Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə143/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   139   140   141   142   143   144   145   146   ...   321
Фирузя Мяммядли 
sözlər" deyildir. Onları formaca müxtəlif, mənaca 
eyni sözlər kimi müəyyənləşdirmək olmaz.
Sinonimləri mənaca eyni sözlər kimi qəbul 
etmək onları dubletlərlə eyniləşdirmək deməkdir.
Sinonim sözlər bir cərgədə birləşdirilərkən 
onların bütün məna məzmunları yox, bir əlaməti 
əsas götürülür.
1
Göründüyü kimi, H.Həsənov da mənaca eyni 
olan sözləri–dubletləri sinonimlər cərgəsinə daxil 
etmir, lakin müəllif sinonimlərin əməgəlmə 
yollarından danışarkən məhz bu qəbildən olan 
gen–
enli, dar–ensiz, baĢlıq–sərlövhə, varlı–dövlətli, 
azarlı–naxoĢ 
və s. kimi dubletləri nümunə gətirir.
H.Həsənov mütləq sinonimlərdən danışarkən 
yazır: "Sinonimləri mənaca və işlənməsinə görə 
tam uyğun gələn sözlər kimi izah etmək, onları 
eynimənalı sözlərlə, dubletlərlə eyniləşdirmək 
deməkdir.
Sinonimlərdəki 
mütləqlik 
və 
nisbilik 
anlayışını məntiqi mütləqlik və nisbilik kimi başa 
düşmək olmaz. Dildə sinonimlərin mütləqliyi və ya 
nisbiliyini sözlərin mənaca daimi və ya müvəqqəti 
yaxınlığı kimi başa düşmək lazımdır".
2
H.Həsənov tam və ya nisbi (yaxın) məna 
eyniliyinə malik sözlərdən danışarkən sinonim, 
1
H.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 
1988, səh.70. 
2
H.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 
1988, səh.75. 


293 
Сечилмиш ясярляри 
lX 
variant və dubletlərlə bağlı fikirlərə də münasibət 
bildirir. Müəllifin fikrincə variant eyniköklü 
sözlərin məna eyniliyi ilə bağlıdırsa, dubletlik 
eyniköklü sözlər arsında deyil, müxtəlif köklü 
sözlərdə meydana çıxır. Lakin variantların 
inkişafının 
müəyyən 
mərhələsində 
dubletə 
keçməsinin mümkünlüyünü də qeyd edir. 
Dubletlərin müxtəlif mənşəli eynimənalı sözlərdən 
ibarət olması barəsində müəlliflər arasında demək 
olar ki, fikir ayrılığı yoxdur. Lakin H.Həsənov 
dubletlərin üslubi rolunu inkar etmir.
Bu isə o deməkdir ki, dubletlər bir leksik-
semantik kateqoriya kimi, dili nəinki ağırlaşdırmır, 
onu təkrardan uzaqlaşdırır, dildə üslubi koloritin bu 
və ya başqa formasını yaradır.
Lakin dildə formaca müxtəlif, mənaca tam 
eyniyyət təşkil edən vahidlər təkcə alınmalarla 
bağlı olmayıb, dilin daxili imkanları əsasında da 
formalaşa bilir. Belə leksik-qrammatik vahidlər 
semantik cəhətdən tam eyniyyət təşkil etdikləri 
üçün sinonimlərə, mənşəcə alınma olmadığı üçün 
dubletlərə daxil edilmir. Dilin leksik-semantik 
hadisələri 
sırasında 
bu 
problemin 
geniş 
araşdırmaya ehtiyacı vardır. Elə buna görə də bu 
problemin araşdırılması bu gün üçün dilçiliyin 
aktual problemləri sırasındadır.
Linqivistik ekvivalentliyi dilin həm leksik və 
həm də qrammatik vahidlərində müşahidə etmək 
mümkündür. 


294 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin