Seçilmiş əsərləri X 261
yer, deklorasiya, proporsional, mojaritar, prioritet, loqo(em- blem), veta, ratifikasiya, brifinq, konstruktiv, punktuallıq və s.
Millətlərarası əlaqələrin bütün parametrlər üzrə təcəssü-
mü və getdikcə daha artıq dərəcədə inkişafı dilimizin termino-
loji sisteminə müxtəlif sahələr üzrə külli miqdarda terminlərin
daxil olmasına şərait yaratmışdır. Bu terminlər ilk növbədə iq-
tisadiyyat, texnologiya və mədəniyyətlə, xüsusən musiqi mədə-
niyyəti ilə bağlıdır. Bununla belə, son iyirmi ildə dilimizin
leksik tərkibi terminoloji sistemin digər sahələrini, deyək ki,
tibb, səhiyyə-profilaktika, ticarət, təmir-tikinti, eləcə də müx-
təlif istiqamətli sahibkarlıq və reklam sahələrini də əhatə edir.
Bu mənada, son iyirmi ildə dilimizin leksik qatında əksərən mü-
təxəssis dairəsində işlək olan aşağıdakı sahələrlə bağlı termin və
terminvari sözlərin sabitləşmək üzrə olduğunu müşahidə edirik:
1. Ġqtisadiyyatla; 2. Tibb, səhiyyə sahəsi ilə; 3. Texnologiya ilə; 4. Mədəniyyət - musiqi, rəssamlıq, ədəbiyyat, kino və digər audio və vizual vasitələr, o cümlədən aktyorluq sənəti ilə; 5. Təmir - tikinti iĢləri ilə; 6. Reklam və vitrin görüntüləri ilə; 7. Geyim mədəniyyəti ilə; 8. Ġdman və turizmlə; 9. Yemək və süfrə mədəniyyəti ilə; 10. Təhsillə bağlı sözlər. 1. Ġqtisadiyyatla bağlı terminoloji leksika Azərbaycan
ədəbi dilinin leksik tərkibinə Sovetlər İttifaqının dağılmağa
başladığı ilk vaxtlardan yol açmış və bu proses bu gün də da-
vam etməkdədir. Qeyd etmək lazımdır ki, belə söz və ifadələr
mənşə etibarı ilə daha çox Avropa dillərinə məxsusdur. Bir sıra
terminlər isə başqa dillərə məxsus sözlərin Azərbaycan dilinə
kalka edilməsi ilə dilimizin daxili imkanları əsasında formalaş-
mışdır. Belə ki,
sahibkar (predprinimatel), səhm, səhmdar, şir-