Seçilmiş əsərləri X 253
müxtəlif üslublarının tədqiqinə həsr olunmuş yeni fundamental
tədqiqat əsərləri ölkəmizdə dil siyasətinin yeni dövrə uyğunlaş-
dırılmasının nəticəsi kimi meydana çıxdı.
Təəssüf doğuran və hələ də ortadan qaldırılmayan məsə-
lələrdən biri də ədəbi dil normalarının qorunmasında həmişə
öncüllər sırasında duran mətbuatda baş alıb gedən qrammatik
və üslubi səhvlərdir. Bunun bir səbəbi jurnalist ixtisası olma-
yanların qəzetlərdə müxbirlik etməsidirsə, digər səbəbi kom-
pyuterlə bağlıdır. Kömpyuterdə mətn yığanların savad dərəcə-
sinin aşağı olması, Azərbaycan dilini kifayət qədər dərindən
bilməməsi qəzet və jurnal səhifələrini səhvlərlə doldurur. Nəş-
riyyat, poliqrafiya sahəsindəki keyfiyyəti unudub, kəmiyyətə
qaçmanı da nəzərə alsaq, deyə bilərik ki, hazırda mətbuat, po-
liqrafiya (televiziya aparıcılarının nitqini də nəzərə almaqla)
Azərbaycan ədəbi dilinin inkişafına nəinki yardımçı və ya vasi-
təçi deyil, hətta bu inkişafı ləngidən, səhv istiqamətə yönəldən
amillərdəndir.
Ümumən götürdükdə, ədəbi dilimizin leksik qatında çox
sürətli genişlənmə, dəyişmə, əgər belə demək mümkünsə, zən-
ginləşmə getməkdədir.
Dilin leksik qatında zənginləşmənin isə iki mənbəyi mə-
lumdur:
1. Daxili mənbələr
2. Xarici mənbələr Azərbaycan ədəbi dilinin müasir dövrü üçün fərqləndirici
cəhət xarici mənbələrin öndə olması ilə səciyyələnir. Başqa
sözlə müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibi əcnəbi
dillərdən söz almaq istiqamətində zənginləşməkdədir.
Xarici mənbələr sırasında qohum dillərin Azərbaycan
ədəbi dilinə söz vermə imkanları daha geniş olub digər dillər-
dən söz alma prosesindən fərqlənir. Belə ki, Türkiyə türkcəsin-
dən dilimizə daxil olan sözlər iki cəhəti ilə başqa alınmalardan
seçilir: