Фирузя мяммядли


reklam,  idman və turizmlə bağlı



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə133/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   129   130   131   132   133   134   135   136   ...   321
reklam, 
idman və turizmlə bağlı

favorit, karate, uşun, rapira, sport-
layn, ralli, motoralli, avtoralli, bukmeker, gid, qrand–otel, real 
–otel, otel
və s,. eləcə də 
yuyucu toz adları 
– 
Omo, Tayt, Per-
sil 
və s., 
diĢ pastası adları 

blendamed, kolqeyt, akvafreş
və 
s.,
 çay adları
– 
Beta-te, Çempion, Final çay
və s., kimi Avropa 
mənşəli olub, hələlik çox da geniş işləkliyə malik olmayan


Seçilmiş əsərləri X 
265 
lakin mənbə dildə ümumişlək sayılan sözlərin gələcək taleyi 
cəmiyyətin milli dəyərlərə münasibətindən asılı olacaqdır.
Bunun kimi, Türkiyə türkcəsindən dilimizə daxil olub az 
da olsa, işlədilməkdə olan «olacaqlar», «yiyecekler», «öyrən-
ci», «öyrətmən», «okul», «okul dəftəri», «seçdirmə», «baş-
qan», «başkənd», «tanıtım», «gülməcə», «ayrıntı» (fərq), «dar-
tışma» (mübahisə), «işbaşı» (nəticə), «yerbil», «göybil», «ye-
rəyrisi», «açun» (kainat) qəbilindən olan sözlər də dilimizin 
leksik tərkibində tarixən işlək olmuş ekvivalentlərini sıxışdırıb 
qeyri-fəal pozisiyaya keçirə bilməyəcək.
c) Müxtəlif səbəblərlə bağlı iĢləkliyini itirib dilin pas-
siv fonduna keçən söz və ifadələr:
Bu qəbildən olan leksik və frazeloji vahidlərdəki funk-
sional dəyişmələr özünü iki şəkildə göstərir:
1. 1990-cı ildən etibarən dilimizə daxil olan alınmalar 
tərəfindən sıxıĢdırılaraq aktivliyini itirmək üzrə olan söz və 
ifadələr.
2. Sosial-ictimai durumda gedən siyasi və iqtisadi də-
yiĢikliklər nəticəsində istifadədən qalan söz və ifadələr.
1. 1990-cı ildən başlayaraq Azərbaycan xalqı həm maddi, 
həm mənəvi, həm də mədəni münasibətlər sahəsində dünyaya 
birbaşa çıxış imkanı qazandı. Məlumdur ki, xalqlar, millətləra-
rası münasibətlərdəki yeniliklər ilk növbədə dilə, daha doğrusu
dilin leksik tərkibinə təsir göstərir. Bu mənada, Azərbaycan 
dilinin leksik tərkibi sözü gedən zaman kəsiyində olduqca 
müxtəlif məna və informasiya tutumuna malik sözlər hesabına 
daha da zənginləşmə imkanı qazanmışdır.Təbii ki, söz və ifa-
dələrin belə intensiv axınını dildə həmişə müsbət proses kimi 
qiymətləndirmək olmaz. Xüsusən ədəbi dilin leksik qatı özü-
nün yüksək inkişaf mərhələsində sabitləşdiyi bir zamanda dilə 
yerli-yersiz daxil olan vahidlərin kütləvi axınını tənzimləmək 
lazımlı və olduqca vacib bir işdir. Belə hallarda dilimizin özəl-
liyini qoruyub saxlamaq, onun yad ünsürlərlə zibillənməsinin 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin