Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə128/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   124   125   126   127   128   129   130   131   ...   321
Firuzə Məmmədli 
260 
ləmək, dəhnə, dırmıxlamaq, innən belə, ta, tay (ədat), çıxdaş, 
pərsəng, məzəndə, uralanmaq, xəlbirləmək, gərdək, ötkəm, qı-
lıq, özül, girov 
və s. göstərmək olar.
b) Ədəbi dilimizə ötən yüzilliyin 90-cı illərindən etibarən 
daxil olub, hazırda fəal mövqe tutan söz və ifadələr 
Məlumdur ki, hər bir dilin leksik tərkibində zənginləşmə 
təkcə daxili imkanlar deyil, həm də xarici imkanlar vasitəsilə 
baş verir. Ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycan 
ictimai-siyasi mühitində gedən proseslər dilimizin lüğət tərki-
bində nəzərə çarpacaq dərəcədə dəyişikliklərə səbəb olmuşdur. 
Bu dəyişikliklərin əsasında xarici dillərdən, xüsusən Avropa, 
eləcə də dünya dillərindən birbaşa dilimizə daxil olan leksik 
alınmalar durur. Belə alınmaların bir qismi siyasi proseslərlə 
bağlıdırsa, digər qismi xalqlar, millətlərarası ictimai-iqtisadi mü-
nasibətlərin genişlənməsi və dil əlaqələrində yaranan hüdudsuz 
imkanlara əsaslanır. Birinci planda gedən proseslərdə dilimizə 
daha çox termin və terminvari söz və ifadələr daxil olmuşsa, 
sonuncu istiqamət həm termin (daha çox texnologiya ilə bağlı), 
həm də adi ümumişlək səviyyəli sözlərə yol açmışdır.
Siyasi proseslərlə bağlı dilimizə yeni söz və ifadələrin 
daxil olması ötən əsrin 80-90-cı illərindən başlamışdır. Belə 
sözlərin əksəriyyəti keçmiş Sovetlər İttifaqının dağılması ilə 
bağlı gedən ictimai-siyasi hərəkatın dil ifadəçiləri olmaqla, 
həm də beynəlmiləl səciyyə daşıyır. Buraya aşağıdakıları daxil 
etmək olar: 
plürializm, alternativ, insident, avtoritar, totalitar, 
eks-prezident, genosid, mediya, spiker, toleyrantlıq, eksklüziv, 
balanslaşma, diskussiya, debat, polemika, kontakt, lobbiçilik, 
prezentasiya, limit, ofis, müşavir, referent, bələdiyyə, başqan, 
faks, yetərsay, lobbi, ekstremist, terrorist, referendum, reytinq, 
parlament, diaspor, parlamentari, meriya, reket, form, öndər, 
motivizasiya, multmediya, yarlıq, ambisiya, kamikadze, separat, 
separatçılıq, ombutsman, kompromis, transmilli, piket, infilya-
siya, şirkət, telekompaniya, telekommunikasiya, distribüter, bar-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin