Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə115/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   111   112   113   114   115   116   117   118   ...   321
Seçilmiş əsərləri X 
247 
Əsas kütləvi təbliğat vasitələrindən olan mətbuat, kom-
pyuter və televiziya ədəbi dilin üslublarının diferensiallaşma-
sında, qrammatik normaların sabitləşməsi və qorunmasında, lü-
ğət tərkibinin, xüsusilə terminoloji vahidlərin zənginləşməsində 
böyük rol oynayır. Texnoloji yeniliklərin xalqın sosial həyatına 
geniş yol açması dövründə isə terminoloji zənginləşməyə xü-
susi ehtiyac duyulur.
Lakin bir məsələni xüsusi qeyd etmək yerinə düşərdi ki, 
xalqın siyasi-ictimai taleyində baş verən gözlənilməz hadisələr 
sosial-mənəvi sferada çox vaxt hərc-mərcliyə səbəb olur, istər 
mədəniyyət və incəsənət, istər ədəbiyyat və təhsil, istərsə də 
millətin özülünü şərtləndirən ən mühüm amillərdən biri olan dil 
səviyyələrində leksik-semantik və qrammatik normaların po-
zulması, əvvəlki normalara biganə münasibət kimi hallara gəti-
rib çıxarır. Bu isə çox vaxt milli mentalitetdə meyarların mənfi 
istiqamətdə dəyişməsi ilə nəticələnir.
Akademik A.Axundov müasir dövrdə Azərbaycan dili ilə 
bağlı problemlərdən danışarkən göstərir: «İllərdir ki, kütləvi in-
formasiya vasitələri müstəqillik illərinin ədəbi dili problemləri-
nə həsr olunmuş məqalələr dərc edir, müsahibələr aparır.
Dilimiz dövlətimizin qayğısı ilə dövlət dili statusu almış, 
ölkənin siyasi, ictimai, iqtisadi, mədəni, eləcə də insanların 
şəxsi həyatında yeganə ünsiyyət vasitəsi kimi inkişaf yoluna 
çıxmışdır. Təəssüflər olsun ki, əldə etdiyimiz müstəqillik bəzən 
öz obyektiv qanunları olan dilə münasibətdə də özünü göstərir. 
Bilməməkdənmi, bilərəkdənmi (yəni müəyyən şəxsi maraq na-
minə) dilə edilən müdaxilələrin güclənməsinin tez-tez şahidi 
oluruq. Xüsusən ticarət müəssisələrinin adları sahəsində bu 
daha çox müşahidə olunur. Görürsən hətta gözdənuzaq kiçik 
bir küçədə bir-iki uşaq maykası, uşaq corabı asılan kiçik satış 
yerinin adını «Beybi şop» (ingiliscə «Uşaq dükanı») qoyublar. 
Söz yaradıcılığı sahəsində də ənənədən uzaqlaşma halları var. 
Məsələn, həqiqətən çox gözəl, baxmalı kanal olan ATV-nin ek-
ranlarında kanalın özünü «baxımlı kanal» adlandırması təəssüf 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin