Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə123/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   119   120   121   122   123   124   125   126   ...   321
Seçilmiş əsərləri X 
255 
etmək mümkün deyil. Eləcə də mobil telefon texnikasını onun 
özünəməxsus terminləri olmadan dərk etmək olmaz. Doğrudur, 
vaxtilə məişətimizə yenicə daxil olan «soyuducu» – xolodelnik, 
«dolab» –şkaf, «soba» – peç sözləri ilə ifadə olunurdu. Zaman 
keçdikcə «xolodelnik» «soyuducu» kimi kalka edilmiş, «şkaf» 
«peç» sözləri isə «dolab», «soba» sözlərinə nisbətən daha geniş 
işləkliyə malik leksik vahid kimi qalmışdır. Bunun kimi də 
«traktor», «kombayn», «televizor», «maqintafon», «makina», 
«fotoaparat», «lent», «video», «audio», «vizual» və s. sözlər.
Belə sözlərin fonetik strukturu dilimizin təbiətinə yad ol-
sa da, qrammatik normalar onları öz tələbləri çərçivəsində ədə-
bi dilimizin işlək vahidlərinə çevirə bilmişdir.
Beləliklə, ədəbi dilimizin leksik tərkibində baş verən cid-
di dəyişikliklər dövrün ümumi dil mənzərəsini yenidən araşdı-
rıb sistemləşdirmək, müşahidə olunan faydalı və zərərli meyl-
ləri dəqiqləşdirib nizamlamaq zəruriyyəti yaradır.
Bu mənada, yeni söz və ifadələri də nəzərə almaqla Azər-
baycan ədəbi dili lüğət tərkibini aşağıdakı istiqamətlərdə araş-
dırmaq məqsədəuyğundur:
a) Ədəbi dilimizdə tarixən mövcud olub, bu gün də işlək 
olan söz və ifadələrin taleyi.
b) Ədəbi dilimizə ötən yüzilliyin 90-cı illərindən etibarən 
daxil olub hazırda fəal mövqe tutmaqda olan söz və ifadələr. 
c) Müxtəlif səbəblərlə bağlı işləkliyini itirib dilin passiv 
fonduna keçən söz və ifadələr.
Ədəbi dilimizdə özəl tarixi köklərə malik olan söz və 
ifadələrin əsas kütləsini ümumişlək sözlər təşkil edir. Buraya 
daxil olan leksik və frazeloji vahidlərdə keyfiyyət dəyişikliyi 
özünü iki istiqamətdə göstərməkdədir:
1) Belə sözlərin semantikasında gedən dəyişikliklər.

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin