarının daxili zədələnməsi halı üçün ziyanın sığortalanması 

sığortanın  ayrı  –  ayrı  şərtləri  üzrə  yerinə  yetrilir  və  müstəqil  müqavilə  ilə 

rəsmiləşdirilir. 

 

4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA ŞƏRTLƏRİ 

 

4.1. 



Sığorta  məbləğinin  ölçüsü  Sığortalı  tərəfindən  hava  gəmisinin  sığorta  dəyəri  – 

müqavilə  bağlanan  zaman  onun  həqiqi  qiyməti  əsasında  muəyyən  edilir.  Nəzərdə 

tutulmuş  resursun  bir  hissəsini  işləmiş  hava  gəmisinin  sığorta  dəyəri  yeni  hava 

gəmisinin  qiymətinin  resursun  işlənməmiş  hissəsinə  mütənasib  olan  hissəsi  kimi 

hesablana bilər. 

4.2. 


Sığorta  müqaviləsində  göstərilən  sığorta  məbləği  sığorta  müqaviləsinin  qüvvədə 

olma müddəti ərzində baş vermiş bütün sığorta hadisələri üzrə əvəz kimi ödənilən 

məbləğin son həddini göstərir. 

4.3. 


Hava  gəmisinin  məhvi,  xəbərsiz  itkin  düşməsi,  itməsi  aşağıdakı  vəziyyətlərdə 

sığorta halı kimi qəbul edilir: 

a) 

baş  vermiş  hadisə  nəticəsində  hava  gəmisi  fiziki  olaraq  dağılmış  və  uçuş 



istismarı üçün tamamilə yararsız olmşdur (tam məhv olma) və ya bu gəminin 

qəza  təmiri  texniki  cəhətdən  məqsədəuyğun  deyildir  (konstruktiv  məhv 

olma);  

b) 


hava  gəmisi  plana  uyğun  olaraq  sığorta  müqaviləsinin  qüvvədə  olma 

müddətində havaya qalxdıqdan sonra təyinat məntəqəsinə gəlməmişdir və 60 

gün  ərzində  onun  axtarılması  üzrə  görülən  tədbirlər  nəticə  verməmişdir  və 

ya axtarışlar rəsmi olaraq bu müddətdən əvvəl kəsilmişdir; 



 

 

Səhifə 5 

 

c) 


hava  gəmisinin  itirilməsi  bu  gəminin  çətin  əldə  edilə  bilən  və  onun 

boşaldılması  üçün  yararsız  olan  yerə  məcburi  olaraq  enməsi  nəticisində  baş 

vermişdir. 

Qeyd: hava gəmisinin xəbərsiz itkin düşməsi zamanı və onun itrilməsi zamanı dəyən 

ziyan hava gəmisinin məhv olmasından dəyən ziyana bərabər tutulur. 

4.4. 


Hava  gəmisinin  zədələnməsi  –  konstruksiyanın  tamlığının  pozulması  və  ya  hava 

gəmisinin  elementlərinin  deformasiyası  sığorta  halı  kimi  o  zaman  qəbul  edilir  ki, 

zədələnmə nəyinsə birdəfəlik təsiri nəticəsində baş versin və zədələnmə nəticəsində 

hava gəmisinin iş qabiliyyəti (uçuş yararlılığı) itirilmiş olsun.  



İstisna:  hazırkı  qaydalar  ilə  aşağadakılar  sığorta  hadisəsinə  aid  edilmir  və  bu 

halda sığorta ödənişi verilmir: 

a) 


işçi  proseslər  və  müşaiyətedici  faktorlarla  (vibrasiya,  küy,  elektromaqnit 

maneələrlə  və  s.)  əlaqədar  olan  möhkəmliyin  azalması  səbəbindən  hava 

gəmisinin  ayrı  -  ayrı  aqreqatlarının  sıradan  çıxması,  əgər  bu  cür 

zədələnmələrin  və  sıradan  çıxmaların  səbəbləri  aqreqatların  daxilində 

lokallaşdırılmışdırsa; 

b) 


normal istismar şərtlərinin və toplanan və ya inkişaf edən xarakterli yüklərin 

(korroziya,  yorulma  çatları  və  layların  yaranması)  təsiri  ilə  əlaqədar  olaraq 

hava gəmisinin konstruksiyası elementlərinin zədələnməsi; 

c) 


mühərrikin  kompressorunun  pərlərinin,  xarici  örtük  elementlərinin  və  hava 

gəmisinin  digər  aqreqatlarının  yerli  zədələnmələri  (əzilmələr  və  deşilmələr), 

bir şərtlə ki, bunlar hava gəmisi ilə baş verən qeydə alınmış konkret hadisə ilə 

əlaqədar deyildirlər və uçuşdan sonrakı baxış zamanı və ya hava gəmisində 

reqlament işlərinin aparılması zamanı aşkar edilmişdir. 

Baxılan maddəyə qeyd: 

a) 

mühərrikin  qaz  –  hava  traktına  kənar  cisimlərin  düşməsi  nəticəsində 



kompressorun  pərlərinin  zədələnməsi,  bu  cür  zədələnmə  mühərrikin  uçuş 

zamanı  qeydə  alınmış  dayanmasının  səbəbi  olmuşdursa,  sığorta  halı  kimi 

nəzərdən keçirilir; 

b) 


əgər  yuxarıda  göstərilən  (a),  (b)  və  (c)  maddələrində  göstərilən  səbəblər 

nəticəsində  hava  gəmisi  məhv  olarsa,  və  ya  bu  səbəblər  ekstremal  vəziyyət 

doğurarsa və nəticədə hava gəmisinin hər hansı zədələnməsi baş verərsə bu 

cür hadisə sığorta halı kimi nəzərdən keçirilir. 



 

 

Səhifə 6 

 

4.5. 


Sığorta hadisəsi baş verdikdə, Sığortaçı öz seçimi əsasında Sığortalıya dəyən ziyanın 

konpensasiya edilməsi üsulunu müəyyən edir, yəni: 

a) 

sığorta əvəzini pul formasında ödəyir; 



b) 

Sığortalıya  əvəzləmə üçün  zədələnmiş  hava  gəmisinə  və  ya  aqreqata  analoji 

olan hava gəmisi və ya aqreqat verir; 

c) 


hava gəmisinin qəza təmirinin xərclərini ödəyir. 

4.6. 


Hava  gəmisinin  zədələnməsi  və  məcburən  enməsi  halında  avadanlığın  demontajı, 

nəql  etmə  və  təmir  üzrə  heç  bir  iş  Sığortaçının  icazəsi  olmadan  başlanmamalıdır, 

burada  heyətin  və  sərnişinlərin  təhlükəsizliyinin  təmin  edilməsi,  hava  gəmisinin 

daha da zədələnməsinin qarşısının alınması üçün zəruri olan hallar, və ya müvafiq 

idarə orqanlarının qanuni əmr və göstərişlərinin yerinə yetirilməsi ilə əlaqədar olan 

hallar istisna təşkil edir. 

4.7. 

Hava  gəmisinin  uçuşda  zədələnməsi  ilə  əlaqədar  olaraq  məcburən  yerə  enməsi 



halında  Sığortaçı,  Sığortalının  xilasetmə  işlərinə,  bu  gəminin  təhlükəsizliyinin  və 

saxlanılmasının təmin edilməsinə, hər hansı nəqliyyat vasitəsilə ən yaxın aerodroma 

köçürülməsinə  zəruri  olaraq  çəkdiyi  xəcləri,  sığorta  müqaviləsində  başqa  cür 

nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 10% - nə qədər olan həcmdə ödəyir. 

4.8. 

Sığortaçı,  hava  gəmisinin  sığorta  hadisəsindən  əvvəlki  texniki  vəziyyətinə  və 



dəstləşdirmə  səviyyəsinə  qədər  bərpa  edilməsi  üçün  zəruri  olan  həcmdə, 

Sığortalının hava gəmisinin təmirinə çəkdiyi xərcləri ödəyəcəkdir. 

Əgər  sığorta  hadisəsi  üzrə  qəza  təmiri  hər  hansı  planlı  tədbirlə  (əsaslı  təmir  və  ya 

texniki xidmət) üst – üstə düşürsə və ya birləşdirilirsə, xərclərin bu təmirin aparılan 

plan tədbirləri çərçivəsindən xaricə çıxan hissəsi üçün əvəz ödənilir. 

4.9. 


Sığortaçı Sığortalının faktiki xərclərini ödəyir və ya hava gəmisinin qəza təmiri üzrə 

müqaviləyə uyğun olaraq xəclərin bir hissəsinin ödənilməsi üzrə təmir müəssisəsinə 

təminat verir, bu zaman Sığortaçı ilə digər şərt razılaşdırılmışdırsa: 

a) 


hava gəmisinin qəza təmirinə çəkilən xərclər, onun təmirlərarası resursunun 

bərpa edilməsi ilə əlaqədar olmayan hissədə, tam həcmdə əvəz kimi ödənilir; 

b) 

texniki sənədlərə görə müəyyən təmirlərarası resursa malik olan aqreqatların 



əvəz  edilməsi  və  ya  təmirini  çəkilən  xərclər,  bu  aqreqatların  təmirlərarası 

resurs  həddi  daxilində  zədələnməsinə  qədər  işlənməmiş  vaxta  müvafiq 

olaraq əvəz kimi ödənilir; 

c) 


nəqliyyat  xərcləri  –  işçilərin,  materialların  və  aqreqatların  qəzaya  uğramış 

hava  gəmisinin  yerləşdiyi  yerə  çatdırılmasının,  hava  gəmisinin  hadisə 



 

 

Səhifə 7 

 

yerindən  baza  aerodromuna  uçmasının  xərcləri  o  zaman  ödənilir  ki,  onlar 



məqsədəuyğun olsunlar və ən qənaətcil yolla yerinə yetirilsinlər, və həmçinin 

4.7  bəndində  göstərilən  xərc  maddələri  ilə  birlikdə,  sığorta  müqaviləsində 

başqa  cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  məbləğinin  10%  hüdüdlarından 

kənara çıxmasınlar.  

4.10.  Sığorta ödənişinin ölçüsü. Əgər hava gəmisinin sığorta məbləği onun sığorta dəyərinə 

uyğundursa, resursun işlənməsi nəzərə alınmaqla, faktiki xərclər üzrə ödənilir.  

4.11.  Əgər sığorta məbləği hava gəmisinin  sığorta dəyərindən azdırsa, Sığortalıya dəyən 

faktiki ziyan sığorta məbləğinin sığorta dəyərinə olan nisbətə mütənasib olan hissəsi 

kimi  müəyyən  edilir.  Bu  zaman  sığorta  ödənişi  «Hava  gəmisinin  dəyərində 

aqreqatların  dəyərinin  xüsusi  çəkilərinin  cədvəlində»  müəyyən  edilmiş  ölçüdən 

artıq ola bilməz (cədvəl əlavə edilir). 

4.12.  Azadolmanın (şərtsiz) ölçüsü hər bir hava gəmisi üçün sığorta müqaviləsi ilə təyin 

edilir və bu zaman: 

a) 


azadolmanın ölçüsündən artıq olmayan ziyan üçün əvəz ödənilməməlidir; 

b) 


əgər  Sığortaçı  bir  neçə  sığorta  hadisəsi  üzrə  ödəniş  edirsə,  azadolma  hər  bir 

hal üzrə ziyanın məbləğindən çıxılır; 

c) 

hava  gəmisi  məhv  olduqda,  xəbərsiz  itkin  düşdükdə,  itdikdə  azadolma 



çıxılmır. 

4.13.  Hava  gəmisi  məhv  olduqda  və  xəbərsiz  itkin  düşdükdə,  Sığortaçı  sığorta  məbləği 

ölçüsündə  sığorta  ödənişi  ödəyir  və  ya  Sığortalıya  əvəz  etmək  üçün  digər  hava 

gəmisi verir. Bu halda: 

a) 

Sığortaçı  kompensasiya  kimi  hesabdan  silinmiş  hava  gəmisinin  və  onun 



istənilən  aqreqatlarının,  bütün  qeydiyyat  sənədləri  və  mülkiyyət  hüququ 

sənədləri ilə birlikdə mülkiyyətçisi olmaq hüququnu əldə edir; 

b) 

Sığortaçı tərəfindən əvəz etmək üçün təqdim edilən hava gəmisi eyni tipdən 



(modeldən)  və  eyni  istehsaldan  olmalıdır,  əvəz  edilən  hava  gəmisinin 

vəziyyətinə  (planer  və  mühərriklərin  resursu,  digər  istismar  –  texniki 

xarakteristikaları) yaxın olan vəziyyətdə olmalıdır. 

c) 


Əgər  Sığortaçı  siyahıdan  silinmiş  hava  gəmisinin  və  ya  onun  aqreqatlarının 

mülkiyyətçısi olmaq barədə qərar qəbul etmirsə, Sığortalı birtərəfli qaydada, 

Sığortaçının  xeyrinə,  qəzaya  uğramış  hava  gəmisindən  imtina  etmək 

hüququna malik deyildirsə, bu halda hava gəmisi Sığortalının mülkiyyətində 

qalır. 


 

 

Səhifə 8 

 

5. ÜMUMİ İSTİSNALAR 

5.1. 


Hava  gəmisinin  aşağıda  göstərilən  hallarda  olduğu  dövrdə  hadisə  baş  verdikdə 

sığorta müqaviləsi öz qüvvəsini itirir və sığorta ödənişi icra edilmir: 

a) 

qanunvericiliklə  qadağan  edilmiş  məqsədlər  üçün  və  ya  müqavilədə 



göstərilmiş məqsədlərdən fərqli olan məqsədlər üçün istifadə edilir; 

b) 


müqavilədə  göstərilən  coğrafi  hüdudlar  xaricində  yerləşir  və  bu  cür 

kənarlaşma  hava  gəmisinin  qəzası  və  fors    -  major  hadisələri  ilə  əlaqədar 

deyildir; 

c) 


səlahiyyəti  olmayan  və/və  ya  buna  hüququ  olmayan  şəxslər  tərəfindən 

uçuşda idarə edilir və ya yerdə idarə olunur; 

ç) 

istənilən  növ  nəqliyyatla  daşınır,  burada  sığorta  hadisəsi  nəticəsində 



zədələnmədən sonra daşınma istisna edilir; 

d) 


həmin  tipdən  olan  hava  gəmisinin  tələblərinə  uyğun  gəlməyən  aerodroma 

(meydançaya)  enir  və  ya  oradan  səmaya  qalxır,  bir  şərtlə  ki,  bu  hava 

gəmisinin qəzası və ya fors – major hadisəsi ilə əlaqədar deyildir; 

e) 


həddən  artıq  yüklənmişdir  –  sərnişinlərin  ümumi  sayı  baxılan  gəmi  üçün 

nəzərdə  tutulmuş  sərnişinlərin  maksimal  sayından  çoxdur  və/və  ya 

yüklənmənin  hədd  normaları  pozulmuşdur  və  ya  hava  gəmisinin 

mərkəzləşdirilməsi qaydası pozulmuşdur; 

ə) 

bilərəkdən  nasaz  halda  səmaya  qalxır,  burada  Uçuş  istismarı  üzrə 



Rəhbərliyin  buna  icazə  verdiyi  və  Sığortaçı  ilə  razılaşdırılmış  hal  istisna 

edilir. 


5.2. 

Standart  və  əlavə  sığorta  əhatələri  aşağadakılar  əsasında  istisna  edilən  risklərin 

sığorta əhatəsini nəzərdə tutmur: 

a) 


radiasiyanın  və  radioaktiv  çirklənmənin  təsirindən  yaranan  risklərin  xaric 

edilməsi haqqında müddəa – AVN. 38A (müddəa əlavə edilir); 

b) 

müharibə,  qaçırma  və  digər  aviasiya  təhlükələri  halında  risklərin  xaric 



edilməsi haqqında müddəa – AVN. 48B (müddəa əlavə edilir); 

c)  


küyün,  çirklənmənin  və  digər  təhlükələrin  təsirinin  xaric  edilməsi  barədə 

müddəa (AVN 46B). 

5.3. 

Bu  Qaydalarda  müəyyən  edilmiş  hər  hansı  məhdudiyyət  və  ya  məhdudiyyətlər 



tərəflərin razılığı ilə sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilə bilər. 

 

 

Səhifə 9 

 

6. SIĞORTA HAQQI VƏ ONUN VERİLMƏSİ QAYDASI 

6.1. 


Sığorta  haqları  Sığortalı  tərfindən  Sığortaçıya  sığorta  müqaviləsi  üzrə  sonuncunun 

qəbul etdiyi öhdəliklər üçün ödədiyi pul məbləği deməkdir.  

6.2. 

Sığorta  haqqının    ölçüsü  Sığortalı  tərəfindən  qüvvədə  olan  tarif  dərəcələri, 



müqavilənin  qüvvədə  olma  müddəti  və  digər  faktorlarla  müvafiq  olaraq  seçdiyi 

sığorta  şərtləri  əsasında  müəyyən  edilir.  Sığortaçı  sığorta  haqqının  ölçüsünü 

müəyyən  edir  və  Sığortalıya  müvafiq  məbləğdə  hesab  təqdim  edir  və  ödəniş 

müddətini göstərir. 

6.3. 

Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının 



ilk  hissəsinin  və  ya  tam  ödənilməsindən  sonra  qüvvəyə  minir.  Sığorta  haqqının 

ikinci və sonrakı hissələri vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün 

yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 

 

Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi 



bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 

6.4. 


Sığortalı  öz  tərəfindən  sığorta  haqlarının  ödənildiyini  sübut  edən  sənədləri 

saxlamalı və onları Sığortaçının tələbi ilə təqdim etməlidir. 

Əgər  sığorta  haqlarını  Sığortalının  tapşırıgı  ilə  başqa  bir  şəxs  ödəyirsə,  həmin  şəxs 

bununla əlaqədar olaraq Sığorta müqaviləsi üzrə heç bir hüquq əldə etmir. 

 

7. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI QAYDASI, QÜVVƏDƏOLMA 

MÜDDƏTİ VƏ ONA XİTAM VERİLMƏSİ 

7.1. 


Sığorta müqaviləsi Sığortalı və Sığortaçı arasındakı razılaşmadır və bu müqaviləyə 

görə Sığortaçı öhdəlik götürür ki, sığorta hadisəsi baş verdikdə sığorta ödənişi etsin, 

Sığortalı  isə  öhdəlik  götürür  ki,  müəyyən  edilmiş  müddətlərdə  sığorta  haqlarını 

(mükafatı) ödəsin. 

7.2. 

Müqavilə  Sığortalının  yazılı  ərizəsi  əsasında  bağlanır.  Bu  ərizə  Sığortaçının 



müəyyən  etdiyi  formada  tərtib  edilir  və  burada  əsas  məlumat  kimi  aşağıdakılar 

göstərilməlidir: 

- Sığortalının adı və hüquqi unvanı; 

-  Sığorta  edilən  hava  gəmisinin  siyahısı,  onların  bort  (qeydiyyat  və  zavod) 

nömrələri, buraxılış ili, və təyin edilmiş resursların işlənməsi; 

- muhərrikin nömrələri və onlardan hər birinin işlənməmiş resursu; 



 

 

Səhifə 10 

 

-  sığorta  şərtləri  (risklər,  hər  bir  hava  gəmisi  üzrə  sığorta  məbləği  və  sığorta 



müddəti); 

- uçuşların xarakteri və hava gəmisinin istismarının coğrafi rayonları; 

-  riskin  dərəcəsini  müəyyən  etmək  üçün  vacib  əhəmiyyət  kəsb  edən  digər 

məlumatlar. 

Sığorta  üçün  ərizə  hava  gəmisinin  mülkiyyətçisi  olan  müəssisənin  rəhbərləri  və  ya 

onun müvafiq səlahiyyətlərə malik olan nümayəndəsi tərəfindən imzalanmalıdır.  

7.3. 

Sığorta  müqaviləsi  tərəflər  arasında  razılaşdırılmış  istənilən  müddətə  bağlanır  və 



sığorta  Şəhadətnaməsinin  verilməsi  ilə  təsdiq  edilir.  Bu  Şəhadətnamə  Sığortaçı 

tərəfindən  imzalanır,  möhürlənir  və  Sığortalıya  göndərilir.  Sığorta  üçün  ərizə  və 

sığorta  haqqının  (mükafatın)  ödənilməsi  üçün  ödəniş  tapşırığı,  sığorta 

Şəhadətnaməsi və Sığortaçının hesabı hazırki qaydalarla birlikdə Sığorta Müqaviləsi 

sənədlərinin komplektini təşkil edir. 

7.4. 


Sığorta  muqaviləsi  (sığorta  təminatı)  Sığorta  Şəhadətnaməsində  göstərilmiş 

sığortanın  qüvvəyə  minmə  tarixində  saat  24:00-da  qüvvəyə  minir  və  göstərilmiş 

sığorta  təminatının  qüvvədən  düşmə  tarixində  saat  24:00-da  qüvvədən  düşmüş 

hesab edilir. 

7.5. 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  və  sığorta  hadisəsi  baş  verənə 



qədər Sığortalının hüququ vardır ki, öz qənaətinə görə Faydalanan şəxsi təyin etsin, 

Faydalanan şəxsi əvəz etsin və ya Faydalanan şəxs haqqında şərti ləğv etsin.  

Əgər hava gəmisi bir neçə şəxsin ümumi mülkiyyətinin predmetidirsə, bu halda bu 

cür şəxslər Faydalanan şəxs təyin edilə bilərlər, bu zaman Faydalanan şəxslər hava 

gəmisinə  olan  mülkiyyət  hüququndakı  öz  paylarına  müvafiq  olaraq  sığorta 

ödənişinin bir hissəsini (payı) əldə edirlər. 

7.6. 

Müqaviləyə  dəyişiklər  və  əlavələr  onun  qüvvədə  olma  müddəti  ərzində  yalnız 



tərəflərin razılığı ilə daxil edilə bilər və bunlar ikitərəfli sənədlərlə rəsmiləşdirilirlər. 

Vəziyyətdə və ya risklərin təbiətində əhəmiyyətli dəyişiklik baş verdikdə, ödənişin 

möhlət  müddəti  uzadıldıqda,  Sığortalı  bu  barədə  Sığortaçıya  dərhal  məlumat 

verməlidir,  və  bu  zaman  Sığortaçı,  birtərəfli  qaydada,  sığorta  haqqının  miqdarını 

artırmaq hüququna malikdir. 

7.7. 


Sığorta  müqaviləsinin  təsiri  hava  gəmisinin  zədələnməsi  halı  üçün  sığorta  əvəzi 

ödənildikdən sonra həmin hava gəmisinin uçuşa yararlı olmasının müəyyən edildiyi 

tarixdən  başlayaraq  davam  edir,  lakin  bu  hava  gəmisinə  münasibətdə  sığorta 

məbləği ödənişlərin məbləği qədər azalır. 



 

 

Səhifə 11 

 

7.8. 


Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

7.8.1.müqavilənin qüvvədə olma müddətinin başa çatması və ya Sığortaçı tərəfindən 

müqavilə  üzrə  Sığortalı  qarşısında  olan  bütün  öhdəliklərin  tam  həcmdə 

yerinə yetirilməsi; 

7.8.2.  Sığortalı  tərəfindən  sığorta  haqlarının  müqavilədə  müəyyən  edilmiş 

müddətdə ödənilməməsi; 

7.8.3.  hüquqi şəxs olan Sığortalının ləğv edilməsi,və ya fiziki şəxs olan Sığortalının 

ölümü,  sığorta  haqqında  Qanunda  və  hazırki  qaydalarda  nəzərdə  tutulmuş 

hallar istisna edilməklə; 

7.8.4.  Sığortaçının, Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən 

edilmiş  qaydada  ləğv  edildiyi  halda,  əgər  sığorta  portfeli  onun  tərəfindən 

başqa bir Sığortaçıya verilməmişdirsə; 

7.8.5.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda, 

məhkəmə  sığorta  müqaviləsinin  qeyri  –  həqiqi  olması  barədə  qərar 

çıxardıqda; 

7.8.6.  Həm Sığortaçının, həm də Sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlıq 

verməsi yolu ilə: 

7.8.6.1. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, 

Sığortaçı  çəkilmiş  xərclər  çıxılmaqla  müqavilənin  qurtarmamış  hissəsi  üçün 

sığorta  haqqını  ona  qaytarır;  əgər  bu  tələb  Sığortaçının  sığorta  qaydalarını 

pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır. 

7.8.6.2. Müqavilənin  Sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  olunması  halında, 

Sığortaçı  Sığortalının  sığorta  haqqlarını  bütünlükdə  qaytarır;  əgər  bu  tələb 

Sığortalının  sığorta  qaydalarını  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçı 

çəkilmiş  xərclər  çıxılmaqla  müqavilənin  qurtarmamış  hissəsi  üçün  sığorta 

haqqını qaytarır.  

7.8.6.3. Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam 

verilmə  anınadək  sığortaçı  tərəfindən  sığortalıya  ödənilmiş  sığorta  haqqına  

bərabər  və  ya  ondan  çox  miqdarda  sığorta  ödənişi  verilmişdirsə,  sığorta 

haqqı  sığortalıya qaytarılmır. 

7.8.6.4. Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam 

verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından  

az  miqdarda  sığorta  ödənişi  verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə 

sığorta  ödənişi  məbləği  arasındakı  fərq  miqdarında  sığorta  haqqının 

sığortalıya  qaytarılması  müvafiq  olaraq  bu  Qaydaların  7.8.6.1-ci  və  7.8.6.2-ci 

maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

7.8.7.  Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. 


 

 

Səhifə 12 

 

8. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

8.1. 


Sığorta  müqaviləsi  üzrə  tərəflərin  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının 

qüvvədə olan qanunvericiliyi ilə, hazırkı qaydalar və sığorta müqaviləsinin şərtləri 

ilə tənzim edilir.  

8.2. 


Sığortalının vəzifələri: 

a) 


Sığorta müqaviləsinin bütün şərtlərinin gözlənilməsi; 

b) 


Sığorta  müqaviləsi  bağlanarkən,  sığorta  riskini  qiymətləndirmək  üçün 

əhəmiyyət  kəsb edən və ona məlum olan təfərrüat barədə, və həmçinin,  hər 

bir  hava  gəmisinə  münasibətdə  bağlanmış  və  ya  bağlanan  bütün  sığorta 

müqavilələri barədə Sığortaçıya məlumat vermək

c) 

müqavilənin quvvədə olduğu müddətdə sığortalanmış əmlaka dəyən ziyanın 



qarşısını almaq və ya azaltmaq üçün bütun tədbirləri görmək; 

ç) 


sığorta haqqını vaxtında ödəmək. 

d) 


Sığorta  müqaviləsi  üzrə  hüquq  və  vəzifələr  Sığortalı  tərfindən  tam  və  ya 

qismən üçüncü tərəfə verilə bilməz, burada Sığortalının yazılı formada təsdiq 

edilmiş razılığı olduğu hal istisna təşkil edir. 

8.3. Sığortalının hüquqları: 

a) 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulan  qaydada 



sığorta müqaviləsinə xitam vermək; 

b) 


Sığorta  müqaviləsini  (Sığorta  Səhadətnaməsini)  itirdiyi  halda  onun  yeni 

nüsxəsini  (dublikatını) almaq; 

c). 

Sığorta  hadisəsinin  qarşısı  alınması  və  dəyə  biləcək  zərərin  azalması  üçün 



zəruri olan məlumat və məsləhətləri Sığortaçıdan almaq; 

 

8.4. Sığortaçının vəzifələri: 



 

a)  

Sığortaçı, 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyində 

nəzərdə 

tutulmuş hallar istisna olmaqla, Sığortalı haqqında və onun əmlak vəziyyəti 

haqqında məlumatı yaymamağa borcludur. 

b) 


Sığortalıya  Sığortaçı  tərəfindən  müəyyən  edilmiş  qaydada  tərtib  olunmuş 

sığorta müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin 

şərtləri ilə tanış etmək; 

c) 


Sığortalıdan hadisə haqqında məlumat daxil olduqda baş vermiş hadisənin 

səbəblərini,  xarakterini  araşdırmaq,  dəymiş  zərərin  miqdarını  və  ya 

ödəniləcək  məbləği  müəyyən  etmək,  və  nəticədə  hadisəni  sığorta  hadisəsi 


 

 

Səhifə 13 

 

kimi  tanıdıqda  və  ödənişin  verilməsindən  imtina  üçün  əsaslar  olmadıqda 



müqavilə  ilə  müəyyən  edilmiş  müddət  ərzində  və  qaydada  sığorta 

məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək

ç) 

Sığorta  ödənişinin  verilməsindən  imtina  üçün  əsaslar  olduqda  bu  barədə 



Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək; 

d) 


Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) və 

sığortanı  təsdiqləyən  digər  sənədlərin  yeni  nüsxəsini  (dublikatını)  təqdim 

etmək; 

e) 


Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək. 

 

8.5. 


Sığortaçının hüquqları: 

a) 


Sığortalının verdiyi informasiyanın, və həmçinin, Sığortalı tərəfindən sığorta 

müqaviləsinin  tələblərinin  yerinə  yetirilməsinin  yoxlanması,  səlahiyyətli 

orqanlara sorğu göndərilməsi; 

b) 


Sığorta  müqaviləsi  qüvvəyə  mindikdən  sonra  sığorta  edilmiş  hava  gəmiləri 

ilə  baş  verən  aviasiya  hadisələri  və  qəfil  halların  tədqiqatında  iştirak  etmək, 

Sığortalı  tərəfindən  onların  istismarı  üzrə  normativ  –  texniki  sənədlərin 

tələblərinin gözlənilməsini yoxlamaq. 



Sığorta hadisəsi baş verdikdə Tərəflərin qarşılıqlı fəaliyyəti 

8.6. 


Hava  gəmisi  ilə  sığorta  hadisəsi  kimi  qiymətləndirilə  bilən  hər  hansı  hadisə  baş 

verdikdə, Sığortalı aşağıdakıları etməyə borcludur: 

a) 

baş verən hadisə haqqında Sığortaçıya dərhal məlumat vermək və növbəti üç 



gün  müddətində  yazılı  məlumat  göndərmək  və  burada  hadisənin  bütün 

məlum tərəflərini əks etdirmək; 

b) 

zədələnmiş  hava  gəmisinə  əlavə  ziyan  dəyməsinin  qarşısını  almaq,  onun  və 



uçuş  informasiyasını  qeydə  alan  cihazların  qorunub  saxlanması  üçün 

tədbirlər görmək; 

c) 

Sığortaçının, qanunvericiliyə müvafiq olaraq, ziyan üçün məsuliyyət daşıyan 



şəxslərə reqres tələb hüquqlarının təmin edilməsi üçün tədbirlər görmək; 

ç) 


xilasetmə  işlərinin  təşkili  üzrə  və  bu  bəndin  (b)  və  (c)  paraqraflarında 

göstərilmiş tədbirlərin təmin edilməsi məqsədilə hərəkətlər istisna edilməklə, 

Sığortaçının  yazılı  razılığı  olmadan,  baxılan  sığorta  hadisəsinə  aid  olan  heç 

bir  öhdəlik  qəbul  etməmək,  öz  məsuliyyətini  boynuna  almamaq,  heç  bir 



 

 

Səhifə 14 

 

təklifi  qəbul  etməmək,  heç  bir  ödəniş  icra  etməmək  və  ödənişə  aid  vədlər 



verməmək. 

d) 


Sığortaçının  nümayəndələrinin  hadisənin  təfərrüatının  tədqiq  edilməsində 

iştirakını  təmin  etmək  və  Sığortaçıya  sığorta  hadisəsinə  aid  olan  bütün 

informasiyanı təqdim etmək. 

8.7. 


Sığortalı  istənilən  halda,  sığorta  ödənişi  üzrə  qərardan  asılı  olmayaraq,  Sığortaçını 

sistematik  olaraq  sığorta  edilmiş  hava  gəmisi  ilə  əlaqədar  olan  istənilən  aviasiya 

hadisəsinin 

və 


ya 

ciddi 


qəfil 

hadisənin 

tədqiqatının 

gedişi 


barədə 

məlumatlandırmalı  və  tədqiqat  başa  çatdıqdan  sonra,  təsdiq  edilmiş  rəyin  (aktın) 

surətini Sığortaçıya təqdim etməlidir. 

9. SIĞORTA ÖDƏNİŞİ VERİLMƏSİNİN QAYDA VƏ ŞƏRTLƏRİ 

9.1. 


Sığortaçı sığorta müqaviləsi üzrə bu qaydaların Sığortalı tərəfindən yerinə yetirildiyi 

halda  məsuliyyət  daşıyır,  lakin  Sığortalı  tərəfindən  ayrı  –  ayrı  maddələrin  qeyri  – 

iradi pozulmaları və bunların aşkar edildikdən sonra dərhal onun tərəfindən aradan 

qaldırılması Sığortaçını sığorta əvəzinin ödənilməsi üzrə öhdəliklərdən azad etmir. 

9.2. 

Sığorta ödənişi Sığortaçı tərəfindən, Sığortalının sığorta ödənişinin verilməsi barədə 



ərizəsi və Sığortaçının tərtib etdiyi sığorta aktı (rəyi) əsasında icra edilir.  

9.3. 


Sığortalı  tərəfindən  aşağıdakı  sənədlərin  təqdim  olunması  vaxtından  etibarən, 

sığortaçı  15  iş  günü  ərzində  sığorta  ödənişinin  verilməsi,  yaxud  sığorta  ödənişi 

verməkdən imtina olunması haqqında qərar qəbul edir. Sığorta ödənişinin verilməsi 

üçün  tələb  olunan  sənədlər  aşağıdakılardır.  Tələb  olunmuş  sənədlərin  təqdim 

olunmaması Sığortaçıya zərəri ödəməmək hüququ verir. 

Sığortalı  sığorta  ödənişinin  verilməsi  üçün  ərizə  ilə  birlikdə  Sığortaçıya  aşağıdakı 

sənədləri (əslini və ya təsdiq edilmiş surətlərini) təqdim etməlidir: 

a) 


sığorta  halının  təfərruatına,  onun  səbəblərinə,  ziyanın  ölçülərinə  aid  olan 

sənədlər (bu cür sənədlərə texniki baxış aktı, komissiyanın rəyi və s. aid edilə 

bilər); 

b) 


Sığortalının  (Faydalanan  şəxsin)  sığorta  marağının  olmasını  təsdiq  edən 

sənədlər  –  məhz,  onun  hava  gəmisində  olan  mülkiyyət  hüququnu  təsdiq 

edən  və  ya  bu  gəminin  məhv  olması  və  ya  zədələnməsi  halında  olan 

mülkiyyətçi qarşısında məsuliyyətin ölçüsünü müəyyən edən sənədlər; 

c) 

hava gəmisinin zədələnməsi halında – təmir planı və qəza təmiri üçün xərclər 



smetası; 

 

 

Səhifə 15 

 

ç) 


hava  gəmisinin  sığorta  dəyəri  üzrə  rəy  və  Sığortaçının  sorğusu  ilə  digər 

sənədlər. 

9.4. 

Sığorta aktı sığorta ödənişinin miqdarını əsaslandırmaq və hesablamaq üçün zəruri 



olan  tam  sənədlər  toplusu  Sığortaçıya  verildikdən  sonra  bir  ay  müddətində  tərtib 

edilir  və  təsdiq  edilir.  Əgər  Sığortaçı  Sığortalının  verdiyi  məlumatın  məxsusi 

tədqiqatını  aparırsa,  bu  halda  sığorta  aktı  bu  tədqiqat  başa  çatdıqdan  sonra,  lakin 

sığorta halı üzrə sənədlər dəsti Sığortalıdan alındıqdan sonra 3 aydan gec olmayaraq 

təsdiq edilir. 

9.5. 


Sığortaçı,  əgər  ödəniş  hava  gəmisinin  məhvi  üzrə  icra  edilirsə,  sığorta  aktı  təsdiq 

edildikdən sonra 30 gün müddətində sığorta ödənişini həyata keçirir; 

Ödəniş hava gəmisinin zədələnməsi üzrə icra edildikdə isə, tərəflər arasında başqa 

bir razılıq əldə edilməmişdirsə, 15 təqvim günü ərzində həyata keçirilir.  

9.6. 

Əgər  Sığortalı  bir  neçə  Sığortaçı  ilə  hava  gəmisinin  sığortası  üzrə  müqavilələr 



bağlamışdırsa  (ikiqat  sığorta),  bu  halda  Sığortaçı  sığorta  ödənişini  elə  bir  ölçüdə 

verəcəkdir ki, bu məbləğ ödənilməli olan ziyanın bu Sığortalı tərəfindən göstərilən 

hava  gəmisinin  sığortası  üzrə  bağlanmış  bütün  müqavilələrin  ümumi  məbləğində 

onunla  bağlanmış  müqavilənin  sığorta  məbləğinin  təşkil  etdiyi  paya  müvafiq  olan 

hissəsini aşmayacaqdır. 

10. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA HALLARI VƏ YA ONUN 

AZALDILMASI 

10.1.  Sığortaçının  hüququ  vardır  ki,  hazırkı  Qaydaların  «İstisnalar»  bölməsində 

göstərilmiş  hallarda  və  həmçinin,  aşağıdakı  hallarda  sığorta  ödənişindən  imtina 

etsin: 


a) 

Sığortalının (Faydalanan şəxsin) sığorta hadisəsinin yaranmasına yönəldilmiş 

niyyətli hərəkətləri; 

b) 


Sığortalı  (Faydalanan şəxs)  tərəfindən  sığorta  hadisəsi  ilə  birbaşa  səbəbiyyət 

əlaqəsində olan cinayətin törədilməsi; 

c) 

uçuş və ya texniki heyət tərfindən Uçuş istismarı üzrə Rəhbərliyin və ya digər 



rəhbər  sənədlərinin  tələblərinin  pozulması,  əgər  bu  pozulma  sığorta 

hadisəsinin səbəbi olmuşsa; 

d) 

Sığortalı  tərəfindən  Sığortaçıya  sığorta  obyekti  və  ziyanın  ölçüləri  barədə 



bilərəkdən yalan məlumatların verilməsi. 

 


 

 

Səhifə 16 

 

10.2.  Əgər  Sığortalı,  Sığortaçı  tərəfindən  əvəzi  ödənilən  ziyan  üçün  qanunvericiliyə 



müvafiq  olaraq  məsuliyyət  daşıyan  şəxslərə  qarşı  Sığortaçının  tələblərinə  aid  olan 

reqres tələb  hüquqlarının təmin edilməsi üçün tədbirlər görmürsə, Sığortalı bu cür 

tələb  hüququnun  ölçüsünə  bərabər  olan  hissə  üzrə  sığorta  ödənişin  alınması 

hüququnu itirir.  

10.3.  Əgər  Sığortalı  zədələnmiş  hava  gəmisinin  (onun  zədələnməmiş  aqreqatlarının) 

saxlanmasını təmin etmək üçün tədbirlər görmürsə, və bu ziyanın artmasına gətirib 

çıxarmışdırsa, bu halda Sığortaçının hüququ vardır ki, sığorta ödənişinin məbləğini 

bu əlavə ziyanın məbləği qədər azaltsın.  

10.4.  Əgər  qanuna  görə  və  ya  hazırki  Qaydalara  görə  Sığortalını  sığorta  ödənişi  almaq 

hüququndan  məhrum  edən  təfərruat  aşkar edilərsə,  Sığortalı  aldığı  sığorta  ödənişi 

məbləğini Sığortaçıya qaytarmalıdır. 

10.5.  Sığorta müqaviləsindən irəli gələn mübahisələrə, tərəflər arasında razılaşmanın əldə 

edilmədiyi  halda,  mövcud  qanunvericiliyə  uyğun  olaraq  məhkəmə  qaydasında 

baxılır.  

10.6.  Qanunvericiklə  müəyyənləşdirilən  digər  hallarda  sığortaçı  sığorta  ödənişindən 

imtina edə bilər. 

 

 

11. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 



 

11.1.  Sığorta  müqaviləsi  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  tərtib 

edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir. 

 

11.2.  Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə 



yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının 

qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  olaraq  digər  tərəfə  vurduğu  ziyanın 

əvəzini ödəməlidir. 

 

11.3.  Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı 



halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil. 

 

12. ƏRİZƏ FORMASI 



 

12.1.  Sığorta müqaviləsi Sığortalı (Sığorta olunan) tərəfindən doldurulmuş Ərizə Forması 

əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır. 

 

12.2.  Sığorta  müqaviləsinin  bağlanmasından  sonra  Sığortalı  (Sığorta  olunan)  tərəfindən 



sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı 

 

 

Səhifə 17 

 

Sığortaçıya  yanlış  və  ya  təhrif  olunmuş  şəkildə  təqdim  olunması  aşkarlanarsa,  və 



sığorta  müddəti  ərzində  barəsində  yanlış  və  ya  təhrif  olunmuş  məlumatlar  verilən 

hallar  ilə  əlaqədar  olan  sığorta  hadisəsi  baş  verərsə,  belə  faktlar  sığorta  ödənişinin 

verilməsindən  imtina  edilməsinə  və  müqavilənin  etibarsız  hesab  edilməsinə  gətirə 

bilər. 


 

13. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI 

 

Müqavilə  tərəfləri  bir  birinə  yolladığı  bildiriş  və  xəbərdarlıqlara  dair  aşağıdakı  tələblərə 

riayət etməlidir: 

 

a) 



müqaviləyə  müvafiq  olaraq  göndərilən  hər  hansı  məlumat,  bildiriş,  xəbərdarlıq  və 

ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya 

kuryer  (çatdırma  barədə  bildiriş  ilə),  faks  və  ya  teleks  vasitəsi  ilə  müqavilədə 

göstərilmiş ünvanlara göndərilməlidir. 

 

b) 


Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə 

əvvəlcədən  məlumat  göndərməlidirlər.  Əgər  sığorta  müqaviləsi  üzrə  tərəf  digər 

tərəfin  ünvan  və  ya  rekvizitlərinin  dəyişməsi  barədə  məlumatlandırılmayıbsa, 

keçmiş  ünvana  göndərilən  bütün  bildiriş  və  xəbərdarlıqlar  keçmiş  ünvana 

çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar. 

 

14. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ 

Sığorta  müqaviləsi  ilə  bağlı  bütün  məsələlər,  o  cümlədən  tərəflər  arasında  yaranan  fikir 

ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu 

ilə  nəticə  əldə  edilməzsə,  mübahisələr  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır. 



 

ƏLAVƏLƏR 

Əlavə 1. Küyün, çirklənmənin və digər təhlükələrin təsirinin xaric edilməsi barədə müddəa 

(AVN.46B). 

 

Əlavə 2. Radiyasiya və radioaktiv çirılənmənin təsirindən yaranan risklərin xaric edilməsi 



barədə müddəa (AVN 38A). 

 

Əlavə 3. Müharibə, qaçırma və digər aviasiya təhlükələri risklərinin xaric edilməsi barədə 



müddəa  (AVN 48B). 

 

 



 

 

 

Səhifə 18 

 

ƏLAVƏ 1. 

 

Küyün,  çirklənmənin  və  digər təhlükələrin  təsirinin  xaric  edilməsi  barədə  müddəa  (AVN 



46B). 

 

Aşağıdaki təsirlər nəticəsində birbaşa və ya dolayı yolla törənmiş və ya yaranmış  ziyanlar 



üzrə sığorta ödənişləri icra edilmirlər: 

a) 


küyün  (insan  qulağının  eşitdiyi  və  ya  eşitmədiyi),  vibrasiyanın,  akustik  uğultunun 

və/və ya  buna bənzər digər təzahürlərin təsiri; 

b) 

istənilən çirklənmələrin və zəhərlənmələrin; 



c) 

elektrik və ya elektromaqnit maneələrin təsiri; 

ç) 

mülkiyyətə  dəyən  ziyan  (təyyarənin  idarəsindəki  nasazlıqlardan  yaranmış  olan 



partlayış,  toqquşma  və  ya  uçuşda  qəza  vəziyyəti  nəticəsində  yaranmış  olan  və  ya 

baş vermiş ziyan istisna edilməklə). 

Sığortaçı  tərəfindən  aşağıdakilar  üzrə  tədqiqat  aparılmasına  və  onlardan  müdafiə 

olunmağa ehtiyac yoxdur: 

a) 

1-ci  bənd üzrə itkilərlə əlaqədar olan iddialar, və ya 



b) 

1-ci bənd üzrə itkilər üzrə iddialarla birlikdə cəm halda baxılan iddia və ya iddialar 

(bax aşağıda «Qarışıq risklər»). 

Sığortaçı  Qarışıq  risklərə  münasibətdə  (sübut  edilmiş  itki  və  məsuliyyət  limitinə  müvafiq 

olaraq) qismən aşağıdakı bəndlər üzrə Sığortalıya ödənişlər edir; 

a) 


Sığortalıya əvəz ödəmək üçün müəyyən edilmiş ziyanlar; 

b) 


Sığortalıya çatmalı olan qonorarlar və müdafiə üzrə xərclər. 

Burada  göstərilən  heç  bir  şey  «Radiasiya  və  radioktiv  çirklənnmənin  təsirinin  xaric 

edilməsi haqqında müddəaya» və qaydalara olan digər əlavələrə aid edilmir. 

 

ƏLAVƏ 2. 

 

Radiasiya  və  radioaktiv  çirklənmənin  təsirindən  yaranan  risklərin  xaric  edilməsi  barədə 



müddəa (AVN 38A). 

 

 



Aşağıdakı hallar sığorta hadisələrinə aid edilmir və onlar üzrə sığorta ödənişi verilmir: 

a) 


ionlaşdırıcı  radiasiyanın  və  ya  radioaktiv  çirlənmənin  birbaşa  və  ya  dolayı  yolla 

təsiri nəticəsində sağlamlığa  (bədən xəsarəti, ölümcül və ya digər yaralanma) və ya 

əmlaka dəyən hər hansı ziyan; 

b) 


əgər  hər  hansı  məsuliyyət  birbaşa  və  ya  dolayı  yolla  ionlaşdırıcı  radiasiyanının  və 

radioaktiv çirklənmənin təsirindən yaranmışdırsa. 

Yalnız  aşağıdakı  şərtlər  daxilində  hər  hansı  radioaktiv  materialın  İATA  qaydalarına 

muvafiq  olaraq  daşınması  zamanı  ionlaşdırıcı  radiasiya  və  ya  radioaktiv  çirklənmə 

nəticəsində  birbaşa  və  ya  dolayı  yolla  yaranan  və  ya  bunun  nəticəsi  olan  ziyan,  dağılma, 


 

 

Səhifə 19 

 

xərclər və ya hüquqi məsuliyyət üçün sığorta ödənişi verilir (bu müddəanın 1-ci bəndinin 



təsir dairəsi məhdudlaşdırılır): 

a) 


Sığortaçının məsuliyyətinin qabaqcadan müəyyən edilmiş şərti vardır, və hər hansı 

radioaktiv  materialın  daşınması  İATA-nın  onların  hava  yolu  ilə  daşınmasına  aid 

olan mövcud qaydalarına tam müvafiq olacaqdır; 

b) 


Sığortalıya hər hansı iddia (ziyan üzrə) təqdim edilmişdir və bu iddia müqavilənin 

qüvvədə  olduğu  müddətdə  baş  verən  hər  hansı  qəza  və  ya  bədbəxt  hadisənin 

nəticəsidir  və  Sığortalının  hər  hansı  bu  cür  iddiası,  Sığortaçıya  qarşı  və  ya 

Sığortalıya  qarşı  iddia  irəli  sürən  şəxsə  qarşı,  iddiaya  səbəb  olan  qəfil  hadisədən 

sonrakı üç il ərzində qaldırılmışdır; 

c) 


radioaktiv  çirklənmənin  hava  ilə  təhlükəli  yüklərin  təhlükəsiz  daşınması  üzrə 

İKAO-nun  texniki  təlimatlarında  müəyyən  edilmiş  maksimal  buraxıla  bilən 

səviyyədən çoxdur; 

ç) 


bu bənd üzrə sığorta müdafiəsi 7 gün əvvəl bildiriş vermiş olan Sığortaçı tərəfindən 

istənilən zaman kəsilə bilər. 

 

ƏLAVƏ 3. 

 

Müharibə, qaçırma və digər aviasiya təhlükələri risklərinin xaric edilməsi barədə müddəa 



(AVN. 48B). 

 

Aşağıdakı səbəblərdən yaranmış itkilər üzrə sığorta ödənişi verilmir: 



a) 

müharibə,  müdaxilə,  xarici  düşmənlərin  hərəkətləri,  döyüş  əməliyyatları 

(müharibənin  elan  edilib-edilməməsindən  asılı  olmayaraq),  vətəndaş  müharibələri, 

qiyamlar,  inqilablar,  üsyanlar,  hərbi  vəziyyət  və  ya  qanunsuz  yolla  ələ  keçirmək 

cəhdləri; 

b) 


atom və ya nüvə və/və ya termonüvə və ya digər bənzər reaksiyalar və ya radioaktiv 

qüvvələr  və  ya  materiallar  istifadə  edilməklə  istənilən  döyüş  silahının  istənilən 

partlayışı; 

c) 


tətillər,  hərc-mərclik,  vətəndaş  itaətsizliyi  və  ya  istehsal  qayda  –  qanunlarının 

pozulması; 

ç) 

bir və ya bir neçə nəfərin hər hansı hərəkətləri (onların öz adlarından çıxış etməsi və 



ya  hər  hansı  dövləti  təmsil  etməsindən,  siyasi  və  ya  terrorçu  motivlərlə  törədilən 

hadisə olmasından, bu əməllərdən törənən itki və ziyanların təsadüfi və ya qərəzli 

olmasından asılı olmayaraq); 

d) 


istənilən hədə-qorxu, sabotaj və ya diversiya aktları; 

e) 


konfiskasiya,  milliləşdirmə,  həbs  qoyulması,  azadlıqdan  məhrum  etmə, 

mənimsəmə, mülkiyyət hüququ ilə və ya istifadə üçün və ya hər hansı mülki, hərbi 

və ya faktiki idarə edən hökümətin, və ya ictimai və ya yerli hakimiyyətin sərəncamı 

üzrə rekvizisiya; 

ə) 

gəminin  bortunda,  Sığortalı  tərəfindən  dəstəklənməyən  bir  şəxsin  və  ya  bir  qrup 



şəxsin  törətdiyi  qaçırma  və  ya  hər  hansı  qeyri  –  qanuni  ələ  keçirmə  və  ya  uçuş 

 

 

Səhifə 20 

 

zamanı  hava  gəmisi  və  ya  ekipaj  üzərində  zorakı  nəzarət  (o  cümlədən,  bu  cür  ələ 



keçirmə və ya nəzarətin istənilən cəhdi). 

Bundan  əlavə,  yuxarıda  göstərilən  təhlükələrdən  birinin  nəticəsində  hava  gəmisi 

Sığortalının nəzarətindən xaricdə yerləşdiyi zaman yaranan ziyanlar üçün ödəniş verilmir. 

Hava  gəmisi  Sığortalının  sığorta  müqaviləsinin  coğrafi  hüdudlarının  xaricində  olmayan 

aerodromuna  müvəffəqiyyətlə  və  uçuşlar  üçün  tam  yararlı  qayıtdıqda  hava  gəmisi 

Sığortalının  nəzarəti  altına  qayıtmış  hesab  ediləcəkdir  (müvəffəqiyyətli  qayıdış  kimi  helə 

bir hal başa düşülür ki, hava gəmisi söndürülmüş mühərriklərlə dayanacaqda dayanmışdır 

və  üçüncü  şəxslər  tərəfindən  bunu  etmək    üçün  heç  bir  zorakı  məcbur  etmə  hərəkəti 

edilmir). 

 


 

 

Səhifə 21 

 

 

Cədvəl №1 



 

 

QISA MÜDDƏTƏ BAĞLANILAN SIĞORTA MÜQAVİLƏLƏRİNƏ TƏTBİQ 



EDİLƏN SIĞORTA HAQQININ HESABLAMASI CƏDVƏLİ 

 

 

Sığorta müqaviləsinin qüvvədə 



оlduğu мüddət 

İllik sığorta haqqına tətbiq еdilən faiz 

dərəcəsi 

 

 

1 gündən 30 günədək 

İllik Sığorta Haqqının 20%-i 

31 gündən 45 günədək 

İllik Sığorta Haqqının 25%-i 

46 gündən 60 günədək 

İllik Sığorta Haqqının 30%-i 

61 gündən 75 günədək 

İllik Sığorta Haqqının 35%-i 

76 gündən  90 günədək 

İllik Sığorta Haqqının 40%-i 

91 gündən 105 günədək 

İllik Sığorta Haqqının 45%-i 

106 gündən 120 günədək 

İllik Sığorta Haqqının 50%-i 

121 gündən 135 günədək 

İllik Sığorta Haqqının 55%-i 

136 gündən 150 günədək 

İllik Sığorta Haqqının 60%-i 

151 gündən 165 günədək 

İllik Sığorta Haqqının 65%-i 

166 gündən 180 günədək 

İllik Sığorta Haqqının 70%-i 

181 gündən 195 günədək 

İllik Sığorta Haqqının 75%-i 

196 gündən 210 günədək 

İllik Sığorta Haqqının 80%-i 

211 gündən 225 günədək 

İllik Sığorta Haqqının 85%-i 

226 gündən 240 günədək 

İllik Sığorta Haqqının 90%-i 

241 gündən 270 günədək 

İllik Sığorta Haqqının 95%-i 

270 gündən artıq 

İllik Sığorta Haqqının 100%-i 

 

 



 

 

Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin