Firuzə Məmmədli
266
qarşısını almaq üçün üsul və vasitələr arayıb tapmaq dilçi-
mütəxəssislərimiz qarşısında duran ən ümdə vəzifələrdəndir.
Müasir səviyyədə dilimizin saflığının, milli özünəməx-
susluğunun qorunması, eləcə də yeniləşməkdə olan ictimai –
siyasi, sosial - iqtisadi münasibətlərin zəruri təzahürü kimi
meydana çıxan anlayışların ifadəsi üçün ən yaxşı, ən soykökə
münasib mənbə Türkiyə türkcəsi, digər qohum dillər, yerli
dialekt və şivələrimizdir.
Türkiyə türkcəsindən dilimizin lüğət tərkibinə daxil olan
sözlər həyatımızın, məişətimizin ən müxtəlif sahələri ilə bağlı
olub, əksər söz kökləri dilimizdə daim işlək olmuş vahidlərdən
ibarətdir. Maraqlıdır ki, bu sözlərin bir qismi ötən yüzilliyin
20-30-cu illərində Azərbaycan ədəbi dilinin lüğət tərkibində
fəal sözlər kimi müşahidə olunur. Sonrakı dövrlərdə başqa
sözlərlə və ya sinonimləri ilə əvəz olunduğundan dilin passiv
fondunda qalmışdır. Hazırda bu sözlərin bir qismi yenidən
dilimizin işlək vahidləri sırasına keçməkdədir.
Qeyd etmək lazımdır ki, Türkiyə türkcəsindən dilimizə
daxil olan sözlər quruluş etibarı ilə daha çox düzəltmə söz
modelindədir. Buraya ümumişlək sözlərlə yanaşı, müxtəlif elm
və texnika ilə bağlı terminlər də daxildir:
saxlanc, güvənc (dili-
mizdə «güvənc yeri» tərkibində işlək olmuşdur), dəstək, qatıl-
maq, yarışma (dilimizdə «yarış» fonetik tərkibində işlədilmiş-
dir), sərgiləmək («sərgi açmaq» kimi işlədilmişdir), açıqlama,
qurum, öncə, önəmli, vurğulamaq, tirajlamaq, cavablamaq
(yuxarıdakı modelə uyğun yerli mühitdə düzəldilmişdir), sonuc-
lamaq, birincili yardım (ilk yardım), ulaşmaq, çözmək («çözə-
ləmək» sözü dilimizdə işlədilmişdir), çözüm, cərrahiyyə işlən-
məsi, dərgi, özəlliklər, özəlliklə, ilgi, ilgili, dürlü, qapatmaq,
durdurmaq, qətlam, bilgisayar, soyad, soydaş, çağ, dönəm,
çağdaş, durum, soykök, başqan, soyqırım, toplum, bilgi, qatıl-
maq, görüntü, anılma, özəl, özəlləşmə, düzən, buzdolabı, ba-
xımsız, önəmli, önəm vermək, gündəm, çağdaş, yayım, işbirliyi,
yayımlama, rəqəmsal, sayğılı, gərəkli, baxımlı, yetərsay, uçaq,
|