http://kitabxana.net/?oper=readBook&id=1843
VIII cild:
http://kitabxana.net/?oper=readBook&id=2647
IX cild:
http://kitabxana.net/?oper=readBook&id=4362
BaĢqa kitabları:
http://kitabxana.net/?oper=readBook&id=1413
http://kitabxana.net/?oper=readBook&id=3768
http://kitabxana.net/?oper=readBook&id=4124
http://www.kitabxana.net/?oper=readBook&id=4125
Seçilmiş əsərləri X
7
Firuzə Məmmədli
8
Tərtib edən:
Bəhram Cəfəroğlu
Dizayner:
ġəmsiyyə Camalova
Korrektor:
Səbinə Aslanova
Фирузя Мяммядли.
«
Ə
сярляри». X ъилд.
Бакы, «
Elm və Təhsil
», 2019, 504 сящ.
Грифли няшр
© Фирузя Мяммядли. 201
9
Seçilmiş əsərləri X
9
ФИРУЗЯ МЯММЯДЛИ
СЕЧИЛМИШ ЯСЯРЛЯРИ
X ъилд
Bakı -
«
Elm və Həyat
»-
2019
Firuzə Məmmədli
10
Seçilmiş əsərləri X
11
HƏR GÜN ÜMĠDĠMDƏN
DURNALAR KÖÇÜR
Sənin dərgahına açılıb əlim,
Ilahi, sınağa çəkmə əlimi.
Yazmaqdan savayı günahı yoxdur
Bu çörək əlimin, əkmək əlimin.
Bir kəsin yolunda tələ olmayıb
Rüşvətdən, qurğudan salamat əlim.
Ağa tanımayıb, kölə olmayıb
Pirə, peyğəmbərə salavat əlim.
Tale yoxuşudu heyimi kəsən,
Elə dırmanıram, vaxt qapısı yox.
Baxıram, hər yerdə qapılar – açıq,
Sənin dərgahının haqq qapısı yox.
Nə qədər dırmanım, dözüm nə qədər,
Tövşüyür ümidim yol qanadında.
Xeyirxah mələyim çırpına qalıb
Sənin göylərinin qol-qanadında.
Gedir boşluqların səma yarışı,
Mənim o yarışa gümanım yetmir.
Hər gün ümidimdən durnalar köçür,
Hər gün ümidlərim ünvana yetmir.
2018
Firuzə Məmmədli
12
BĠZĠM NƏSĠL
1950-60-ci illərin məktəblilərinə
Yollar – ayaqyalın, yollar – qaçaraq,
Lalə çıraqlıydı dərə-düz onda.
Elə sırğa idik söz qulağında,
Bir ərgən bəlaydıq hərəmiz onda.
Məktəbdi, kolxozdu, evdi işimiz,
Görüb-götürməyin dar məqamıydı.
Daşdan qoparırdıq diləyimizi,
Daşdan bir qəlpə də ərməğan idi.
Ana dili, tarix, xarici dildə
Nəğmə dərslərinin nəğməsi idik.
Kimya, coğrafiya, ədəbiyyatla
Gah riyaziyyat idik, gah rəsm idik.
Dünya hər tərəfdən axırdı bizə,
Bilik zəmisində – biçində idik.
Yaşlılar ümidlə baxırdı bizə,
Qayğının, diqqətin içində idik.
Nə olsun yox idi sosial şəbəkə,
Nə olsun yox idi təmtəraq onda.
Biliklə ləbaləb başımız bizə
Həm yasaq olmuşdu, həm yaraq onda.
Əngəldən-əngələ düşüb də çıxdıq,
Xalı ömrümüzə hana düzəltdik.
|