307
Сечилмиш ясярляри
lX
Gətirilən nümunələr, şübhəsiz ki, sözə
ekvivalent sabit birləşmələrin hamısı deyildir.
Qeyd etmək lazımdır ki, belə lüğəvi vahidlər
heç də əlavə məna çalarından məhrum deyildir.
Lakin birbaşa sözə ekvivalentlik
bu birləşmələri
digər frazeoloci birləşmələrdən fərqləndirir.
Məsələn,
ələ vermək, gözə gəlmək, gözə aparmaq,
qan tutmaq, bəxti kəsmək, qana düşmək, qanına
susamaq, əllərdə qalmaq
və s. kimi idiomların
ekvivalentləri demək olar ki, yox dərəcəsindədir.
Belə vahidlər nitqdə əvəzetmə imkanlarından
məhrum olsa da,
fikrin emosional ifadəsi,
ekspressiv münasibət yaratma imkanları ilə xüsusi
üslubi rola malikdirlər.
Sözə ekvivalent idiomların qrammatik
qruplarını aşağıdakı kimi müəyyənləşdirmək olar:
1. Ġsmi frazeoloji birləşmələr.
Bunlar nominativ səviyyədə ad bildirən
sözlərə
ekvivalent
sabit
birləşmələrdir:
Qulaqburması, göyəsgi, nahaqqan, qara xəbər, ağ
gün, qara gün, səbr kasası, başmaq seyri
və s.
Qeyd etməliyik ki, bu vahidlərin bir qismi
frazeoloci birləşmə daxilində leksik ibarələr
adlanır. İsmi frazeoloci birləşmələr birinci və ikinci
növ təyini söz birləşməsi formulunda dü-
zəldilmişdir:
1.
Qulaqburması (cəza), gözağartması
(xəbərdarlıq), səbr kasası (hövsələ), başmaq seyri
308
Фирузя Мяммядли
(gəzinti)
və s. ikinci növ təyini söz birləşməsi
modelində foralaşmışdır.
Bu modelin birinci tərəfi
– isim, ikinci tərəfi isə feli isim (burması,
ağartması) və isimlərlə (kasası, seyri) ifadə
olunmuşdur.
2. Leksik ibarə kimi qiymətləndirilən
göy əski
(talisman), qara xəbər (ölüm xəbəri), ağ gün
(xoşbəxtlik), qara gün (bədbəxtlik), nahaq qan (qətl
hadisəsi)
ifadələrin birinci tərəfi sifət, ikinci tərəfi
isimlərdən ibarət birinci növ təyini söz birləş-
məliridir.
Nominativ mənalı sözlərə ekvivalent olan
ismi frazeoloci birləşmələr bədii üslubda xüsusi
estetik funksiya daşıyan semantik vasitələrdəndir.
Belə ki, bədii əsərlərin
dilində xarakterlərin
fərdiləşdirilməsi, hadisələrin mövzu ilə bağlı tarixi
zaman və məkan çərçivəsində təqdimi, əsərin
dilində ekspressiv-emosional münasibətlərin ifadəsi
məqamlarında belə vahidlərdən geniş istifadə
edilməkdədir.
2. Feli frazeoloji birləşmələr.
Sözə
ekvivalent
frazeoloji
birləşmələr
sırasında feili frazeoloji vahidlər üstünlük təşkil
edir.
Feili frazeoloji birləşmələr ümumxalq dili
frazeologiyasının
kolorit və üslubi çalarlıq
baxımından çox zəngin sahələrindən biridir. Buna
görə də istər canlı danışıq dilində və istərsə də bədii
309
Сечилмиш ясярляри
lX
əsərlərin dilində bu vahidlərin işlədilməsində məh-
dudiyyət yoxdur.
Feili
frazeoloji
birləşmələr
ekvivalent
olduqları feillər kimi, hal, hərəkət, vəziyyət, nitq və
s. bildirdikləri üçün onlardakı ən incə çalarlıqlar
belə bədiilik imkanına malikdr.
Buna görə də
müəlliflər
çox
vaxt
obrazların
psixoloji
vəziyyətində, ictimai mühitə münasibətində baş
verən dəyişiklikləri feli frazeoloji vahidlər
vasitəsilə təbii və canlı verə bilir.
Sözə ekvivalent feli frazeoloji birləşmələr
zəngin leksik-qrammatik və üslubi-semantik
xüsusiyyətlərə
malikdir. Bu
mənada
belə
birləşmələrin əmələgəlmə yollarını izləmək maraq-
lıdır. Bu xüsusiyyətlər aşağıdakı kimidir:
1. Birinci komponenti mənsubiyyət və ya
ismin təsirlik hal şəkilçisi,
ikinci tərəfi fellə düzələn
"isim+fel" quruluşlu iki sözdən ibarət frazeoloji
birləşməər. Məsələn,
ürəyi düşmək (qorxmaq),
arası dəymək (küsüşmək), canını tapşırmaq (öl-
mək), ağzını yığışdırmaq (dalaşmamaq), ulduzu
batmaq (uğursuzluq), əti ürpəşmək (sarsılmaq)
və
s.
Belə birləşmələrin bir qismi birinci tərəfi həm
mənsubiyyət şəkilçisi, həm də təsirlik hal şəkilçisi
qəbul etməklə düzəldilir. Nümunə üçün:
ürəyini
boşaltmaq (sirri açmaq), əlini üzmək (heç nə
unmamaq).