Firuzə Məmmədli 268
-məcə (bilməcə, gülməcə); - gür (özgür); - ntı (bağlantı); - ay (olay) və s. şəkilçilərlə düzələn sözlər də vardır.
Türkiyə türkcəsindən dilimizə daxil olan törəmə sözlərin
bir qismi «söz+söz» modelində formalaşan mürəkkəb sözlərdir.
Bu sırada «soy+ad», «bilgi+sayar», «buz+dolabı», «önəm ver-
mək», «yetər+say», «göz altına almaq» (frazeloji vahid), «sağ-
lıq durumu», «iş+birliyi», «uluslar+arası», «tele+görüm», «ön-
cə+görmə», «can+güdən», «say+bil», «yer+başı», «baş+kənd»,
«yer+əyrisi», «yer+bil», «göy+bil», «doğum günü», «yaşam
tərzi», «bilim adamları» və s. kimi söz və ifadələri qeyd et-
məliyik.
Diqqətçəkən cəhətlərdən biri də budur ki, bu vahidlərin
hamısı Azərbaycan dilinin mürəkkəb söz modellərinə uyğun
gəlir. Bu mənada - ikinci növ təyini söz birləşməsi modelinə
müvafiq gələn «buz+dolabı», «iş adımı», «uluslar+arası»,
«yer+əyrisi», «iş+birliyi», «yer+başı», «bilim adamları», «do-
ğum günü», «yaşam tərzi», «sağlıq durumu»; birinci növ təyini
söz birləşməsi modelinə uyğun gələn «baş+kənd», «yetər+-
say»; ikinci tərəfi -ar, -ən şəkilçisi ilə düzələn feli sifət tərkibi
ilə birinci tərəfi müxtəlif nitq hissələrinə aid olan, feili sifət
tərkibi formulunda sabitləşən «bilgi+sayar», «can+güdən»;
ikinci tərəfi «bil» felindən, birinci tərəfi adlıq hallı isimlərdən
ibarət olan «yer+bil», «göy+bil», «say+bil»; ikinci tərəfi «sal»
sözündən ibarət olan «rəqəm+sal», «ulu+sal» kimi sözləri qeyd
etmək olar. «Sal» komponenti Azərbaycan dilində qrammatik
mənaya malik olub sözdüzəldici şəkilçi kimi işlənməkdədir:
məsələn,
qum+sal .
Bundan əlavə, -ca; -cə; -ma, -mə; -üm morfemlərinin kö-
məyi ilə düzələn «öncə+görmə», «tele+görüm» qəbilindən olan
mürəkkəb sözlər də vardır.
Türkiyə türkcəsindən Azərbaycan dilinə keçən sözlərin
heç də hamısı eyni dərəcədə işlək vahidlər statusunda deyildir.
Bunların bir qismi daha çox ticarət işçiləri səviyyəsində, məhz
türk malları etiketi kimi, mal dövriyyəçiləri arasında daha ak-