Фирузя Мяммядли
olunan nitq vahidləri heç də başqa-başqa şeylər
deyildir. Bunlar olsa-olsa, ancaq bir-birlərinin va-
riantı hesab edilə bilər. Belə məlum olur ki,
ekvivalentlik daxili məzmunla, məna ilə bağlı bir
proses və ya predmet göstəricisidir. Bu cəhət
müəlliflərin təqdim etdiyi "sözün ekvivalentliyi" və
"cümlənin ekvivalenti" başlıqlarında tam mənası ilə
reallaşır.
Linqvistik ekvivalentliyin vahidlərinin daxili
məzmun, məna qatı ilə bağlılığı bu kateqoriyanı
sinonimliliyə yaxınlaşdırır. Məlum olduğu kimi,
sinonimik mənaca mütləq və ya nisbi eyniyyətə
malik şəkilcə müxtəlif olan dil vahidləri arasında
müşahidə olunur. Bu mənada mütləq sinonimlərlə
ekvivalentləri eyni qiymətə malik nitq vahidləri kimi
qiymətləndirmək olar.
Tədqiqatçıların bir qismi mütləq sinonimləri
"sinonimik dubletlər" və ya sadəcə "dubletlər"
adlandırmaqla sinonimlər sırasına daxil etmirlər.
Prof. A.Qurbanov "sinonimlər" bəhsində yazır:
"Dilin lüğət tərkibində mənaca bir-birinin tam
eynini təşkil edən sözlər də vardır. Məsələn,
aktiv
və
fəal
sözlərini götürək. Azərbaycan dilində
bunların nə məna, nə də üslubi cəhətdən fərqi
yoxdur. Belə sözlər
leksik dubletlər
adlanır.
Leksik dubletin birini hər zaman digərinin
yerində işlətmək olur. Belə halda nə məna, nə də
üslubi çatışmazlıq yaranır. Məna etibarı ilə leksik
291
Сечилмиш ясярляри
lX
dubletlərdən istifadə dildə faydalı deyildir. Çünki
bunlar nitqi ağırlaşdırır.
1
S.Cəfərov da eyni mənaya malik olub şəkilcə
fərqlənən sözləri sinonimlər sırasına daxil etmir və
bunları dili yükləyən lazımsız dubletlər hesab edir.
2
Lakin
hər
iki
müəllif
sinonimlərin
əmələgəlmə
yollarından
danışarkən
leksik
dubletləri (biri gəlmə söz, digəri Azərbaycan
mənşəli söz)
3
sinonimlər sırasında nümunə
gətirirlər (ağ–bəyaz, azarlı–naxoş, yeni-təzə və s.).
H.Həsənov sinonimlərdən danışarkən yazır:
"Sinonimlər gerçəkliyin eyni əşya, hadisə, əlamət və
ya hərəkəti ilə bağlı olan leksik, onu müxtəlif
formalarla adlandıran semasioloji hadisədir".
4
Miüəllif məna ümumiliyi və üslubi çalarlığa malik
olmanı sinonimlərin xüsusiyyətlərinə daxil edir.
H.Həsənov sinonimləri mənaca yaxın olan sözlər
adlandırır. Məna eyniliyi məsələsi müəllifin
sinonimlərə verdiyi tərifdə də öz ifadəsini tapmır.
Müəllif bu fikirdədir ki, sözlərin sinonim kimi
işlədilməsinə "ancaq məna eyniliyi" imkan verir
kimi baxmaq düzgün deyil. Çünki sinonimlər
"mənaca mütləq və ya nisbi eyniyyət təşkil edən
1
A.Qurbanov. Müasir Azərbaycan ədəbi dili. I cild, Bakı,
2003, səh.340.
2
S.Cəfərov. Müasir Azərbaycan dili. Bakı, 1970, səh.29.
3
A.Qurbanov. Göstərilən əsəri, səh.341.
4
Yenə orada.
|